Azərbaycan Texniki Universitetinin bağlanması projesi -Müdhiş dosye
Adı rüşvət, diplom satışı, MTN işi və müxtəlif skandallara qarışmış ATU-nun ləğvi gündəmə gəlib; Prezident Administrasiyası və Təhsil Nazirliyi islahatlar paketi hazırlayıb
14 kafedrası bağlanmış bu ali məktəbin keçmiş və indiki rəhbərliyi haqda sensasion ittihamlar var; tam təfsilat “Gündəm-xəbər”də...
“Təfəkkür” universitetinin bağlanmasından sonra Azərbaycan Texniki Universitetinin də fəaliyyətinə xitam verilməsi gündəmə gəlib.
Yuxarı dairələrin kluarlarında sözügedən təhsil müəssisəsinin qapadılması barədə fikirlər səslənir. Hələlik dəhlizlərdə danışılan bu təklifin reallaşması mümkün görünür.
Hansı universitetlər bağlanır?
Çünki onun fəaliyyətinin səmərəsizliyi, şikayətlərin artması və rüşvət yuvasına çevrilməsi hakimiyyətin yeni təhsil siyasəti ilə daban-dabana ziddiyyət təşkil edir.
Ona görə də Azərbaycan Texniki Universitetinin gələcəkdə bağlanması istisna edilmir. Bunu “Gündəm-xəbər”ə ATU-dakı mötəbər qaynaq açıqlayıb.
Onun sözlərinə görə, iqtidarın yüksək mərtəbəsində adıçəkilən təhsil ocağından narazılıq var. Hətta ATU barəsində dosye təqdim olunub. Nəticədə ali məktəb “qara siyahı” üzrə qərarlaşıb.
Mənbə qeyd edir ki, Havar Məmmədovun Qafqaz universitetinə rektor gedişindən sonra ATU-nun bağlanacağı ehtimalı yüksəlib.
Onun rəhbər postdan getməsi dolayısı ilə bu universitetlə bağlı gələcəkdə hansısa müsbətə doğru planın olmadığını ortaya qoyub.
Hakimiyyət universitetlərin sayını tənzimləmək və sağlam olanlarını saxlamaq strategiyasını nəzərdə tutur. O da var ki, bu ali məktəblərin arxasındaı havadarlar geri çəkilməkdədir.
Necə ki, “Təfəkkür” və ABU oxşar taleləri yaşadılar, adı rüşvətə bulaşmış ATU kimi təhsil ocaqlarının da eyni aqibətlə üzləşməsi istisna deyil.
Mənbə bu universitetdə bazar mühitinin daha da dərinləşdiyini iddia etməkdədir. Onun fikrincə, yuxarı dairələr də ilkin siyahısını hazırlayır.
Hətta bu siyahıda Bakı Kooperasiya, Bakı Biznes, Bakı Avrasiya, Azərbaycan Texnologiya universitetlərinin də adı keçir. Hər şeyi isə zaman göstərəcək.
Fakt ondan ibarətdir ki, Prezident Administrasiyası, Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi və Maliyyə Nazirliyi universitetlərin həm maddi-texniki, həm tədris səviyyəsi baxımdan səmərəliliyini müzakirə etməkdədir.
Təkliflər paketində mühüm islahatlar yer alıb və faydası olmayan ali məktəblərin mərhələli şəkildə lisenziyasının ləğvi nəzərdə tutulur.
ATU-da qış menyusu
“Gündəm-xəbər” mediaya istinadla yazır ki, ATU bu qəbildəndir və bu universitetdə rüşvətin alınmasının öz texnikası var. Tələbələrin sözlərinə görə, qış semestrində qiymətlər yay semestrindən fərqlənir.
Yayda tariflərin daha yüksək olduğunu deyən tələbələr bildirirlər ki, yanvar imtahanlarında endirim olunur. Hazırda qış imtahanı olduğuna görə sevinən tələbələr deyirlər ki, daha az pul verəcəklər. ATU-nun keçmiş rektoru Havar Məmmədovun hələ də havasının, atmosferinin hökm sürdüyünü bildirən tələbələr sistemin dəyişməməsindən narazılıq edirlər.
