Nurəddin Hüseynov: “Çox keçmədi ki, köməyə gələn həkimlər məni Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırdılar və xəstəxanada Firdovsi həkim məni cərrahiyyə əməliyyatı edərək, baş nahiyəmə dörd tikiş də qoydu”
Gədəbəydə yaşanan sosial problemlər içərisində diqqəti daha çox cəlb edənlərdən biri də, yerli sakinlərin üz-üzə qaldıqları olaylar və onların həlli istiqamətində heç bir addımların atılmamasıdır. Bu sırada həyatı ölümlə üz-üzə qalan və olmazın müsibətlərə düçar olunan Gədəbəy rayonu Arıqıran kənd sakini Hüseynov Nürəddin Cəbrayıl oğlu redaksiyamıza ünvanladığı şikayət ərizəsində yazır ki, “mən 04 avqust 2016-cı il tarixdə rayonun Inəkboğan kənd sakini tərəfındən toy məclisinə dəvət olunmuşdum. Toyda adı çəkilən kəndin sakini Hüseynov Əlviz mənə sataşaraq dedi ki, “sən mən oturan stolda otıırma”. O halda cavab verdim ki, bu məclisə heç kəs evindən stol gətirməyib. Ümumi danışığımızdan sonra söz-söhbətimiz dayandı və o, mənə nəsə desə də, mən onun dediklərini heç cür eşitmədim. Toy məclisindən çıxıb azyaşlı oğlumla evə gedərkən Hüseynov Əlviz, onun qardaşı Hüseynov Nuru, qardaşı oğlu Hüseynov Anar və Əlvizin digər qardaşı Hüseynov Vəsil qarşımızı kəsib bizi hədələdilər. Əvvəlcə Əivizin qardaşı oğlu Anar əllərimi tutdu və Əlviz də bir əlində bıçaqla, o biri əlində olan küt alətlə isə, mənə xəsarət yetirərək döyməyə başladılar. Çox keçmədi ki, Əlviz əlindəki armaturla baş nahiyəmdən də vurdu. Aldığım zərbədən huşumu itirib yerə yıxıldım və həmin an Əlvizin qardaşları Vəsil, Nuru və onun qardaşı oğlu Anar əllərindəki daş və dəmir alətlərlə məni yenidən döyməyə başladılar. Bir müddətdən sonra ayıldım ki, azyaşlı oğlum və anam məni yerdən qaldırırlar. Dərhal DİN-nin102 xidmətinə və təcili tibbi yardıma zəng vurdum. Çox keçmədi ki, köməyə gələn həkimlər məni Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırdılar və xəstəxanada Firdovsi həkim məni cərrahiyyə əməliyyatı edərək, baş nahiyəmə dörd tikiş də qoydu. Özümü olduqca pis hiss etdiyimə görə, ləngimədən həkimlər məni göndərişlə Bakı şəhər Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzinin Trovmatologiya şöbəsinə göndərdilər. Adı çəkilən səhiyyə ocağında həkimlər məni müayinə edərək, mənə kəllə-beyin silkələnməsi və qansızma diaqnozunu da qoydular. Eyni zamanda baş nahiyəmdə kəllə-beyin sınığı və çat da aşkar etdilər. On gün həmin müəssisədə yatdım ki, həmin günlərdə də həm mııayinə, həm də müalicə olundum. Hətta, təkrar müalicəyə gəlməyimi də tələb etdilər. Həmin vaxtdan bu günə qədər Elviz Hüseynovun və onun yaxınlarının mənə qarşı etdikləri xuliqanlıq hərəkətləri ilə bağlı hara şikayət etmişəmsə, bir kimsə şikayətimə belə baxmayıb. Hətta, mənə qarşı cinayət törədənlər məni hədələyərək “get hara, kimə istəyirsən şikayətinit et, bizim polisdə də, prokurorluqda da, məhkəmədə də adamlarımız var” dedilər.
Onu da vurğulayım ki, mənə qarşı bu cür zorakılıq əməlləri törədən Hüseynov Əlviz, ayrı-ayrı vaxtlarda bir neçə nəfərə müxtəlif bədən xəsarətləri yetirsə də, heç bir halda lazımi cəzasını almamışdır. Məsələn, o, 1990-2015-ci illərə kimi Gədəbəy rayonu İnəkboğan kənd sakinlərindən bir neçəsinə müxtəlif bədən xəsarətləri yetirmiş və ötən vaxt ərzində də lazımi cəzasını almamışdır.
