Gədəbəydə gədəbəyli sahibkarlara qarşı bəslənilən ögey münasibət, bu gün də davam etməkdədir. Belə ki, rayon rəhbərliyinin və onun zülmə və iztiraba söykənən idarəçiliyinə dəstək verənlərin atdıqları addımların nəticəsidir ki, onlar üz-üzə qaldıqları problemlərini hələ də həll edə biməyiblər. Sahibkarlar uzun illərdir ki, Gədəbəylə Prezident Administrasiyası arasında qalsalar da, aidiyyəti qurumlara dəfələrlə müraciətlərini ünvanlasalar da, bir kimsə onlarla lazımınca maraqlanmayıb, problemlərinin həllinə də çalışmayıblar. Amma bir neçə gün bundan əvvəl, əslən Gədəbəy rayonundan olan sahibkar Əliyev Oqtay Qara oğlu “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, “mənim DİN-i rəhbərinin qəbuluna düşmək istəyi ilə bağlı müraciətimə olduqca ümidverici cavablar verildi. Çünki, 04 may 2016-cı il tarixdə üzləşdiyim problemlərlə bağlı, Gədəbəy rayon Prokurorunun qəbulunda olsam da, son anda heç bir nəticə alınmadı. Gədəbəy rayon Prokurorunun qəbuluna getməzdən öncə, DİN–nə teleqramma vurub, obyektimin qanunsuz söküntüsü ilə bağlı üz-üzə qaldığım problemin həllinə köməklik etmələrini xahiş etdiyimdən, 06 may 2016-cı il tarixdə mənə zəng olundu və DİN-nə də dəvət etdilər. Həmin gün nazirliyin yüksək çinli vəzifə sahibi məni qəbul etdi və bir saat yaxın vaxt ərzində ümumi söz-söhbətdən sonra, obyektimin qanunsuz söküntüsünə dair sənədlərə də diqqət yetirdi. Az sonra isə, həmin vəzifə sahibi nazirliyin iki əməkdaşına tapşırıq verdi ki, vətəndaşın üzləşdiyi problemin araşdırılması üçün hər ikiniz Gədəbəyə ezam olunursuz və Oqtay Əliyevin sadaladığı faktlar əsasında araşdırmalar da aparırsınız. 09 may 2016-cı il tarixdə DİN-nin əməkdaşları zəng edərək məni Gədəbəy rayon Polis Şöbəsinə dəvət etdilər. Elə ki, həmin günün səhər saatlarında rəis müavini Bəhmən müəllimin iş otağında DİN-nin əməkdaşları ilə görüşdük və mənə məxsus obyektin qanunsuz söküntüsü, ərzaq mallarının və avadanlıqların harada olması, mənim heç bir əsas olmadan 15 sutka müddətinə həbs olunmağım və.s əsas müzakirə mövzusu oldu. Az sonra polis şöbəsinə Gədəbəy şəhəri üzrə icra nümayəndəsi Şahbaz Bayramov, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov və şəhər bələdiyyəsinin sədri Zülfüqar Yusipov da dəvət olundular. Onu da bildirim ki, hər üç vəzifə sahibi Gədəbəy rayon Polis Şöbəsinə gələnə qədər, DİN-nin əməkdaşları digər şikayətçi sahibkarları Qasm Məmmədovu və Vaqif Səfərovu da qəbul etdilər və aparılan müzakirələrdən sonra, hər iki şəxsin üz-üzə qaldıqları problemlərlə bağlı izahatları da alındı. Təəccüb doğuran hal o oldu ki, biz sahibkarların üz-üzə qaldığımız problemlərlə bağlı ümumi müzakirələr aparılarkən Zülfüqar İsgəndərov, Şahbaz Bayramov və Zülfüqar Yusipov otağa daxil oldurlar və yenə də əsası olmayan, həqiqəti