Bu gün Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib.
Belə ki, toplantını açan komissiya sədri Jurnalistlərin Həmkarlar Ittifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə olan məsələlər barədə məlumat verib.
GundemXeber.Az bildirir ki,“Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin “demokratik.az” saytının rəhbəri Osman Rzayevə qarşı müraciətini araşdıran komissiya müəyyən edib ki, dərc edilmiş yazılarda Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri kobud şəkildə pozulub: qeyd edilən materiallarda təhqir, böhtan halları ilə yanaşı, təhdidlər, hədələr də əks olunub. MŞ adından “demokratik.az” saytına qarşı ciddi xəbərdarlıq edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?