Polis mayoru çirkab içindədir
(28-11-2013, 20:50)

Polis mayoru çirkab  içindədir

Ata-oğul Veysovların inanılmaz maxinasiyaları

Azərbaycan Müəllimlər İnstitutunun Qazax Filialının sabiq direktoru İsa Veysovun oğlu Veys Veysov bu gün də Ağstafa Rayon Polis Şöbəsinin əmliyyat müvəkkilidir. Mayor rütbəsini daşıyır. Atası İsa Veysov isə ölkənin müxtəlif rayonlarından olan sayı bilinməyən vətəndaşlara “saxta diplom” əməliyyatına görə borcludur. Əvvəlki yazılarımızda onun yaşadığı Daş Salahlı kəndindəki evinin darvazasını döyənlərin sayının günbəgün artmağı haqqında məlumat vermişdik. Həm də bildirmişdik ki, İsa Veysov vətəndaşları aldadaraq pullarını mənimsəmişdir. Geri qaytarmaq fikrinə isə düşməmişdir. Sən demə, oğlu Veyis də atası ilə birgə filialda “at oynadırmlş”.

Özünün “paqon yoldaşları”nı da aldatmaqdan çəkinməmişdir. Onlar Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları, polis mayorları Fəxri Əfəndiyev, Rafət Məmmədov, İlqar İsmayılov və Güloğlan Allahverdiyev olmuşlar. Polis nizamnaməsini kobudcasına pozan belə bir şəxsin bu orqanda işləməsi ölkədə olan özbaşınalıqdan xəbər vermirmi? O da Qazax əhalisinə yaxşı məlumdur ki, Veys Veysov hələ polis orqanına işə düzəlməmişdən əvvəl, Qazaxın “Çinarın dibi” deyilən yerdə arvadının 40- ı təzəcə çıxmış kişini də yolda maşınla vuraraq öldürmüşdür. Həmin kişinin qəbri Qazaxın Hüseynbəyli kəndinə gedəcək yolun kənarındadır. Qəribə deyilmi ki, əli qana bata, sonra da çiynində polis paqonu gəzdirəsən?
Yadımızdadır, İsa Veysovun pulu o qədər idi ki, bu işdə oğluna güldən ağır söz deyən olmadı... Hətta, bir nəfər bu məsələyə acı-acı gülərək az qalmışdı ki, cənab Ramil Usubova məktub yaza ki, “Ay cənab nazir. İsa Veysovun oğlu Qazaxda bir adam öldürdü, Siz ona mayor rütbəsini verdiniz. Bəs mən iki adam öldürsəm mənə hansı rütbəni verəsiniz?” Əslində, bu fikir elə də dəyərsiz deyildir. Düşünəndə adamın başının tükü “ayağa qalxır”.

Sən kim idin, Sevda xanım?
Saxta diplomlar haqqında qəzetin son sayında dərc olunmuş yazı ilə əlaqədar noyabrın 23-də saat 17: 10 –da 055 794 43 44 nömrəli mobil telefonla mənə zəng edilib, Veys Veysovu Sevda adlı bir qadın xahiş etdi. Telefonda bildirdi ki, “ Siz nə vaxt Bakıya gələcəksiniz? Cavabında “mənim hələ ki, Bakılıq işim yoxdur”, deyəndə o, mənə bildirdi ki, onda mən Qazağa gələcəyəm, 1-ci günü səninlə görüşəcəyəm. Lakin, həmin Sevda xanım bazar günü axşam üstü yenə mənə zəng edərək indi Bakıdan çıxdığını, səhər saat 5-in yarısında Qazaxda olacağını və mənimlə saat 13: 00-da görüşəcəyini dedi”. Necə deyərlər, xanım vədinə xələf çıxaraq, o gedən getdi. Onun kim və nəçi olması bizm üçün də müəmmalı qaldı. Mən özlüyümdə belə düşündüm ki, həmin qadın muzdlu vasitəçi qismində iştirak etmək fikrindəymiş. Yəqin ki, Veysovla “sözlər”i düz gəlməyib. Bu lap “Uzaq Sahillərdə” filmindəki epizoda oxşadı. “Mixaylo” çəkdiyi şəklin pulunu Şultsdan ala bilməyən də onu xəbislikdə suçulayır.

