Akif Çovdarov: “Qədim Ədilovu otağımda başa saldım”
“Qədimi döyməyim, əl-qolunu bağlamağım, fiziki zor tətbiq etməsi barədə göstərdiklərinin tam yalandır”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Akif Çovdarov təqsirləndirilən şəxs qismində ifadə verən zaman Mübariz Məmmədova qarşı qanunsuzluqlarla bağlı da ifadə verib. O, bildirib ki, Mübariz Məmmədovu 1994-cü ildən Badamdarda yaşadığı üçün tanıyıb: “Onun müraciətində və ifadələrində göstərdikləri tamamilə yalandır. Rafiq Tağıyev yaxın dostum olub. 2014-cü ildə Rafiq Tağıyevlə görüşərək söhbət edərkən sonuncu Mübariz Məmmədov adlı şəxsdən Badamdar qəsəbəsində yerləşən torpaq sahəsini almaq üçün 300.000 manat beh verdiyini, Mübariz Məmmədovun onu yaxşı tanıdığını dediyini bildirib. Rafiq Tağıyev həmçinin Mübariz Məmmədovun mənim ağsaqqalı olduğumu bildirdiyi üçün inanaraq torpaq sahəsini 600.000 manat pula almaqla
bağlı razılığa gələrək 300.000 manat beh verdiyini bildirib. Rafiq Tağıyevə Mübariz Məmmədovun dələduz adam olduğunu, nahaq yerə beh pul verdiyini demişəm”.
“300 min manatı qaytarmasını dedim”
Akif Çovdarovun sözlərinə görə, xeyli müddət vaxt keçdikdən sonra Rafiq Tağıyevdən Mübarizdən almaq üçün beh verdiyi torpaq sahəsini barədə maraqlanıb: “Məlum olub ki, həmin torpaqla bağlı məhkəmə mübahisəsi gedir və Mübariz Məmmədovun Rafiq Tağıyevə satmaq üçün 300.000 manat aldığı torpaq sahəsi hansısa nazirliyə Bakı şəhər icra hakimiyyəti tərəfindən verilib, bunu bildikdən sonra Rafiq Tağıyev pulunu Mübariz Məmmədovdan tələb edib. Çünki Mübariz həmin torpağın sənədlərini Rafiq Tağıyevin adına rəsmiləşdirə bilməyib. Bununla bağlı Rafiq Tağıyevə kömək etmək üçün Mübarizə mobil telefonla zəng edərək MTN-ə dəvət etdim. Nazirlikdə Mübarizlə görüşərkən Rafiq Tağıyevin yaxın dostu olduğunu qeyd olunan torpağı Rafiq Tağıyevin adına rəsmiləşdirə bilmədiyi təqdirdə almış olduğu 300.000 manat behi Rafiqə qaytarmasını dedim”.
Akif Çovdarov qeyd edib ki, bu söhbətin üzərindən xeyli müddət keçməsinə baxmayaraq torpağı Rafiq Tağıyevin adına rəsmiləşdirə bilməyib, nədə ki, aldığı 300.000 manat behi geri qaytarmayıb: “Sonradan Rafiq Tağıyev əlaqələri vasitəsilə Mübariz Məmmədovun torpaqla bağlı problemlərini həll edib və torpağı adına rəsmiləşdirib. Bundan sonra Rafiq Mübarizə aralarında olan razılaşmaya uyğun olaraq pulun qalan hissəsinidə verib. Həmin pulun nağd və ya hansısa əmlak şəklində verildiyini bilmirəm, həmin proseslərdə iştirak
etməmişəm. Mübariz Məmmədova hansısa formada hədə-qorxu gəlməmişəm, sonuncunu qorxutmamışam. Rafiqə aldığı pulun qarşılığında torpağı vermədiyi üçün Mübarizə xəbərdarlıq etmişəm”.
