Elmar Vəliyevin köməkçisi vəzifələrini icra edən Naqif Həmzəyev Ceyhun Osmanlının taleyini yaşaya bilər
Onun Rəsulzadəyə vətən xaini deməsi və nurçu işində adının keçməsi 2020 mandatının üstündən xətt çəkib
Ölkənin ikinci şəhərinin əhalini gənc millət vəkilinin yerinə sanballı ziyalı arzulayır, onların problemlərini həll etmək iqtidarında deyil
Gəncənin gənc deputatı Naqif Həmzəyev özünü şəhərin icra başçısının köməkçisi funksiyasını yerinə yetirir.
Bu barədə “Gündəm-Xəbər”ə verilən məlumata görə, Elmar Vəliyevin qeyri-rəsmi tapşırıqlarını icra edən Naqif Həmzəyevi Gəncədə deputat kimi tanıyan az adamın olduğu bildirilir.
Əzəmətli Gəncənin deputatı kimdir?
Məlumatda deyilir ki, N.Həmzəyev E.Vəliyevin xahişlərini edən və seçicilərinin müraciətlərinə, zənglərinə telefonunu söndürən bir mandat sahibidir. Geridə qalan dövr ərzində onun Milli Məclisdə səsini eşidən olmayıb.
Ən yaxşı halda AXC liderlərindən olan Rəsulzadəni vətən xaini adlandırmaqla dillərdə əzbərə çevrilib ki, onun cavabını da həmkarı Ağacan Əbiyev verib. Ondan sonra gənc deputatın çıxışları istisna hallarda media səhifələrində görünür.
Elə seçiciləri də onun fəaliyyətindən narazıdır. Əzəmətli Gəncə şəhəri hər zaman ziyalı insanları ilə seçilib və ölkənin ikinci şəhəri xalqın qürur yerlərindən biridir.
Bu şəhər general Sisyanova təslim olmayıb və Cavad xan kimi igidlər yetişdirib. Bu gün də Gəncə Azərbaycanın ən əzəmətli şəhərlərindən biridir.
Hətta paytaxt olması, nazirliklərin, parlamentin binalarının bu şəhərdə yerləşməsi mümkündür. Yerli sakinlərin sözlərinə görə, belə bir şəhərin deputatı gənc Naqif Həmzəyevin olması onların ürəyincə deyil.
Onlar hesab edirlər ki, Gəncəyə daha sanballı bir ziyalı deputatlıq etməlidir, onların şikayət və müraciətlərini dinləməlidir. Bu baxımdan mətbuatda da tez-tez seçicilərin ümumi narazılığı, giley-güzarı işıqlandırılır.
Sakinlərin iddialarına görə, Gəncənin icra hakimi Elmar Vəliyevin abadlıq-quruculuq işləri camaatı qane edir. Şəhər gözəlləşib, yeniləşib və olan-qalan problemlərin də həllinə ümid var. Lakin N.Həmzəyev E.Vəliyevə çatan məktubları yoxa çıxarır, özü isə qapılarını əhalinin üzünə qapadır.
Eyni zamanda N.Həmzəyev icra başçısı barədə mediada gedən yazıların ört-basdır edilməsi, xahiş-minnət vəzifələrini icra edir.
Halbuki, deputatın işi Milli Məclisdə Gəncə və ölkədəki aktual mövzular haqda çıxış etmək, məsələ qaldırmaq, iqtisadi böhrandan çıxış yolları haqda təkliflər irəli sürməkdir.
“Elmar müəllimə çatdıraram” vəzifəsi
“Gündəm-Xəbər”ə verilən məlumata görə, N.Həmzəyevin mandata sahiblənməsində E.Vəliyevin böyük rolu olub. Ona görə də gəncəlilərin fikrincə, millət vəkili də elə icra başçısıdır.
Azərbaycanda bəzi məmurlar var ki, sadəcə görüntü xatirinə vəzifədə əyləşib, daha doğrusu əyləşdiriliblər. Əvəzində isə onların işlərini digərləri yönəldirlər. Bundan əlavə olaraq həmin şəxslərə etimad da sıfıra bərabərdir. Onlara müraciət edən, sözlərinin kəsərinə inanan insanlar azdır.
Milli Məclisdə də bu cür sözünün kəsəri olmayan, daha doğrusu millətinin vəkili olub məmurlardan haqqı tələb edə bilməyən xeyli millət vəkili var. Seçicilərinin haqqını yerli məmurlardan tələb edə bilməyən deputatlardan biri də Gəncə şəhərindən deputat seçilmiş Naqif Həmzəyevdir.