özündə ifadə etməyən açıqlamalarını danışmağa başladılar. O halda bildirdim ki, hələ 2015-ci ilin noyabr ayında Beynəlxalq Mətbuat Mərkəzində biz mətbuat konfransı keçirən zaman, icra hakimiyyəti aparatı hüquq şöbəsinin müdiri vəzifəsini daşıyan Zülfüqar İsgəndərov, “ANS” televiziya şirkətinə zəng edərək bildirmişdi ki, “həmin sahibkarların heç bir sənədləri yoxdur”. Edilmiş telefon zəngindən sonra televiziya əməkdaşları bizi şirkətə dəvət edib, sənədlərimizə təkrar baxış keçirdilər. Həmin vaxt bəlli oldu ki, Zülfüqar İsgəndərov bu cür addımlarını atmaqla “ANS” televiziya şirkətini aldatmağa və biz sahibkarlara qara yaxmağa çalışır. Həmin gün atdığı addımından peşman olmayan Zülfüqar İsgəndərov, 11.30-da “İç xəbər” proqramında verilən informasiyadan az sonra, bir daha “ANS” zəng edir ki, biz sahibkarlarla bağlı verilən informasiyalar həqiqəti ifadə etməyən informasiyalardır. Yəni, o, televiziyaya etdiyi telefon zəngi zamanı bildirir ki, “sahibkar Oqtay Əliyevə məxsus obyekt “Rabitə Bank” tərəfindən sökülüb”. Elə ki, ona bir daha bildirilir ki, Oqtay Qara oğluna məxsus obyektin sənədləri tam qaydasındadır, belə olan halda icra hakimiyyətinin rəsmisi “İç xəbər” proqramının sualına təkrar olaraq bildirir ki, “Əliyev Oqtay Qara oğluna məxsus obyekti bank deyil, məhz onun özü söküb” deyir. Bir faktı da qeyd edək ki, DİN-nin əməkdaşları yanında icra hakimiyyəti rəsmisi çox danışsa da, həqiqəti ifadə etməyən açıqlamalar söyləsə də, Oqtay Əliyev həmin vaxt bildirir ki, “mən Zülfüqar İsgəndərovun yalan danışdığını sənəd-sübutla da isbat edə bilərəm”. Yəni, o, onu da vurğulayır ki, “mənə məxsus çıxarışda qeyd olunub ki, 38,5 kvm-lik obyektin alt hissəsindəki 60 kvm-lik torpaq sahəsi tam mənim mülkiyyətimdədir”. DİN-dən əldə etdiyi ümidverici addımlardan sonra, çox keçmir ki, Sumqayıt şəhər Prokurorluğundan Oqtay Əliyevə zəng olunur və o, həmin prokurorluğa da dəvət olunur. 10 may 2016-cı il tarixdə 11.30-da Sumqayıt şəhər Prokurorluğunda olan Oqtay Qara oğlu üz-üzə qaldığı problemlərlə bağlı müəyyən açıqlamalar danışıb, lazımi izahatını da yazır. Qeyd olunan qurumdan ona bildirilir ki, DİN-nə ünvanladığın müraciət lazımi nəticə vermədiyi halda, Baş Prokurorluğa müraciət etməyin məsləhət bilinir ki, bunun da yəqin ki, real nəticəsi olacaq. Bəli, bu bir sahibkarın illər uzunu üz-üzə qaldığı problemlərin varlığıdır ki, bunun da birbaşa günahkarı təqribən 34 nəfər sahibkara məxsus obyektləri qanunsuz darmadağın etdirən Gədəbəy rayon rəhbərliyinin yarıtmaz idarəçiliyinin varlığıdır. Amma tarix sübut edir ki, zülmə, iztiraba söykənən idarəçilik heç vaxt uzunömürlü və əbədi olmur.
Yaşanan olaylarla bağlı geniş araşdırmalarımızı yaxın günlərdə oxuya biləcəksiniz.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?