Rəbiyyat Aslanova və İlham Rəhimov əlaqələri
(10-01-2013, 10:56)

Rəbiyyat Aslanova və İlham Rəhimov əlaqələri

Putinin dostu ilə millət vəkili arasındakı nigah
pozulmasının gizlinləri; Azərbaycanlı xanımdan jest:
«Mən iki uşağın başsız qalmasına vəsilə ola bilmərəm»


Təxminən 7 ay öncə, ötən ilin iyun ayının 4-də baş tutan və ictimiyyətin böyük təəcüblə qarşıladığı, hətta müəyyən mənada ictimai qınağa səbəb olan bir evliliyə gözlənilmədən son verilib. Söhbət Azərbaycanda Rusiya prezidenti Putinin dostu kimi tanınan iş adamı İlham Rəhimovla milllət vəkili, parlamentin İnsan Hüquqları Komitəsinn sədri Rəbiyyət Aslanova arasındakı nigahın pozulmasından gedir. Bu haqda «Azpolitika.info»-ya etibarlılığı şübhə doğurmayan mənbədən məlumat daxil olub. Məlumatı ədliyyə orqanlarındakı mənbəmiz də təsdiqləyib.
Mənbənin sözlərinə görə, boşanma ötən ayın - dekabrın sonlarında rəsmiləşdirilib. Bunun ictimaiyyətdən gizli qalmasının səbəbini isə, mənbəmiz boşanma üçün tərəflərin məhkəməyə müraciət etməmələri ilə bağlayır. Belə ki, İlham Rəhimov və Rəbiyyət Aslanova aralarındakı nigahın pozulması üçün məhkəməyə deyil, nikahın qeydiyyata alındığı Nəsimi rayon VVAQ-na müraciət ediblər. Nigahın pozulması da burda rəsmiləşdirilib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, ərlə arvad arasında boşanma haqqında qarşılıqlı razılıq varsa, həmçinin tərəflərin bir-birinə qarşı əmlak, övlad və sairlə bağlı heç bir iddası yoxdursa, onda onlar nikahın pozulması haqda VVAQ orqanına ərizə təqdim edirlər. Rəbiyyət Aslanova və İlham Rəhimov da məhz bu huquqdan yararlanaraq ayrılıblar. Bu fakt tərəflərin ayrılan zaman bir-birinə qarşı heç bir iddia irəli sürmədiyini təsdiqləyir. Bunu təsadüfi xatırlamadıq.
Məsələ ondadır ki, təxminən bu yaxınlarda elektron məbuatda Rəbiyyət Aslanova ilə İlham Rəhimovun artıq bir yerdə yaşamadıqları və hətta boşanma barədə müzakirələr apardıqlarına dair məlumatlar getmişdi. Bu məlumatlarda iddia olunurdu ki, boşanma tələbini İlham Rəhimov qoysa da, Rəbiyyət Aslanova buna razılıq vermir. Daha doğrusu müəyyən şərtlər irəli sürür. Məsələn, YAP-çı millət vəkili İlham Rəhimovdan evli olduqları hər ay üçün 1 milyon manat (bu da təxminən 5 milyon manat edir), İngiltərədə yaşayan qızına London ərazisindən artıq bəyənilmiş 2 milyonluq villa, Rusiyada yaşayan oğluna isə Moskva yaxınlığından böyük həyətyanı sahəsi olan 3 milyon dollarlıq villa tələb edir. Hətta Rəbiyyət Aslanovanın həyat yoldaşından biznesindən pay da tələb etdiyi söylənilidi.
Maraqlıdır ki, mətbuatda haqqında yazılan xəbərlərə dərhal reaksiya verən Rəhimov və ətrafı bu məlumatı təkzib etməyib.(?) Bunun səbəbi ilə bağlı mənbənin dediklərinə irəlidə toxunacağıq. Ancaq ilk növbədə qeyd edək ki, yuxarıda göstərdiyimiz fakt (nigahın VVAQ-da pozulması), eləcə də boşanmanın səbəbləri ilə bağlı «Azpolitika.info»-ya daxil olan ilginc məlumatlar bu yazılanların həqiqəti əks etdirmədiyini söyləməyə əsas verirlər.