Məlumata görə, artıq xeyli müddətdir ki, qarşılaşdıqları problemlərlə bağlı Bakı şəhərinə- Milli Məclisə üz tutan gəncəlilər Naqif Həmzəyevin yox, Gəncə ŞİH-nin başçısı Elmar Vəliyevin Milli Məclis aparatında işləyən oğlu Elmir Vəliyevin qəbuluna düşməyə daha çox üstünlük verirlər.
Milli Məclisə şikayətə gələn gəncəlilərin Naqif Həmzəyevi "taym-aut"da saxlamalarına səbəb deputatın indiyədək heç bir şikayətçinin qayğısını, problemini həll edə bilməməsidir.
Daha doğrusu o problemləri həll etmək iqtidarında olmamasıdır. Hətta onunla təmas qura bilən seçici problemini dilə gətirəndə N.Həmzəyev “Elmar müəllimə çatdıraram, mənlik deyil, ondan xahiş edərəm” üslubunda cavab verir.
Deyilənə görə, ilk günlər Milli Məclis rəhbərliyi yaranmış vəziyyətdən narazı olsa da, sonradan məsələyə "gözyummalı" olub. Səbəb isə Gəncədən paytaxta - Milli Məclisə qədər gəlmiş insanların sosial narazılıqlarının böyüməməsi olub.
Daha sonra mənbə bildirir ki, əslində Milli Məclisdə yaranmış bu vəziyyətdən hər bir tərəf razıdır. Şikayətçilər dinlənildiklərinə, problemlərinin həllinə problemi həll edə biləcək səlahiyyətli şəxsə "bir köynək" daha yaxın olan şəxsin söz verdiyinə görə razı qalırlar.
Naqif Həmzəyev gününü xoş keçirtdiyinə görə razı qalır. Elmir Vəliyev daha əhəmiyyətli şəxs olduğunu insanların dərk etdiyinə görə razı qalır, rəhbərlik isə hamının mövcud situasiyadan razı qaldığı üçün razı qalır.
Gülən işi Həmzəyevə uzanır
“Gündəm-Xəbər”ə verilən məlumata görə, N.Həmzəyev E.Vəliyevin 1-ci müavini olduğu dövrdə onun bütün təlimatlarına boyun əyib və əvəzində deputatlıq mükafatını qazanıb.
Onun nurçu qalmaqalında adı xüsusi qırmızı xətlə keçirdi. Hətta gənc deputat PA-nın keçmiş rəsmisi, Fətullah Gülənin ölkəmizdəki missioneri olmuş Elnur Aslanovla əlaqədə ittiham olunmuşdu.
Bildirilir ki, N.Həmzəyev də Türkiyə təhsilli sayıla bilər. Hətta həmin dövrdə iqtidar mediası da onu hədəfə almışdı. Mediada yayılan xəbərlərdə qeyd olunur ki, Naqif Həmzəyev təlaş içindədir.
Buna səbəb “FETÖ”-çularla bağlı Türkiyə xüsusi xidmət orqanlarının Azərbaycan hakimiyyətinə təqdim etdikləri yeni siyahıdır.
İddialara görə, Naqif Həmzəyev Fətullah Gülənə olan sevgisini gizlətməkdən çəkinməyib və bunu əməlləri ilə sübut etməyə çalışır.
Həmin məqalələrdə “Gülənçi” deputatın qaranlıq fəaliyyətinə toxunulub. Ümumilikdə, bu gənc deputatın karyerası gənc yaşlarında bitib. Onun 2020-ci ildə deputat olacağı gözlənilmir.
Həm Rəsulzadə çıxışı, həm nurçu içində adının keçməsi onun Ceyhun Osmanlının taleyini yaşayacağından xəbər verir.
Gəncənin deputatı Naqif Həmzəyevin “qələmi qırılıb”. N.Həmzəyev AXC-nun quruclarından olan M.Ə.Rəsulzadə haqda aşağılayıcı fikirləri ilə skandal yaratmışdı. Onun çıxışı xidmət etdiyi YAP rəhbərliyinə də xoş gəlməmişdi. Hətta həmkarı Ağacan Əbiyev onu danlamışdı. N.Həmzəyev Rəsulzadəni vətən xaini adlandırmışdı.
