Gundemxeber.az » Xəbərlərin siyahısı: 26.08.2019 » Səhifə 3
Uzun illər Rusiyada yaşayan Murad Məmmədov Sankt Peterburqda bizneslə məşğul olan ağdamlılar arasında böyük nüfuza malik olub. Cinayət işi materiallarına görə, azərbaycanlı ticarətçilərdən pul yığaraq onlara himayədarlıq, “krışalıq” edib. Rusiyada polis, hüquq-mühafizə orqanları əməkdaşları arasında da sayılıb seçilən şəxs kimi tanınıb.
Şərqi Avropanın iki tanınmış eksperti Rusiya prezidenti Vladimir Putinin ölkə iqtisadiyyatını yenidən 1998-ci ildəki fəlakətli vəziyyətə gətirdiyini bildirib.
Bu günə qədər bir sıra yüksək vəzifə sahiblərinin övladları atalarına müəyyən problemlər yaradıblar.
Bir neçə il bundan öncə MTN əməkdaşlarının Nabrandakı “Qafqaz” istirahət mərkəzində əməliyyat keçirib həbs etdiyi iş adamı Tapdıq Namazov sonradan azadlığa çıxıb ölkəni tərk etsə də yenidən həbs olunaraq hakim önünə çıxarılıb.
Gürcüstan prezidenti Salome Zurabişvili Abxaziyada keçirilmiş prezident seçkilərini ölkəsinin milli müstəqilliyinin pozulması kimi dəyərləndirib.
İttihama görə, T.Namazov Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbərlərindən biri olub. O, eyni mənzili bir neçə nəfərə satmaq yolu ilə dələduzluqda ittiham edilir.
Tanınmış jurnalist Zülfüqar Xeyirxəbər dünən axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirib.
Bazar günü Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndə heyətinə böyük sürpriz İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif olub. Şənbə günü isə qızğın müzakirələrə Rusiyanın bu dünya ölkələrinin inkişafına çalışan elit kluba geri qaytarılması ilə bağlı olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?