Gəncə şəhərində baş verən qətl hadisəsində baş verən məsələlər hələ ki, öz təsdiqini tapmayıb.
Belə ki, aparılan sorğu əsasında gəncəlilər iki yüksək çinli Polis zapitlərinin ölümündə şübhəli şəxs kimi saxlananları tanımadıqlarını bildirirlər. Əslində iyulun 10-da baş verən qətl hadisəsinin video görüntüsündə də aydın olur ki, yerli gəncəlilərin nə baş verməsindən məlumatsız olduqları görünür. Həmin anda ''Anar ora getmə'' müşahidə edən sakin tərəfindən səslənir. Buda onu deməyə əsas verir ki, həqiqətən də ''ora''da nə baş verəcəyindən 3-5 nəfərdən başqa kimlərinsə xəbəri olmayıb və əli boş polis zabitləri də anında öldürülür. Hər halda mənbəyi bəlli olmayan aksiyaların ərazi bütövlüyümüz üçün ciddi təhlükə yarada biləcəyini hər kəs bilməlidir. Ağılasığmaz hal odur ki, müxalif siyasi qüvvələr hər hansı tədbir keçirən zamanhökumət tərəfi mitinqin, küçə yürüşlərinin və s-rin qarşısını almaq məqsədilə əvvəlcədən hazırlıqlarını görürdü. Amma, Gəncədə təşkilatçısı bəlli olmayan hadisələr zamanı hakimiyyət tərəfi sanki süstlük nümaiş etdirdi və hadisələrin qarşısını almaq məqsədilə, əvvəlcədən qabaqlayıcı tədbirlər də görmədi. Video görüntülərdən də açıq-aydın görünür ki, ŞIH-nin qarşısındakı meydanda polis zabiti can verən zaman bir kimsə yaralı polis əməkdaşına kömək əlini uzatmır və qatil sərbəst hərəkət edərək ortadan çıxır.
Əgər həmin vaxt meydanda hazırlıqlı əlavə polis qüvvələri olsayıdı, yəqin ki, qatil o cür sərbəst hərəkət edə bilməzdi və dərhal hadisə yerində yaxalanardı. Onu da unutmaq olmaz ki, öldürülən polis zabitlərindən bir, hansı ki, vaxtılə Şəhər Icra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təziyiqləri səbəbindən, daim onunla üz-üzə dayanan və lazım gəldikdə sözünü deyən ''Imamzadə'' ziyarətgahının axundu Hacı Tahir Abbaszadənin qardaşı polis polkovnik-leytenantı Səməd Abbasovdur. Digər polis zabiti isə, Elmar Vəliyevi güllələyən Yunis Səfərova verilən işgəncələr zamanı ölümün pəncəsindən xilas edən Gəncə şəhər Polis Idarəsinin rəis müavini, polis polkovniki Ilqar Balakişiyevdir. Bütün bunlar da, ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?