1.O, Hüseynov Əhət Şirin oğlunun əl barmağının birini kəsərək ona xəsaret yetirmişdir. Həmin xəsarət az ağır olsa da, əslində ömürlük qalan xəsarətdir. Baş verən hadisə ilə bağlı Gədəbəy rayon Prokurorluğunda və Polis Şöbəsində istintaq işi aparilsa da, sonradan zərərçəkmişə prokurorluğun və polis şöbəsi əməkdaşlarının təsir göstərməsi nəticəsində, həmin işi heç bir əsas olmadan batırıldı və cinayet işinin rədd olunmasi haqda qərar da qəbul edildi. 2. 1991-ci ildə o, Gədəbəy rayonu İnəkboğan kənd sakini Məmmədov Tahar Məhəmməd oğluna biçaqla az ağır bədən xəsarəti yetirsə də, həmin iş üzrə cinayət işinin başlanması rədd edilmişdir. 3. 1992-ci ildə Əlviz Hüseynov Gədəbəy rayonu İnəkboğan kənd sakini Mustafayeva Məhfuzə Fikrət qızının baş nahiyyəsinə ağacla zərbə vurub ona müxtəlif bədən xəsarəti yetirsə də, həmin iş üzrə ekspert rəyi olsa da, son anda cinayət işinin başlanması rədd olunmuşdur. 4. 1993-cü ildə Gədəbəy rayonu İnəkboğan kənd sakini Hüseynov Ayaz Arif oğlunun və onun ailə üzvlərinin baş və qol nahiyələrinə müxtəlif bədən xəsarətləri yetirmişdir ki, həmin hadisə də kənd sakinlərinin gözü qarşısında baş vermişdir. Hüseynov Əlviz bu cür xuliqanlıq əməli törətsə də, həmin iş üzrə Gədəbəy rayon Prokurorluğunda və Polis Şöbəsində cinayət işinə başlanmasının rədd olunmasi barədə qərar da qəbul edilmişdir. 5. O, 1994-cü ildə Gədəbəv rayonu İnəkboğan kənd sakini Abdullavev Fazil Fərzali oğluna da mlixtəlif bədən xəsarətləri yetirmişdir. Həmin hadisə də kənd sakinlərinin gözü qarşısında baş vermişdir. Yenə də Godəbəy rayon Prokurorluğu və Polis Şöbəsi tərəfındən cinayət işinə başlanmasının rədd olunmasi barədə qərar qəbul edilmişdir. 6. Gədəbəy rayonu İnəkboğan kənd sakini Mustafayea Savad Müslüm qızına az ağir bədən xəsarəti yetirmiş və hələ bu azmış kimi onların evinə hücum da etmişdir. Nəticədə onlara məxsus əmlaka xeyli miqdarda zərər vurmuşdur. Bu hadisə də yüzlərlə kənd sakinlərinin gözü qarşısında baş vermişdir. Onun bu işi üzrə də cinayət işinin başlanmasının rədd olunması barədə, Gədəbəy rayon Prokrorluğunda və Polis Pöbəsi şöbəsində qərar qəbul edilmişdir. 7. Gədəbəy rayonu İnəkboğan kənd sakini Məmmədov Şahin Tahir oğluna müxtəlif bədən xəsarətləri yetirsə də və bununla bağlı rayon polis şöbəsində təhqiqat aparılsa da, son anda cinayət işinin rədd olunmasi barədə qərar qəbul edilmişdir. 8. O, Gədəbəy rayonu İnəkboğan kənd sakini İbrahimov Qabil Fərman oğlu ilə bərabər, İbrahimov Mobil Fərman oğluna qarşı da, cəmiyyətin gözü qarşısında əxlaqsızlıq hərəkətləri etdiyindən, onunla bağlı Gədəbəy rayon Polis Şöbəsinə müraciət olunmuş və müraciət əsasında bir qədər təhqiqat işi aparılsa da, son anda cinayət işinin rədd olunmasi barədə qərar qəbul edilmişdir. 9. Elviz Hüseynov Gədəbəy rayonu İnəkboğan kənd sakini Kazımov Nizaməddin Yunis oğlunu döydüyii üçün, onunla bağlı Gədəbəy rayon Polis Şöbəsinə muraciət olunmuş və bir müddət təhqiqat aparılsa da, son anda heç bir tədbir görülməmişdir. 10. O, Gədəbəy rayonu İnəkboğan kənd sakini Alıyev Fərzalı Mikayıl oğluna ağır bədən xəsarətləri yetirmiş və bir neçə qabırğasını da sındırmışdır. Onun belə bir hərəkəti ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunsa da, edilmiş müraciətə baxılmamışdır. Yəni, açıq-aydın şəkildə rədd cabvabı da verilmişdir.
Gədəbəy rayonu Arıqıran kənd sakini Hüseynov Nürəddin Cəbrayıl oğlunun redaksiyamıza ünvanladığı şikayət ərizəsindən bəlli olur ki, bu rayonda “ağa qara, qaraya isə ağ” deyirlər. Əgər bu belə olmasaydı Nurəddin Hüseynovu ölümlə üz-üzə qoyan Elviz Hüseynov, tutduğu əməl(lər)ə görə lazımi cəzasını da alardı. Amma, olub-keçənlərə diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, onlarla rayon sakininə müxtəlif bədən xəsarətləri yetirən bu şəxsə hələ ki, bir kimsə “qaşın üstə qara var” demir. Yəni, bunun da səbəbi o olur ki, rayonun hüquq-mühafizə orqanı əməkdaşları ona “arxa-dayaq” olurlar”. Haqqın qalib gələcəyinə və Elviz Hüseynovun tutduğu əməllərə görə gec-tez lazımı cəzasını alacağına ümid bəsləyən Nurəddin Hüseynov, bu gün ölkənin ən yüksək çinli vəzifə sahiblərindən də köməklik istəyir. O, inanır ki, ölkəmizin Baş Prokuroru cənab Zakir Qaralov və Daxili İşlər Naziri cənab Ramil Usubov problemin lazımınca araşdırılması üçün, aidiyyəti qurumlara müvafiq tapşırıqlarını da verəcəklər. Açıqlamada adı çəkilən hər bir şəxsin də mövqeyini dinləyə bilərik. Araşdırmamız davam edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?