Gundemxeber.az » Xəbərlərin siyahısı: Oktyabr 2016 illər » Səhifə 40
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Lerik rayon sakini, 1977-ci il təvəllüdlü İsgəndər Bəbirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 19-22° isti olacağı gözlənilir.
Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.
Milanda güclü partlayış baş verib. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, partlayış yaşayış binasının birinci mərtəbəsində yerləşən barda baş verib. Partlayışın ardınca yanğın yaranıb. Partlayış nəticəsində 2 nəfər yaralanıb.
"Eurovision" təmsilçilərimizdən olan Səbinə Babayeva oğlu dünyaya gəldikdən sonra həyatının dəyişdiyini deyib.
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli oktyabrın 3-də Azərbaycana səfər edəcək.
"Azad Suriya Ordusu" Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə İŞİD-dən daha dörd yaşayış məntəqəsini azad edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?