Gundemxeber.az » Xəbərlərin siyahısı: 08.08.2018 » Səhifə 2
62 yaşlı İndra Nuyi oktyabr ayında on iki illik müddətdən sonra nəhəng alkoqolsuz içki olan PepsiCo şirkətinin idarəçiliyinə son qoyacağı barədə xəbər verib. O, gələn ilin əvvəllərinə qədər idarə heyətinin sədri olaraq qalacaq.
2013-2015-ci illərdə xüsusi xidmət orqanlarının genişmiqyaslı əməliyyatı nəticəsində ölkədə kriminal dünyanın nümayəndələrinin fəaliyyətinin neytrallaşdırılmasından sonra bu, Qazaxıstanda kriminal aləmin ilk belə iri aksiyasıdır.
Yerli barın içərisində atəş açaraq bir hindistanlı mühaciri öldürən, iki digərini yaralayan ABŞ-ın Kanzas Siti şəhərinin sakini ömürlük həbsə məhkum edilib.
Ermənistanın baş naziri Nikol Paşinyanla onun hökumətinin bir hissəsini təşkil edən “Daşnaksütyun” partiyasının münasibətləri artıq əvvəlkitək deyil və getdikcə onlar arasındakı fikir ayrılıqları çoxalır.
ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatının növbəti rüb üzrə artımının 5 faizdən çox olacağı haqqında iddialı proqnoz verib.
"Ədalət Naminə Həmrəylik" Komitəsinin üzvləri Azərbaycan hakimiyyətini siyasi məhbuslar problemini həll etməyə, cəmiyyətdəki gərginliyi və beynəlxalq ictimaiyyətin tənqidini aradan qaldırmağa çağırıb. Bu barədə avqustun 8-də komitənin iclasında bildirilib.
Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov dünən günorta saatlarında öz iş otağında bıçaqlanıb. F.Bayramovu bıçaqlayan şəxsin Beyləqan rayon sakini Fariz Fazil oğlu Azadzadə olduğu müəyyən edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?