Qeyd etmək lazımdır ki, mövcud hakimiyyət Rəsulzadə və silahdaşlarının qurduğu AXC-ni heç zaman inkar etməyib. Əksinə, indiki Azərbaycanı AXC-nin varisi adlandırıb. Bunu prezident İlham Əliyev də vurğulayıb.
“Gündəm-Xəbər”ə verilən məlumata görə, gənc mandat sahibinin isə yersiz və təhqiramiz çıxışı yuxarı dairələr tərəfindən qəzəblə qarşılanıb. Onun deputat kimi hər hansı fəallığı da müşahidə olunmur.
Bütün bu faktorlar Həmzəyevin hesabına mənfi xal kimi yazılır və onun yenidən deputat seçiləcəyi gözlənilmir.
İddialara görə, deputat qırmızı xətti keçib və hakim dairələr onu Milli Məclisdə bir daha görmək istəmir.
2020-ci il seçkilərində Həmzəyevin adı mandatlılar siyahısında yer almayacağı deyilir. Bu təkcə Rəsulzadə haqda fikirlərinə görə deyil, fəaliyyətindəki passivliklə əlaqələndirilir.
Bundan başqa mətbuatda onun yaxınları haqda da neqativ informasiyalar dolaşır və bu da deputatın reputasiyasına təsir edib. Belə ki, bir müddət öncə Gəncədə millət vəkilinin qardaşının bıçaqlandığı haqqında məlumatlar mediada dolaşdı.
Həmin hadisənin gerçək baş vermə səbəbi bu günə qədər qaranlıq qalmışdı. Deputat qardaşı Saqif Həmzəyevi özünə sürücü kimi işə götürüb. Saqif Həmhəyev Gəncədə tez-tez sərxoş vəziyyətdə avtoxuliqanlıq etməklə diqqət mərkəzinə düşür.
Bir müddət öncə Yeni Gəncə qəsəbəsində yerləşən restoranların birində özünə kef məclisi açan Saqif Həmzəyev, sərxoş olandan sonra ətrafdakıları təhqir etməyə başlayır. Gəncəlilərin ünvanına xoşagəlməz ifadələr işlədən deputatın qardaşını sakitləşdirə bilmirlər.
Millətin ünvanına söyüşləri davam etdirən Saqif Həmzəyevin əxlaqsız əməllərinə restoranda çörək yeyən gənclərdən birinin əsəbləri tap gətirmir və o deputatın qardaşını susdurmaq üçün bıçağa əl atır.
Münaqişə zamanı Saqif Həmzəyev bədəninin yumşaq yerindən, daha doğrusu bud nayihəsinin yuxarısı yəni arxa tərəfindən yüngül xəsarət alır.
Hadisədən sonra əsəbləşən deputat Naqif Həmzəyev qardaşının əxlaqsız hərəkətlərinə, milləti təhqir etməsinə biganə qalmayan gənci həbs etdirir və tutduğu mövqeyindən istifadə edərək ona daha ağır cəza verilməsinə nail olur.
Xatırladaq ki, onun bioqrafiyası maraqlıdır. Həmzəyev Naqif Ələşrəf oğlu 1983-cü il 24 may tarixində Basarkeçər (Vardenis) rayonu Nərimanlı kəndində anadan olub və əslən azərbaycanlıdır. 1988-ci ildə Nərimanlı kənd orta məktəbinə daxil olub.
1989-cu ildən təhsilini Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı orta məktəbdə davam etdirib. 2000-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Gəncə şəhər incəsənət məktəbinin tar sinifinə daxil olub və 1996-cı ildə həmin məktəbi bitirib.
O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsinə qəbul olunub. 2003-2004-cü illərdə dövlət xətti Türkiyə Cümhuriyyəti Atatürk Universitetində “qonaq tədqiqatçı” statusu ilə “Birinci dünya müharibəsi illərində Türkiyə-Rusya münasibətləri və erməni terroru” mövzusunda araşdırma aparıb.
2004-cü ildə eyni adlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakultəsinin bakalavr pilləsini bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinin magistr pilləsinə daxil olub.
O, öz ixtisasına uyğun olaraq, tarixi araşdırmalar məqsədilə Türkiyənin bəzi universitet arxivlərində araşdırma aparıb. Belə ki, 2004-2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində “İraq Türkmənlərinin tarixi” mövzusunda araşdırma aparıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?