Cinayət işində gənclər və idman naziri Azad Rəhimov və Səbail İcra Hakimiyyəti başçısı Asif Əsgərovun adı hallandı
Mübariz Məmmədov: “Akif Çovdarov nazir Azad Rəhimovla danışacağını və torpaqla bağlı mübahisəni həll edəcəyini dedi”
“Akif Çovdarov beh kimi aldığı 300.000 manatı Asif Əsgərova verməyim barədə izahat yazmağımı tələb etdi”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Mübariz Məmmədov bildirib ki, 2013-cü ildə təsis etdiyi “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin təsisçisi və direktorudur. Onun sözlərinə görə, “Hüquq-Ekspertiza Mərkəzi”MMC-nin fəaliyyəti hüquqi və ekspertiza xidmətlərini həyata keçirməkdən ibarətdir: “1995-ci ildə “MMM” MMM-ni həyat yoldaşım Rəna Məmmədova ilə birgə təsis etmişəm. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının 29 mart 1996-cı il tarixli, 576 saylı sərəncamına əsasən rəhbərlik etdiyim “MMM” MMM-nı Səbail
rayonu, Sovet ordusu küçəsi ilə 5 cə 6-cı Badamdar küçələrinin kəsişməsində 0,18 hektar torpaq sahəsi daimi istifadəyə ayrılıb”.
Mübariz Məmmədovun sözlərinə görə, həmin torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi kadastr planı vermədiyi üçün məhkəməyə müraciət edib: “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 noyabr 2013-cü il tarixli qərarına əsasən iddiam təmin olunaraq həmin komitəyə “MMM” MMM-nin istifadəsində olan torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi vəzifəsi həvalə olundu. Bundan sonra 9 dekabr 2013-cü il tarixdə komitə tərəfindən “MMM” MMM-nə 0,18 hektar torpaq sahəsinin planı və ölçüsü verildi”.
Zərərçəkmiş qeyd edib ki, sonradan torpaq sahəsini satmaq istəyib: “Rəfail adlı ev alqı-satqısı ilə məşğul olan şəxs yanında bir nəfərlə, Səbail Su-Kanalizasiya idarəsinin adını xatırlamadığım, İmişli rayonunda yaşayan mühəndisi ilə gələrək həmin torpaq sahəsini almaq istədiklərini bildirdilər. Torpağın bir sotunu 80.000 manata satmağa razılaşdım və eyni zamanda torpaqla bağlı məhkəmə mübahisəsi getdiyini bildirdim”.
Mübariz Məmmədfovun sözlərinə görə, bundan sonra sonradan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi, general Akif Çovdarovun biznesini idarə edən Rafiq Tağıyev kimi bildiyi şəxs gələrək torpağın onun tərəfindən alınacağını deyib: “Təxminən yarım saat sonra Akif Çovdarov mobil nömrəsindən mənə zəng edərək Rafiqin almaq istədiyi torpağın mənə məxsus olub-olmaması ilə maraqlandı və 1 sotunu 70.000 manata, yəni ümumi torpağa 1.260.000 manat pul verəcəyini dedi”.
“Akif Çovdarov nazir Azad Rəhimovla danışacağını dedi”
Mübariz Məmmədov bildirib ki, səhəri gün dostu Səbail rayonu İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Hafiz Abekarovun yanında Rafiq ona 300.000 manat beh verib: “Həm Rafiqə, həmdə Akif Çovdarova beh almamışdan qabaq torpaq sahəsi ilə bağlı mülki mübahisə getdiyini demişəm. Behi təxminən 2014-cü ilin may-iyun ayında Rafiq Tağıyevdən almışam. Həmin behin verilməsinə dair hər hansı bir sənədləşmə aparılmayıb. Akif Çovdarov telefonda mənə nazir Azad Rəhimovla danışacağını və torpaqla bağlı mübahisəni həll edəcəyini dedi”.
“Akif Çovdarov behi geri istədi”
Zərərçəkmişin sözlərinə görə, Akif Çovdarovun vədinə baxmayaraq özü məhkəmədə prossesi udaraq birinci instansiya məhkəməsinin qətnaməsini Rafiq Tağıyevə təqdim edib: “Buna baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti həmin qətnamədən apeliyasiya şikayəti verib. Şikayət veriləndən sonra Akif Çovdarov zəng edərək telefondamənə dərimi boğazından çıxardacağını, məni məhv edəcəyini deyərək hədə-qorxu gəldi və behi geri istədi. Akif Çovdarovun hədə-qorxusundan çəkinərək qohum-əqrabamı adına olan torpaq sahələrini dəyər-dəyməzinə satdım və 175.000 ABŞ dolları pul düzəltdim. Həmin pulu iki dəfəyə Rafiq Tağıyevə və onun tapşırdığı adama verdim”.