"3” qiymətinin 60, “4” qiymətinin 80, “5”in isə 100 manata yazıldığı bu təhsil məbədində yayda tariflər 20-30 manat bahalaşır. Dövlət imtahanlarının 700 manata yazıldığı Texniki Universitetdə rüşvət demək olar ki, rəsmiləşdirilib. Mətbuatda da gedən xəbərlərdə ATU ən çox rüşvətin bulaşdığı təhsil ocaqlarından biri kimi təqdim olunur. Universitet rəhbərliyi universitetin təsərrüfat sahəsində də ciddi maxinasiyalara yol verməkdə ittiham olunur. Məlumata görə, dəftərxana ləvazimatları, təsərrüfat malları, inventar və avadanlıqlara xəclənən pullar əslində rəsmi sənədlərdə göstərilən kimi deyil. Bu sənədlərdə göstərilən qiymətlər real bazar qiymətlərindən qat-qat bahadır. Bundan başqa ləvazimat və materiallardan asılı olaraq rüblük və illik hesabat sənədlərində də maxinasiyalar edilir. Rəsmi hesabat sənədlərində göstərilən yeni avadanlıqlar əslində bir neçə il əvvəl alınmış və istifadə olunmuş avadanlıqlardır. Diplom satışı, 3 milyon tələsi və...
“Gündəm-xəbər” yazır ki, zaman-zaman saxta diplom satışında təqsirləndirilən Texniki Universitet qanunsuz tələbə köçürməsinə görə də məsuliyyət daşıya bilər.
Qəribədir ki, eyni hallar fəaliyyəti dayandırılmış digər ali məktəblərdə də qeydə alınıb. ATU rəhbərliyi universitetin təsərrüfat sahəsində də ciddi maxinasiyalara yol verməkdə ittiham olunur.
Bu yeyintilər MTN bandasının gözündən qaçmamışdı. Xatırladaq ki, keçmiş rektor Havar Məmmədov Akif Çovdarova 3 milyon dollar verməli olub.
Ali təhsil ocağında tələbələrdən 200 manatdan pul yığılır. Məqsəd isə həmin tələbələrin keçid ballarını tənzimləməkdən ibarətdir. Eyni zamanda, o da vurğulanırdı ki, rektor Havar Məmmədov ATU-nun əsas binasının təmiri zamanı bir sıra əyintilərə yol verib.
Hətta rektorun tikinti və təmir işləri üçün ayrılmış pulun bir hissəsinə özünə Novxanıda villa inşa etdirdiyi vurğulanırdı.
Beləliklə, Havar Məmmədov Çovdarovun «tələsi»nə düşür. Özü də elə-belə yox. Ortada konkret faktlarla yanaşı, videogörüntülər də olur. Həmin görüntülərin necə əldə edildiyi hələlik məlum deyil.
Xəbərdə o da deyilir ki, idarəçilik mexanizmini dəyişməyib. Prorektor İlham Pirməmmədovun da rolu və iştirakı az deyil. İlham Pirməmmədova ən yaxın dekanlar Həsənov Fazil Abdüləzim oğlu, Aslanzadə İlham Alıcı oğlu və İbrahimov Bayram Qənimət oğlunun olduğu bildirilir.
Hələ bir müddət əvvəl Media Təqib Mərkəzi apardığı monitorinqin nəticələrini açıqlayarkən məlum olmuşdu ki, Texniki Universitet haqqında ən çox neqativ yazılan universitetlərdəndir. Pirməmmədovun piri yaxud Pirr qələbəsi
“Gündəm-xəbər” media üzərindən apardığı araşdırma zamanı öyrənib ki, ATU-da nüfuz savaşını keçmiş nazir Misir Mərdanovun adamı qazanıb.
Eks-nazirin vaxtında İlham Pirməmmədov Təhsil Nazirliyinin ən güclü söz sahibi olan fiqurlarından biri, bəlkə də birincisi idi.
Məlum dəyişiklikdən sonra təyin olunmuş təhsil naziri Mikayıl Cabbarov onun səlahiyyətlərini qismən məhdudlaşdırdı.
