İcra başçısı Heydər Əliyev Fondunun adından pul yığır
Məlum olduğu kimi, Heydər Əliyev Fondu əksər rayonlarda sosial yönümlü bir sıra layihələr həyata keçirir. Bu sırada əsas yeri orta məktəb uşaq bağçalarının tikintisi tutur. İndiyə qədər bütün rayonlarda Fondun inşa etdirdiyi onlarla orta məktəbin fəaliyyət göstərdiyi də dəqiqdir. Lakin bəzi rayonlarda icra başçıları heç nədən, hətta, Heydər Əliyev Fondunun adından sui-istifadə etməkdən də çəkinmir. Məlumatlı mənbə bildirir ki, bu olay bu yaxınlarda Zərdabda qeydə alınıb. Belə ki, bir müddət əvvəl Fondun sözügedən rayonda iki uşaq bağçası inşa etdirəcəyi barədə məlumat yayılmışdı. Artıq bununla bağlı hazırlıqlar da başlayıb. Lakin Zərdabın icra başçısı Lütfəli Babayev Heydər Əliyev Fondunun adından rayonda pul yığmağa başlayıb. Məlumatlı mənbənin verdiyi xəbərə görə, qeyd olunan uşaq bağçalarının inşası üçün Heydər Əliyev Fondu maliyyə vəsaiti ayırıb. Amma L.Babayev rayondakı bütün idarə və müəssisə rəhbərlərindən bu məqsədlə pul toplatdırır. Üstəlik, tələbini belə qoyub ki, büdcə təşkilatlarında çalışan hər bir şəxsin əmək haqqından 100 manat məcburi qaydada tutulacağı göstərişini verib. Yığılacaq pulları şəxsi biznesinin kəsirlərini təlafe edən icra başçısına qarşı çıxan rayon məmurları yerindəcə cəzalanıb deyən mənbə, bəzi idarə müdirlərinə rayon rəhbəri tərəfindən ciddi və son xəbərdarlıq edilib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?