“Məni və dostumu tutaraq MTN-ə apardılar”
Mübariz Məmmədov qeyd edib ki, 30 oktyabr 2014-cü il tarixdə Bakı Apelaysiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayəb: “Qərar çıxandan sonra Akif Çovdarov yenidən mənə zəng edərək 0,18 hektar torpağın özünə məxsus olduğunu dedi. 4 noyabr 2014-cü il tarixdə Rafiq Tağıyev məni Bakı şəhəri, Nərimanov heykəlinin yaxınlığında yerləşən ofisinə çağırdı. Orada məni və dostum Hafiz Abekarovu tutaraq MTN-ə
apardılar. Nazirlikdə Akif Çovdarov mənə söyüş söyərək, hədə-qorxu gəlməyə, oğlumun cibinə narkotik ataraq həbs edəcəyini, ailə üzvülərimi məhv edəcəyini bildirdi. Daha sonra sinəmdən bir dəfə yumruqla vurdu. Bundan sonra otaqda olan tanımadığım MTN əməkdaşları məni döydülər. Nəticədə huşumu itirdim. Bundan sonra məni sərbəst buraxdılar”.
Zərərçəkmiş qeyd edib ki, onu həbs edən həmin şəxslərdən biri internet səhifəsindən tanıdığım Səlim Məmmədov olub: “Səlim Akifin rəhbəri olduğu idarədə mühüm vəzifələrdən birini tutub. Həmin gün dostum Hafiz Abekarovu da, MTN-nə tutaraq gətirdilər. Akif Çovdarovun qəbul otağında bir müddət gözlədikdən sonra sonuncu məni qəbul etdi, söyüş söyərək, oğlumun cibinə narkotik ataraq həbs etməklə, ailə üzvlərimi məhv etməklə hədələdi”.
Mübariz Məmmədov bildirib ki, orada huşunu itirib: “Məni döysələr də, bədən səthimdə xəsarətlər yaranmayıb. Çünki onlar bilirdilər haradan yumruq vurmaq lazımdır ki, iz qalmasın. Ayılanda bir nəfərin əlində spirt məni ayıltmağa çalışdığını gördün. Həmçinin dostum Hafiz də, onlara irad bildirərək ürəyimdən yenicə əməliyyat olunduğunu dedi. Akif Çovdarovun tələbi məndən alqı-satqı müqaviləsini bağlamaq olub. Mən isə pulu tam ödənilmədiyi üçün bundan imtina etmişəm. Bundan sonra sərbəst buraxılmışam. Hafiz məni Gömrük Hospitalına gətirdi, həkimlər müayinə edərək yardım göstərdikdən sonra evə buraxdılar”.
“Akif Çovdarov 300 min manqatı Asif Əsgərova verməyim barədə izahat istədi”
Mübariz Məmmədovun sözlərinə görə, Akif Çovdarov həmçinin beh kimi aldığı 300.000 manat pulu Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərova verməsi barədə izahat verməyi
ondan tələb edib: “Lakin mən bundan imtina etdim. Bundan sonra məcbur olaraq “MMM” MMM-in adından 16 dekabr 2014-cü il tarixli məktub yazaraq 0,18 hektar torpaq sahəsindən “Şərq F” MMC-nin xeyrinə imtina etdim. Həmin cəmiyyət Rafiq Tağıyevə məxsus olub. Lakin icra hakimiyyəti həmin məktubu qəbul etmədiyindən məcbur olaraq həmin cəmiyyəti 19 dekabr 2014-cü il tarixdə Bakı şəhərində 32 saylı dövlət notariat kontorunda Akif Çovdarovun təqdim etdiyi Nicat Nəbiyevə verdim. Bundan sonra Rafiqə yalvararaq həmin torpaq səhəsinin heç olması pulunun müəyyən hissəsinin ödənilməsini xahiş etdim. Çox yalvarışlardan sonra Rafiq arvadı Rəna Məmmədovanın adına Z.Əliyeva adına parkın içərisində olan çoxmərtəbəli binadan 2 ədəd, 12 və 9-cu mərtələrdə 3 otaqlı mənzilləri mənə verdi. Mənzillərin ümumi sahəsi 262 kvadrat metr olub, mənzilləri hər kvadrat metrini 1000 manatdan hesablayaraq mənə veriblər. Mənisə həmin mənzilləri 600 manatdan kvadratını sataraq borclarımı qaytarmışam”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?