"Gündəm Xəbər" qəzeti olaraq, zaman-zaman ölkədə baş verən qanunsuzluqları işıqlandırmağa çalışırıq. Redaksiyamıza tez-tez müxtəlif şikayət məktubları daxil olur. Bu məktublarda ən müxtəlif məsələlərdən - korrupsiya, rüşvət, məmur özbaşınalığı, insan haqlarının pozulması, müxtəlif sosial ədalətsizliklər və sairdən bəhs olunur. Xüsusilə də bölgələrdən redaksiyamıza şikayət edənlər üstünlük təşkil edir. Təəssüf ki, bu şikayətçilər arasında yerli dövlət orqanları əməkdaşlarının fəaliyyətindən narazılıq edənlər də olur. Bu da səbəbsiz deyil. Çünki bu sahədə də neqativ hallar müşahidə olunur. Yerli icra orqanlarının bəzi əməkdaşları qanunları pozur, qanunsuz əməllərlə məşğul olur, səlahiyyətlərindən sui-istifadə edirlər. Son nəticədə bəzi vətəndaşlarımız, yerlərdə fəaliyyət göstərən sahibkarlar ədalətsizliyə məruz qalır, onların hüquqları kobud şəkildə pozulur, vətəndaşların dövlətə, hüquqa, qanunlara, yerli icra orqanlarına inamı sarsılır. Bəzi məmurların qanunsuz əməlləri bütövlükdə hökumətin, ayrı-ayrı nazirliklərin fəaliyyətinə gölgə salır. Redaksiyamıza daxil olan növbəti şikayət də elə bununla bağlıdır.
Göyçay rayonu, Natəvan küçəsi ev, 7A, mənzil 44-ün sakini, sahibkar Mayılova Minayə Seyidağa qızı da elə üzləşdiyi qanunsuzluqla bağlı redaksiyamızın qapısını döyüb. Onun redaksiyamıza ünvanladığı müraciətdə yerli məmurların ucbatından sahibkarlıq fəaliyyətini dayandırmasından bəhs olunur. Sahibkar Minayə Mikayılova bildirir ki ,o, uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub vaxtlı-vaxtında dövlətə vergi ödəyib: " Fəaliyytimdə heç bir nöqsan olmayıb. Ancaq bəzi vəzifə sahibləri səlahiyyətlərindən sui-istifadə edir. Saxtakarlıqla məşğul olan vəzifəli şəxslər var ki, onların saxtakarlığına görə sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur olmuşam. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun işçisi Qurbanov İlqar Afad oğlunun əli ilə mənim 12000 manatlıq məhsulumu satıb mənimsəmişlər. Bu qədər pulun mənimsəniulməsi mənim sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur edib". Şikayətçi bildirir ki, o, cücə inkubatoru işlədirmiş: "Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun işçisi Qurbanov İlqar Afad oğlu məndən müqavilə əsasında, 12000 manatlıq cücə götürüb Zaqatala, Qax, Baləkən və İsmayıllı rayonlarında satib. Lakin buna baxmayaraq, İlqar Qurbanov bu günə qədər də mənim pulumu vermək istəmir. O bildirir ki, həmin pulun çox hissəsini iş günləri növbəyə çıxmayıb rayonlarda cücə satdığı üçün rəisi Müşfiq Məmmədova verib. İlqar Məmmədov mənə bildiri ki, bu səbəbdən onun pulu yoxdur. O mənə pulu Müşfiq Məmmədovdan istəməyi məsləhət verir". Şikayətçi məktubunun sonunda mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərova müraciət etmək istədiyini qeyd edir: "Mən onlardan xahiş edirəm ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənim halal 12000 manat pulumu mənimsəmiş Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun və onun işçisi Qurbanov İlqar Afad oğlunun barəsində ciddi tədbirlər görsünlər".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?