Düzdür, onlar da atacağım addıma haqq qazandırırlar və lazım gələrsə oxşar addımlarını atacaqlarını da dilə gətirirlər
Bu gün Bərdə şəhərində yaşanan çoxsaylı problemlərdən biri də, Raya Təhməzovagilin ailəsinin üz-üzə qaldığı problemin varlığıdır. Yəni, yaşanan problemin mahiyyəti ondan ibarətdir ki, 1953-cü ilin aprelində dünyaya göz aşan və 64 yaşı tamam olan Bərdə şəhəri Nüşabə küçəsi ev-37 ünvanında yaşayan Təhməzova Raya Şükür qızıgilin ailəsi, “AMRAH BANK”ın təqribən 18 nəfər “qoçu dəstə” sinin hücumu ilə üz-üzə qalıb. Belə ki, qeyd olunan ünvanda yaşayan Bərdə şəhər sakini “Gündəm Xəbər”ə ünvanladığı müraciətində bildirir ki, “təqribən iki il bundan əvvəl gəlnim, adı çəkilən bankdan kreditə pul götürərək aradan çıxmışdır. Bu gün onun harada olması, kiminlə hara getməsi barədə heç bir məlumatımız yoxdur. Belə olan halda oğlum məcbur oldu ki, onu məhkəməyə versin və nigahdan da məhkəmənin qərarı ilə ayrılsın. Bəli, bu belə də oldu.
İndi vəziyyət elə bir həddə gəlib çatıb ki, bank əməkdaşları gəlnimi tapa bilmirlər və kreditə götürülmüş pulu almaq üçün, üstümüzə hücum çəkib məni, oğlumu və iki nəvəmi məcburu qaydada evdən çıxarıblar. Bu gün qarşımızda belə bir şərt də qoyublar ki, “biz bu evi 20 min manata satacağıq və həmin puldan banka çatası 12 min manatını götürüb, qalan pulları isə sizə verəcəyik” deyirlər. İndi əlacım üstümə benzin töküb, özümü PA-nın qarşısında yandırmağa qalıb. Mən məcburam ki, oğlumu və nəvələrimi də belə bir addım atmağa vadar edim. Çünki, başqa əlacımız yoxdur. Düzdür, onlar da atacağım addıma haqq qazandırırlar və lazım gələrsə oxşar addımlarını atacaqlarını da dilə gətirirlər. Düşünürəm ki, daxilində bu xalqa sevgisi olan media təmsilçiləri, üz-üzə qaldığımız problemləri ictimailəşdirəcək, o halda geniş ictimaiyyət də hər şeydən xəbərdar olacaq.
Bu gün mən bank əməkdaşlarına onu da bildirirəm ki, bizi bayıra atmısınız, bilin ki, başqa ünvanda yaşamağa heç cür imkanımız yoxdur. Çünki, madi vəziyyətimiz buna imkan vermir. Mümkünsə, yeni bir cədvəl tərtib edin və mən də sizə söz verirəm ki, sutkanın daha çox saatlarını işləyib, oğlumun və nəvələrimin xatirinə həmin pulu qəpiyinə qədər banka ödəyəcəyəm desəm də, hələ ki, bank tərəfi təklifimə biganə yanaşmaqdadır. Amma, onu da düşünürəm ki, qarşı tərəf mənim ağbirçək ana olmağımı, oğlum və iki azyaşlı nəvəmlə birlikdə yaşamağımı nəzərə alıb, bizə mümkün variantlar göstərəcəklər. Əgər bu belə olmazsa, o halda yuxarıda qeyd etdiyim addımı atmağa məcbur olacağam”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?