Hesablama Palatası və Maliyyə Nazirliyi Nazim İsmayılovla üç müavinin büdcəni talayan maxinasiyalarını təftiş etməyə çağırıldı - Faktlar
Göyçayı oylağına çevirən İsmayılovlar haqda sensasion iddialar var: başçı oğluna villa tikdirir, qardaşı isə vakansiya olan iş yerlərini rüşvətlə satır Sabirabad rayon İcra Hakimiyyətinin dotasiyası kəsilib. Bu barədə “Gündəm-Xəbər”ə daxil olan məlumata görə, iqtisadi böhran icra strukturlarına ayrılan dotasiyaların dayandırılmasına səbəb olub. Qanı qaralan məmurlar Bundan sonra Sabirabad RİH öz resursları hesabına fəaliyyətini davam etdirməlidir. Mərkəzdən gələn qərar yerli məmurların kürkünə birə salıb. Onların maxinasiyalar imkanı məhdudlaşıb. İcra hakimiyyətindəki məmurların büdcə pullarını çırpışdırması, MMC-lərdə pul silməsi imkanları tükənib. Sabirabadın icra başçısı Nazim İsmayılovun dotasiyaların dayandırılmasına görə qanı qaradır. İddialara görə, icra başçısı vəzifədən getməyin bundan daha yaxşı olduğunu düşünür. Bildirilir ki, Sabirabad yeyinti üçün əlverişli bölgələrdən biridir. Di gəl N.İsmayılovun dotasiyası kəsilib və pəjmürdə olub. Bir çox məmurların iş prinsipinə nəzər saldıqda elə düşünmək olar ki, sanki bəziləri özü üçün “toxunulmaz kadr” statusunu təmin edib. Çünki, onların əməlləri, formalaşdırdıqları korrupsiya piramidası heç bir ölçüyə, qanuna sığımır. Ölkə başçısı dəfələrlə məmurları sərt şəkildə tənqid etsə də bəziləri nəticə çıxartmaq əvəzinə öz bildiklərini etməkdə davam edirlər. Adı zaman-zaman müxtəlif korrupsiya faktlarında çəkilən, qanunsuz əməlləri ilə medyanın gündəmindən düşməyən məmurlardan biri də Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovdur. Nazirlik və Palata bunları bilirmi? “Gündəm-Xəbər”in məlumatına görə, mətbuatda maxinasiya faktları bu günə qədər araşdırılmamış qalıb. Hesablama Palatası və Maliyyə Nazirliyinin yoxlaması kifayət edir ki, N.İsmayılovun mənimsəmə əməliyyatları üzə çıxsın. Rayonda aparılan bütün abadlıq və tikinti işlərinə özünə yaxın olan və icra başçısı təyin edildikdən sonra qurduğu «VVS Tikinti Təhcizat» MMC vasitəsilə həyata keçirib. Lakin adıçəkilən şirkət məhz tikinti-təmir və abadlıq işlərinin həyata keçirilməsini reallaşdırmayıb. “VVS Tikinti Təhcizat” MMC həm də yerli icra nümayəndəlikləri, o cümlədən də əksər büdcə təşkilatlarının dəftərxana təchizatı üzrə tenderlərin də qalibi olub. “VVS Tikinti Təhcizat” MMC icra başçısının ən yaxın adamlarından birinə məxsusdur. Adıçəkilən şirkət rayon üçün ayrılan bütün büdcə vəsaitlərinin xərclənməsində də iştirak edib. Bir faktı qeyd edək ki, son illərdə Sabirabad rayon İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 10 milyon manata yaxın vəsait ayrılıb. Söhbət sadəcə "Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə” ayrılan vəsaitlərdən gedir. Digər ayırmaları, büdcə təşkilatlarından, sahibkarlardan toplanan “aylıq”ları da bura əlavə etsək çox böyük bir rəqəm alınır. Bu isə Sabirabadda korrupsiyanın hansı dərəcədə dəhşəıtli hal aldığının göstəricisidir. Həsən Həsənov, Vahid Həsənov, Hüseynağa Gülüşov... “Gündəm-Xəbər” yazır ki, rayondakı büdcə təşkilatları ilə aparılan “haqq hesab” işlərini icra başçısı adından müavini Həsən Həsənov görür. Bütün “haqq-hesab kitablarını” öz əlində tutan birinci müavin hamıya büdcə təşkilatlarından və sahibkarlardan yığdığı vəsaitləri rayonun abadlaşdırılması və tikinti işləri üçün xərcləndiyini bildirir. Amma bu da bir faktdır ki, abadlıq və yenidənqurma işlərinin aparılması üçün ölkə prezidenti büdcədən, prezident fondundan və yerli icra hakimiyətinin fondundan kifayət qədər vəsait ayırır. Bu halda Həsən Həsənov hansı abadlıq işlərinin aparılması üçün büdcə təşkilatlarından və sahibkarlardan pul toplayır və hansı əsasla? Əslində Sabirabadda hamı yaxşı bilir ki, Həsən Həsənovun yığdığı vəsaitlər birbaşa icra başçısı Nazim İsmayılova çatır. Başçı isə öz növbəsində həmin vəsaiti özünün şəxsi işləri üçün xərcləyir. Həsən Həsənov öz növbəsində digər müavin Vahid Həsənovla birləşərək tikinti işlərini özlərinə yaxın şəxslərə məxsus şirkətlərə verirlər. Bu işdə hər iki müavinin başqa bir ortağı isə rayon maliyyə idarəsinin müdiri Hüseynağa Gülüşovdur. Bununla bağlı mediada yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalardan belə aydın olur ki, məhz “bu üçlük hər il rayonun daxili büdcəsindən ayrılan milyonlarla manatlıq abadlıq, tikinti işlərini öz nəzarətlərinə almaqla külli miqdarada qazanc əldə edirlər. Bildirilir ki, bir qayda olaraq Hüseynağa Gülüşov əsasən ayrılan vəsaitlərdən 10 faizlik “haqq” götürür. Həsən Həsənovla Vahid Həsənov isə daha böyük maliyyə maxinasiyaları ilə məşğuldurlar. Yəni onlar qiymətlərin şişirdilməsi vasitəsi ilə ümumi vəsaitin təxminən 50-55 faizini mənimsəyirlər. Bu əməliyyatda rayon icra başçısı Nazim İsmayılovun da payının olduğu deyilir. Başçının qardaşı iş yerlərini satır? N.