Belə ki, mənbənin iddiasına görə, BOŞANMA TƏLƏBİ İlham Rəhimovdan deyil, Rəbiyyət Asanovadan gəlib. Və Rəbiyyət xanım bu niyyətini hələ evləndikdən bir-neçə ay sonra Rəhimova bildirib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, nikahın VVAQ-da pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir.
Rəbiyyət Aslanovanın ayrılmaq üçün İlham Rəhimovdan nələrsə tələb etdiyinə dair qeyd olunanları da mənbəmiz cəfəngiyyat hesab edir. «Rəbyyət xanım, nəinki İlham Rəhimovdan nəsə tələb edib, əksinə, ona evlilik ərəfəsində və sonra hədiyyə kimi alınan zinət əşyalarını da geri qaytarııb» - deyə mənbə bildirir.
O ki qaldı İlham Rəhimovun Rəbiyyət xanıma və yaxınlarına evlilikdən sonra xaricdə milyonluq villalar hədiyyə etməsinə dair məlumatlara, bunun da yanlış olduğu bildirilir. Hətta həm bu, həm də Rəbiyyət Aslanovanın ayrılmaq üçün İlham Rəhimovdan milyonlarla manat tələb etdiyinə dair yayılan məlumatların QƏSDƏN mətbuata ötürüldüyü, millət vəkilini BOŞANMA QƏRARINDAN DAŞINDIRMAĞA hesablandığı iddia olunur. Yəni, ictimai rəydə belə fikir yaratmaq istəyiblər ki, guya Rəbiyyət Aslanova istədiyini aldı, indi də boşanır.
Əslində isə, Rəbiyyət Aslanovanın boşanma qərarını verməsinin səbəbi tamamilə başqadır və çox ilgincdir. Mənbəmiz bunun səbəbini keçmiş müğənni, hazırda biznes-ledi kimi tanınan Ruhinin ötən ilin iyul ayında dünyaya gətirdiyi və atasının İlham Rəhimov olduğu uşaqlarla əlaqələndirir. Daha dəqiqi, Rəbiyyət Aslanova İlham Rəhimovun yeni dünyaya gələn övladlarını atasız qoyaraq onunla nigaha girməsini, beləliklə də onu ictimai qınaq obyektinə çevirməsini iş adamına bağışlamayıb.
Onlar arasında boşanmaya qədər gəlib çıxan narazılığın da Rəbiyyət Aslanova Ruhinin dünyaya gətirdiyi ekizlərin atasının İlham Rəhimov olmasını öyrəndikdən dərhal sonra yarandığı bildirilir. Hansı ki, İlham Rəhimovun özü də bunu təkzib etməyib... Sual oluna bilər: Rəbiyyət Aslanova məgər İlham Rəhimovla nigaha girməzdən öncə onun Ruhidən övladlarının olacağını bilmirdi?
Bununla bağlı da «Azpolitika.info»-ya ilginc məlumatlar verilib. Mənbənin sözlərinə görə, Rəbiyyət xanımın bu barədə həqiqətən məlumatı olmayıb. Daha dəqiqi, ona yanlış məlumat veriblər. Belə ki, Rəbiyyət Aslanovanın razılığını almaq üçün gedən Rəhimovun yaxınları - böyük qızı və onun qaynanası (onun Rəbiyyət xanımla uzaq qohumluq əlaqəsinin olduğu bildirilir) Ruhinin hamiləliyinin yalan olduğunu söyləyiblər. Hətta həmin vaxt Rəbiyyət xanıma İ.Rəhimovun böyük qızına məxsus, fransız kosmetika və ətir məhsulları satan «L`OCCITANE» mağazasından (bu da daha bir biznes obyekti-müəl.) xüsusi bir hədiyyə səbəti də aparıldığı iddia olunur.
Mənbənin sölərinə görə, Rəbiyyət xanıma bildirilib ki, İlham müəllim 2 ildir ki, Ruhidən ayrılıb və onların övladlarının olması mümkün deyil: «Deyiblər ki, Ruhi ana ola bilməz. Uşaqları da bir başqası dünyaya gətirərək, Ruhiyə verəcək. Əgər hamilə olsaydı, Türkiyəyə getməzdən əvvəl bir şəkli yayılardı. Ruhi övladı olacağını bildirməklə, İlham müəlimi şantaj etmək istəyir və sair. Qısası, Rəbiyyət xanımı inandırıblar.»