Bir müddət Təhsil Nazirliyində müşavir vəzifəsində çalışan İlham müəllim sonda Təhsil Nazirinin müvafiq əmri ilə Azərbaycan Texniki Universitetində Elmi İşlər üzrə prorektor vəzifəsinə təyin olundu. Bu təyinat təbii ki,təsadüf bir təyinat ola bilməzdi.
Bu Universitetdə İlham Pirməmmədova yaxın olan qüvvələr əvvəldən işləyirdi. Mənbənin bildirdiyinə görə bu quvvələr Universitetdə kifayət qədər söz sahibi olan dekanlar və digər elmi işçilərdir.
Buna görə də İlham Pirməmmədov, öz məqsədlərini həyata keçirmək üçün universitet daxilində kifayət qədər dəstək əldə edə bildi. Hətta onun adı sabiq rektor barədə kampaniya aparmaqda hallanır.
Məsələn yazılırdı ki, qeyri-qanuni tələbə köçürmələrində adı hallanan H.Məmmədovun bu maxinasiyalarla hələ bir vaxtlar dostluq etdiyi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə birgə məşğul olmağa başladığı deyilir.
Sobra yazıırdı ki, Havar Məmmədov bu gün böyük bines şəbəkəsinin sahibinə çevrilibr. Məlumatlarda bildirilirdi ki, hazırda AzTU-nun rektoru "Saba Cars” avtomobil satış mərkəzinə, "Makro-market” mağazalar şəbəkəsinə şərikdir.
Onun bir vaxtlar Novxanı qəsəbəsində özü və sabiq Təhsil naziri Misir Mərdanov üçün inşa etdirdiyi və "əkiz villalar” kimi tanınan qonşu mülkləri isə H.Məmmədovun həqiqətən böyük sərvət sahibi olmasına daha bir əyani sübutdur. Bu materiallar mətbuata məüsədli şəkildə ötürülürmüş.
“Gündəm-xəbər” onu da yazır ki, Havar Məmmədovun vəzifəsindən azad olunub, “Qafqaz” Universitetinə rektor təyinatından sonra onun Texniki Universitetdəki rektor yeri hələ də boş qalmaqdadır.
Artıq bir neçə ay keçməsinə baxmayaraq, adıçəkilən universitetə yeni rektor təyin olunmayıb, daha doğrusu, rektor təyinatı gecikir. Məlumatlı mənbənin bildirdiyinə görə isə bunun bir neçə səbəbi var.
Birincisi, Texniki Universitetin Dövlət Neft və Sənaye Universiteti ilə birləşdirilməsi variantı gözdən keçirilir. Bu variant alınarsa, birləşmiş universitetə Texniki Universitetin keçmiş kadrı, yəni, beynəlxalq əlaqələr üzrə eks prorekroru, texnika elmləri doktoru, 2015-ci ildəndə Dövlət Neft və Sənaye Universitetinə rektor təyin olunan Mustafa Babanlının rektorluğu nəzərdə tutulur.
İkinci variant isə Texniki Universitetin İnşaat və Mühəndislər Universiteti ilə birləşdirilməsidir. Qeyd edək ki, hələ sovetlər dövründə bu iki ali təhsil ocağı bir müddət bir institut kimi fəaliyyət göstərib və sonradan ayrı-ayrı müstəqil institutlara bölünüblər.
Onu da qeyd edək ki, H. Məmmədovdan sonra Texniki Universitetə müvəqqəti olaraq əslən zaqatalalı olan və adıçəkilən təhsil ocağının prorektoru işləyən Xalıq Yahudov rəhbərlik edir. Azərbaycan Texniki Universitetində 14 kafedra ləğv edilib.
2015-ci ildə universitetdə 47 kafedra olub. Aparılan islahatlar nəticəsində hazırda universitetdə 33 kafedra qalıb.
Oktyabr-dekabr aylarında 12 kafedra birləşdirilib. Aprel-may aylarında yenə bir neçə kafedra birləşdiriləcək. Universitetdə olacaq növbəti dəyişikliklər dərs yüklərinin bölgüsü ilə bağlı olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?