“10 min manat almasından məlumatım olmayıb”
“Techmarin LTD” məhdud məsuliyyətli cəmiyyətinin sədri Arif Həsənovun külli miqdarda pulunun ələ keçirilməsi xüsusatı üzrə Akif Çovdarov bildirib ki, hazırda ləğv edilmiş MTN-nın 4-cü Baş idarəsinin sabiq əməkdaşları Fizuli Əliyev, Natiq Alıyev, Zaur Məmmədov və digərlər tərəfindən 2015-ci ilin yanvar ayında “Techmarine LTD” MMC-nin fəaliyyətinə dair yoxlama və ya araşdırma aparılması haqqında heç bir məlumatı olmayıb: “Arif Həsənov, Həsən Həsənov, Səhrab Allahverdiyev və Elşən Nəcəfovu tanımıram, nazirliyə çağırılmalarından, Arif Həsənovun ətrafında hər hansı əməliyyat tədbirinin keçirilməsindən məlumatım olmayıb”.
Akif Çovbdarov qeyd edib ki, rəhbərlik etdiyi baş idarənin 2-ci idarəsinin rəisi vəzifəsində xidmət etmiş Akif Əliyevin 2015-ci ilin fevral ayından etibarən “Met-ak” məhdud məsuliyyətli cəmiyyətinin maliyyə işləri üzrə direktoru Fuad Zülfüqarovu mütəmadi MTN-ə dəvət edib, qaçaqmalçılıqla ölkəyə mal gətirməkdə ittiham edərək 50.000 manat tələb edərək 10.000 manat pul almasından məlumatı olmayıb.
“400 min manat borcu olub”
Taxta-şalban ticarəti ilə məşğul olan Qədim Ədilova qarşı qanunsuzluqlar epizodu üzrə Akif Çovdarov bildirib ki, Qədim Ədilovdan, eləcə də onun dostu Sayibxan Səmədovdan
hər hansı məbləğdə pul tələb eyməyib. O, zərərçəkmişlərfəm pul almadığını, qanunsuzluqlara yol vermədiyini bildirsə də, zərər çəkmiş Qədim Ədilovla üzləşdirmə zamanı sonuncunun onun qəbulunda olduğunu etiraf edib: “Qədimi qeyri-rəsmi olaraq öz otağıma dəvət etmişəm. Buna səbəb onun barəsində çoxlu sayda şikayətlər olub, taxta-şalban ticarəti ilə bağlı Qədimin bir çox şəxsə borcu yaranıb, konkret olaraq qohumum olan bibisi qızının oğlu Natiq Hümbətova və başqa şəxslərə 400.000 manat məbləğdə borcu olub. Həmin məbləğin ABŞ dolları və ya manatla olmasını xatırlamıram. Qədim Ədilovun qohumum Natiq Hümbətova olan borcunu qaytarmayıb. Buna görə də Qədimi otağıma dəvət edərək camaata, o cümlədən qohumum Natiq Hümbətova olan borcunu qaytarmasını başa saldım. Qədim Ədilovu döyməmişəm, onunla amansız rəftar etməmişəm. Xidməti otağımda Qədimi döyməyim, əl-qolunu bağlamağım, fiziki zor tətbiq etməsi barədə göstərdiklərinin tam yalandır”.
“Səlim Məmmədova özüm tapşırmışam”
Akif Çovdarovun sözlərinə görə, Qədim Ədilovu yalnız borcu ilə əlaqədar bircə dəfə 2015-ci ilim yayında xidməti otağında, yanında olub: “Onunla ancaq söhbət etmişəm. Qohumum Natiq Hümbətovun da yanmızda olub, Qədim Ədilovun səhv etmirəmsə 40.000-50.000 borcu Natiq Hümbətova qaytarıb. Lakin qalan məbləği qaytarmadığını, 300.000 ABŞ dolları məbləğində pulu 7 sentyabr 2015-ci ildə axşam saatlarında Nərimanov parkının arxa tərəfində, “Samavar” çayxanasının tinində Səlim Məmmədova verməsinin yalandır”.
Akif Çovdarov qeyd edib ki, qohumu Natiq Hümbətovun 2015-ci ilin yaz aylarında ona müraciət edərək, Qədim Ədilov adlı şəxsin ona borcunu qaytarmadığını deyib: “Buna görə Qədim Ədilovu otağıma dəvət etmişəm. Qədim Ədilovla otağımda söhbət edərkən idarə rəisi Səlim Məmmədov və qohumum Natiq Hümbətov da otaqda olub. Səlim Məmmədova Qədim Ədilovun qohumuna olan borcunun qaytarılması işi ilə məşğul olmağı özüm tapşırmışam”.
Sorğu
Yeni dizaynımız necədir?