Əgər bir tərəfin gərginliyini onların öz KİV-nin hədsiz həvəsi açıb göstərirsə, digərlərinin münasibətini tam əksinə olaraq «susmaq qızıldır» şüarı ört-basdır edir
Azərbaycan parlamentində deputat yerlərinin satışı üzrə işdə vacib şahid olan Sevinc Babayevanın müəmmalı ölümü Bakıda saraydaxili qarşıdurmanın konturlarını daha dəqiq aşkarladı. Bu konturların aşkarlanmasında müxtəlif hakimiyyət qruplarının mnəzarətində olan KİV-lər 2010-cu ilin prezident seçkilərinin saxtalaşdırılması üzrə işin əsas fiqurlarından daha çox rol oynadılar. Kitabxanaçı Sevinc Babayeva ABU-nun keçmiş rektoru Elşad Abdullayevin gizli kamera ilə çəkdiyi videoçarxda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə onun parlamentdə yerlərin satışı üzrə şəriki, eks-deputat Gülər Əhmədova arasında vasitəçi kimi çıxış edir. Abdullayev video ifşaları internetə sentyabrdan qoymağa başlayıb. Sevinc Babayeva 27 dekabrda İstanbul hospitalında öləndən iki həftə əvvəl növbəti çarxda Abdulayevi əmin edirdi ki, alınan deputat yerinə görə 1 mln dolları Ramiz Mehdiyevə verib. Bu videoçarxdan sonra Babayeva diqqətdən kənarda qaldı və onun yoxa çıxması barədə məlumatı ilk dəfə hökumətyönlü media yaydı. O heç cür qaça bilməzdi, çünki məxfi xidmətlərin müşahidəsi altlında idi. Babayeva yalnız belə vacib və təhlükəli şahidin olmasını istəməyən şəxsin köməyi ilə xaricə gedə bilərdi. Digər daha vacib şahid Gülər Əhmədova praktik olaraq ev həbsindədir və iddia edir ki, onu sərt tədbirlərdən ali hakimiyyət orqanlarındakı fiqurlara qarşı bir sıra ölkələrdə preventiv olaraq yerləşdirilən kompromatlar qoruyur. Deyirlər, uşaq qeyri-hökumət təşkilatının sədri Gülər Əhmədova yüksək məqamlı şəxslərə təkcə deputatlığa namizədləri yox, başqa mal da tədarük edib. Abdullayevin video müraciətinə KİV-də üç fərqli yanaşma var. Müxalifət və müstəqil nəşrlər diqqəti Abdullayevin videoçarxları və bəyanatları və onun qurbanlarına yönəldirdi. Hökumətyönlü KİV və bütün teleradioşirkətlər bu mövzunu işıqlandırmırdı. Hökumətyönlü nəşrlərin bir hissəsi yalnız əsas ittiham olunanların – Ramiz Mehdiyevin, Gülər Əhmədovanın, Sevinc Babayevanın nəzər nöqtəsini təqdim edirdi. Digər hissə isə, hökumətyönlü KİV kimi bütövlükdə bu mövzudan kənarda dururdu. Maraqlıdır ki, Babayevanın ölümü barədə məlumatı ilk olaraq APA agentliyi, sonra Mehdiyevə yaxın 1news.az tipli digər KİV-lər yaydı. Ənənəvi olaraq onlar Abdullayevin videokliplərini kənarda qoyur, onlara lazımı diqqət yetirmirdilər. İndi isə Babayevanın ölümü barədə ətrafdakı xəbərlər teleqrafdan olduğu kimi axır. Maraqlıdır ki, bu məlumatlarda Babayevanın hansı işdə və kimə qarşı fiqurant kimi çıxış etdiyi barədə heç nə deyilmir. Sanki auditoriyanı inandırmaq istəyirlər ki, Babayeva ölüb və administrasiya rəhbərinə daha heç bir təhlükə yoxdur. Babayevanın ölümündən sonra birinci ledinin ailəsinə yaxın Trend, Day.az kimi nəşrlər tam laqeydlik nümayiş etdirməkdə davam edirdi. Onlar əvvəlki tək cəmiyyətin dilində olan mövzuları görməməkdə davam edirdi. Nəşrlər açıq mesajlar yollayır ki, bu problem birbaşa olaraq onların dairəsinə aid deyil. Medianın müəyyən dərəcədə birinci və ikinci nümunədə olduğu kimi bu hədsiz reaksiyası saray daxili güc və intriqaların o biri tərəfini əks etdirir. Əgər bir tərəfin gərginliyini onların öz KİV-nin hədsiz həvəsi açıb göstərirsə, digərlərinin münasibətini tam əksinə olaraq «susmaq qızıldır» şüarı ört-basdır edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?