Gundemxeber.az » Xəbərlərin siyahısı: 03.07.2018
Tanınmış pəhləvan Nurəddin Beyləqanlıya qarşı cinayət işi başlanıb. O, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluqda ittiham olunur. İttihama səbəb onun müharibə veteranı, ikinci qrup əlil və şəhid qardaşı olan Alışov İlham və onun qonşusuna onların etibarından sui-istifadə edərək təxminən 20 min AZN ziyan vurması olub.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun mülkləri müəmmalı şəkildə yanırlar; Bu dəfə Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə villası kül olub...
“Şəmkir” futbol klubunun direktoru barədə hüquq-mühafizə orqanlarına şikayət daxil olub.
Bu gün gecə saatlarında “Azərbaycan” İES-də baş verən qəza zamanı ölkədə doğulan uşaqların sayı barədə məlumat verilmir.
Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyədə “American Hastanesi”də müalicəsini davam etdirir. Sabiq nazirin sağlıq durumunun yaxşılaşdığı və yaxın günlərdə yenidən Gəncədəki xəstəxanaya qaytarılacağı haqda məlumatlar var.
“Çiçəklənən Ermənistan” partiyasının təsisçisi, deputat və oliqarx Qaqik Çarukyanın təhlükəsizlik xidmətinin rəisi Eduard Babayan həbs olunub.
Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Leyla Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olub. 1989-2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?