İsmayılov haqda xəbərlər Sabirabadla məhdudlaşmır. Onun əməlləri Göyçaya çatıb. Sosial bu haqda yazılıb. Göyçayda işaxtaran vətəndaşlardan rüşvət tələb olunması iddiaları ilə bağlı araşdırmalar başlandığı deyilir. Yanvarın 9-da Göyçayda keçirilən əmək yarmarkasının pərdə arxasında qeyri-rəsmi məsələlər üzə çıxıb. Məqsəd boş (vakant) iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etmək olsa da, işsiz-gücsüz, evinə bir tikə çörə aparmağa imkanı olmayan vətəndaşlardan rüşvət istənildiyi iddiaları meydana çıxıb. Əvvəlcə ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılıb. Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib. Göyçay Qaz İstismar Sahəsində 10, Mənzil İstismar Sahəsində isə 130-140 boş (vakant) yer var. Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var. Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov olub. O, özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edərək 500-700 manat arası pul müqabilində işlə təmin olunmasına şərait yaratdığı iddia edilir. Bu da digərlərinin narazılığına səbəb olur. Namiq İsmayılov konkret olaraq işə qəbul üçün Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istəyib. Onun isə çörək almağa pulu yoxdur. Yusif Xasıyev yerli hüquq müdafiəçilərinə müraciət edərək bu barədə şikayət edib. Namiq İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun qardaşıdır. Bir müddət əvvəl də mətbuatda Mərkəz direktorunun iş yerlərini satışa çıxardığı haqda açıqlamalar olmuşdu. Hüquq müdafiəçisi Rahim Bayramov Feysbukda yazmışdı: “Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edir. Növbədə olan vətəndaşların deməsinə görə 500-700 manat arası pul verən vətəndaşların işlə təmin olunması təmin olunur. Bu da digərlərinin narazılığına səbəb olur. Dostluğumda olan bütün müstəqil jurnalistlərdən və ictimai fəallardan bu məsələni diqqətdə saxlamağı və paylaşmağı xahiş edirəm”. Yada salaq ki, Sabirabadın icra başçısı Nazim İsmayılov Göyçayda, Gənclər Mərkəzinin arxasında oğlu üçün dəbdəbəli villanın təməlini qoydurub. Təbii ki, Sabirabadın icra başçısı Nazim İsmayılov maaşı ilə oğluna Göyçay rayonunda imarət tikdirdiyini idda edə bilməz. Nazim İsmayılov kimdir? Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun, istilik energetik mühəndisi fakültəsini bitirib. 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq fakültəsi üzrə ali təhsilini başa vurub. 1983-1985, 1988-1990, 1992-1994 –cü illərdə Göyçay rayon Xalq Deputatları Sovetinin (XDS) deputatı olub. 31.05.1994 - 19.04.2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının müavini, 19.04.2001 - 07.07.2006-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısı vəsifəsində çalışıb. Sonradan iş yeri dəyişdirilən N.İsmayılov 07.07.2006 - 21.04.2011-ci il aealığında Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı postunu tutub. Prezident İlham Əliyevin 21 aprel 2011-c il sərancamına əsasən, Nazim İsmayılov Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Elə həmin gün onun Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalanıb. İnternet resurslarında icra başçısı haqda ittihamlar çoxdur və yaxşı olar ki, bunlara aydınlıq gətirilsin yaxud medianın Sabirabadda araşdırma aparmasına şərait yaradılsın. “Gündəm-Xəbər” olaraq rayondan reportaj hazırlamağa hazırıq. Qeyd edək ki, bəzən ayrı-ayrı icra başçıları, onların fəaliyyətləri ilə bağlı neqativ məqamlar işıqlandırılır və gündəmə gətirilir. Cənab prezident də onlar barəsində öz mövqeyini ortaya qoyur. Amma ümumilikdə icra hakimiyyəti orqanlarının ləğv olunması gündəmdədir. Regional idarəetmənin əsas prinsipləri bütün yerli iqtisadi-sosial fəaliyyətlərin özünüidarəetmə üslublarına uyğun qurulmasıdır. İndiki birləşmələr müəyyən mənada inzibati xərcləri azaltsa da, keyfiyyətli və şəffaf idarəetmə üsulu sayıla bilməz.
Sorğu
Yeni dizaynımız necədir?