Haradasan İsa Veysov?
“Borclu borclunun sağlığını istər” - deyib atalar. Lakin onun da bir həddi var. Aldığımiz məlumata görə, kişinin varitatından “bir damcı” satılıb pulunu yediklərinə qaytarmağa onun Bakıda yaşayan Kamran adlı oğlu və vaxtı ilə Odlar Yurdu Universitetinin Qazax filialında müəllim işləmiş qardaşı Ramiz Veysov maneçilik törədir. Son günlər onların tanınmış insanların üstünə bu məsələ ilə əlaqədar “şantaj”a keçməsi də söylənilir. Bu haqda geniş yazmaq hələ ki, tezdir...
İsa Veysovun aldatdıqları adamlardan nə vaxta qədər gizlənəcəyi maraq doğurur. Onunla əlaqə saxlayan filialın bir nəfər müəlliminin dediyinə görə, “ mənə dedi ki, bu yaxınlarda kimdən pul almışamsa diplomlarıni gətirib gələcəyəm”. Yenə maraqlıdır, hansı diplomunu? Diplom almaq istətən aldanmışların birinin də adı dərs jurnalında yoxdur. “Saxta məzun” müəllimini tanımadığı halda, İsa Veysov hansı diplomdan danışır? Bu sözlər ilə kimlərin ürəyinə sərinlik gətirir?

Atasız qız saxta diplomunu deyil, pulunu gözləyir...

Ölkədə neçə illərdi ki, belə bir fikir də dolaşmaqdadır: “Qanunlar kifayət qədərdir, lakin icra mexanizmi yoxdur”. Əslində ictimaiyyətin bu fikri ilə hesablaşmamaq olmaz. Lakin, bir söz də var: ”Özlərinə lazım olanda yaxşı işləyir”. Bu da doğrudur. Baxın, hadisə gün kimi aydındır. Lakin aidiyyəti orqanlar susurlar. Nə üçün?
Bildirdiyimiz kimi İsa Veysovun saxta diplomlarının qurbanlarından biri də Qazax şəhər Səməd vurğun küçəsi, 143 “A” saylı evin sakini Əliyeva Səkinə Qədir qızıdır. İsa müəllimə ilkin ödəniş kimi 5000 manat pul verməkdə səbəbkarı Qazax şəhər 1 saylı tam orta məktəbin müəllimi Səadət xanım olub. Bundan əlavə, Səkinə təhsil pulu üçün ildə 1200 manat da verib. Səkinədə bu barədə institut filialının qəbzləri vardır. Səkinə Əliyeva filiala 2005-ci ildə “daxil” olmağına baxmayaraq bu günə kimi nə dioplomunu , nə də pulunu geri ala bilmir. Yetimə və yesirə rəhmi gəlmədən onları aldadaraq pullarını yeyən İsa Veysovun gecələr evində rahat yatması müsəlmün qardaşlığı dininin hansı maddəsinə uyğundur? Səkinə Əliyevanın artıq bu barədə ölkə başçısına, Baş Prokurora və aidiyyəti olan bir sıra yerlərə şikayət ərizəzi hazırlanır. Yəqin ki, bu məsələdə vasitəçilik edən Səadət müəllimə də məsuliyyətdən kənarlaşa bilməyəcək?
İlham Hacalı


Bizim TV

Axtariş

Gündəlik bürclər

Gündəlik bürclər
Xəbər lenti

Videolent









Hava Haqqinda
Sayğac

Рейтинг@Mail.ru