Yeri gəlmişkən qeyd edək ki, Ruhi ana olduqdan az sonra Rəhimova yaxınlığı ilə tanınan qəzetlərdən birində uşaqların atasının İlham Rəhimov olmadığına eyham vuran yazıda da təxminən oxşar fikirlər səslənmişdi. Mənbə bu yazıdan İ.Rəhimovun xəbəri olmadığı, həmin yalan məlumatların yaxınları tərəfindən mətbuata ötürüldüyünü iddia edir: «Çünki İlham Rəhimov ayrılsa belə heç vaxt Ruhinin əleyhinə hansısa yazının getməsinə razı olmaz. Onun Ruhi xanıma olan münasibəti heç vaxt dəyişməyib, ona olan hörmətini saxlayıb.»
Mənbənin sözlərinə görə, Rəbiyyət xanım həqiqəti biznes-ledi Ruhi uşaqları dünyaya gətirdiyi ərəfələrdə - İlham Rəhimovla nigaha girdikdən təxminən bir ay sonra öyrənib. Ehtimal edilir ki, bunu İlham Rəhimovun özü ona söyləyib: «Deyilənlərə görə, Ruhi xanımın uşaqlarının atasının İlham Rəhimov olduğundan Rəbiyyət Aslanova iyul ayının əvvəllərində Monakoda olarkən xəbər tutub. Onlar iyulun 4-də Moskvada Rəbiyyət xanımın ad gününü keçirdikdən sonra 6-sı, ya 7-si Monakoya getmişdilər. Rəbiyyət xanım necə olubsa, orda Ruhi xanımın uşaqlarının atasının Rəhimov olduğunu öyrənib. Bunu ondan gizlətdiklərinə görə bərk əsəbləşib və aralarında mübahisə düşüb. Elə buna görə də, Monakoda İlham Rəhimovdan ayrılaraq Bakıya qayıdıb və iyulun 18-də öz evinə köçüb».
Mənbənin sözlərinə görə, uşaqlar dünyaya gəldikdən və bu haqda mətbuatda yazılmağa başlandıqdan sonra Rəbiyyət xanım qəti olaraq ayrılmaq qərarını verib: «O bildirib ki, mən iki uşağın başsız qalmasına vəsilə ola bilmərəm. İlham Rəhimov da buna etiraz etməyib».
Qeyd edək ki, həmin vaxt mətbuatda da bu haqda məlumat getmişdi. «Bizim yol» qəzeti adıçəkilən şəxslərə yaxın mənbəyə istinadən xəbər vermişdi ki, izdivaca son verilməsinə səbəb İ. Rəhimovun əkiz övladlarının dünya gəlməsidir: «R. Aslanova bundan xəbərsiz olduğunu bildirib, həyat yoldaşını bu barədə onu məlumatlandırmamaqda qınayıb. Bundan sonra TƏRƏFLƏR MÜNASİBƏTLƏRƏ SON VERMƏK QƏRARINA GƏLİBLƏR».
Ancaq mənbənin sözlərinə görə, İ. Rəhimovun yaxınları məsələyə qarışaraq, Rəbiyyət xanımı qərarını müəyyən müddət təxirə salmağa razı salıblar. Nə təsadüfdürsə, Ruhini şantaj edən məqalə də bundan bir gün sonra dərc edilib...
Mənbənin sözlərinə görə, həmin vaxtdan sonra adıçəkilən şəxslər arasında nigah faktiki olaraq formal xarakter daşıyıb. «Rəbiyyət xanım dəfələrlə İlham müəllimə məsləhət görüb ki, övladlarına sahib çıxsın. Elə onun heç bir iddia irəli sürmədən ayrılmasının da səbəbi budur. Ancaq İlham müəllimin qızları bunun əleyhinədir. Hətta elita arasında yayılan məlumata görə, atalarına övladlarını sahib çıxmağı tövsiyyə etdiyi üçün Rəbiyyət xanımla mübahisə də ediblər. Ehtimal ki, İlham müəllimin yenidən Ruhinin yanına qayıtmasının, övladlarının atası kimi adının rəmiləşdirilməsinin qarşısını alan da budur» - deyə mənbə bildirir. Ancaq maraqlıdır ki, Ruhi necə, İlham Rəhimovu bağışlayaraq, onunla yenidən birlikdə yaşamasına, övladlarına atalıq etməsinə razı olacaqmı? Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Azpolitika.info


Bizim TV

Axtariş

Gündəlik bürclər

Gündəlik bürclər
Xəbər lenti

Videolent









Hava Haqqinda
Sayğac

Рейтинг@Mail.ru