GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » GündəmXəbər » Sahil Babayevin rəhbərliyi altında BÖYÜK MAXİNASİYA - İTTİHAM VAR...

Sahil Babayevin rəhbərliyi altında BÖYÜK MAXİNASİYA - İTTİHAM VAR...

Tarix: 4-10-2018, 16:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 140
Sahil Babayevin rəhbərliyi altında BÖYÜK MAXİNASİYA - İTTİHAM  VAR...


Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun vəzifədən kənarlaşdırılmasından sonra Səlim Müslümovun hay-küylü təyinatı və gəlinən qənaətlər özünü doğrultmadı. Əgər Füzuli Ələkbərovun kadrları vətəndaşla 6+6 prinsipi ilə işləyirdilərsə, Səlim Müslümovun kadrları özlərinə çatacaq məbləğin əvvəlcədən alınması xəttinə üstünlük verdilər. Və bu “siyasətin” dəyəri ölkə büdcəsinə dəyən iki milyard manatlıq zərbə oldu. Lakin hələ də bu şəxs nəinki azadlıqdadır, artıq tarixə belə çevrilib. Olan isə dövlət büdcəsinə oldu.

Əgər Səlim Müslümovun qara işlərinin “aparıcısı” aparat rəhbəri, Əjdər Ol ləqəbli, şair Əjdər Cəbiyev idisə, atıq yeni olmayan nazir Sahil Babayevin bu tip məsələlərdə adının hallanmasına səbəb isə bir neçə rayon DSMF-nin rəhbərləridirlər. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən elektron sistem əslində saxta əlilliyin azalmasına imkan yaratmalı idi. Belə ki, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı, 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olması ilə bağlı məlumatlar da mətbuatda dərc olundu. Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azaldığı da iddia edilmişdi. Məsələnin iddia edilən kimi davam edəcəyi təqdirdə ölkədə məhz bu sahədə hər hansı bir qanunsuz iş olmamalı idi. Lakin yenədə vətəndaş deyil, ƏƏSMN-nin bəzi “kadrlarının” hesabladıqları oldu. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu və həmin insanlar tərəfindən razılıqla qarşılandığını qeyd edildi. Bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb. Əslində bütün problemlərin kökündə də məhz bu amil durdu.

İmişlidəki mənbədən daxil olan məlumatda bildirilir ki, rayon ərazisində bir zamanlar fəaliyyət göstərib, lakin sonradan məlum səbəblərə görə fəaliyyətini dayandıran banklarda çalışan gənclərin böyük bir qisimi II qrup əlillik dərcəsi almaqla təqaüdə çıxıblar. Mənbə əlavə olaraq bildirdi ki, həmin gənclər işlədikləri müddətdə yüksək əmək haqqı aldıqları üçün bu gün dövlətdən aldıqları təqaüdlərin miqdarı da yüksəkdir. Qəribədir necə oldu ki, bankda işləyəndə sağlam olan bir gənc, bank fəaliyyətini dayandıran kimi “xəstə” oldu? Məlumatı verən mənbənin bildirdiyinə görə həmin gənclərə əlillik dərəcəsinin verilməsinə “köməkliyi” İmişli rayon DSMF-nin rəhbərliyi ilə yanaşı, rayon Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Anar Əliyev edib. Görəsən bankın bağlanması nədən bu qədər gəncin ürəyinə “təsir” edib? Bəlkə...

Əslində bəlkələrin sayı çoxdur. Xatırladaq ki, İmişli rayon DSMF-nin müdiri İntiqam Əliyevlə bağlı mətbuat kifayət qədər məlumatlar dərc edib. DSMF müdirinin xəstə uşağın təqüdünü kəsməsi, öz işçisinə külqabı atması, məcburi köçkünü təhqir etməsi, işçilərə öz iş yoldaşlarının yaxınının hüzüründə iştirak etmə qadağası, açıq rüşvət tələb etmə və s. ilə daim mətbuatın gündəminə gəlib. Məsələnin ən qəribə tərəfi isə bu şəxsin buraxdığı bu qədər “ÇP”-yə rəğmən, hələ də vəzifəsində qalmasıdır. Əslində belə şəxslərin özbaşınalığının səbəbkarları məhz bu quruma müxtəlif zamanlarda rəhbərlik edən və vəzifədən ciddi qanun pozuntuları fonunda azad edilənlərdir. Necə ola bilər ki, bir şəxs bu qədər qanunsuzluqlar etsin və Füzuli Ələkbərovla, Səlim Müslümovla, nəhayət Sahil Babayevlə işləmək “yollarını” da tapsın?

Bəyəm Nazir üçün bu cür qanunsuzluqları araşdırıb üzə çıxarmaq o qədər mümkünsüzdür? Əslində regiona Füzuli Ələkbərovdan və ya Səlim Müslümovdan miras qalan kadrlar göndərilərsə, doğrudanda bu tip qanunsuzluqları aradan qaldırmaq olduqca mümkünsüzdür. Çünki həmin şəxslərin illərlə tətbiq etdiyi “iş prinsipi” ölkə büdcəsinə 2 milyard manata başa gəldi. Deməli yeni metod tapılmalıdır. Həm də təxirə salınmadan. Hər gecikən gün isə dövlət büdcəsinə yeni 2 milyard manat itkiyə səbəb ola bilər. Zərər görən isə dövlət və millətdir. Əlilliyin müəyyən edilməsi üçün sistemə daxil edilən göndərişlərdə əksini tapan xəstəlik məlumatları əsasında əlillik təyinatlarında TSEK-ların fəaliyyətləri yoxlanılmalıdır. Obyektiv yanaşma meyarı məhz nazirin şəxsi nəzarətində və ya onun etibar etdiyi, naftalin iyi verməyən kadrların şəxsi incələməsindən sonra icraya yönəldilməlidir. Əks halda İmişli DSMF-dəki kimi vəzifəli şəxsin və həkim kardioloqun dövlət vəzifəsindən istifadə etməklə maraqlarının təmin edilməsi müqabilində gəncləri vaxtından tez “qocaldaraq” və ya “ürəyində problem yaradaraq” təqaüdə çıxarılması problemi artan xətlə davam edəcək. Təkrar edirik zərbə isə dövlətə dəyəcək. Görəsən dövlətə dəyən zərbəyə aidiyyatı strukturlar və şəxslər nədən göz yumurlar?
Mövzuya qayıdacağıq.
Məlumatda adı çəklən təşkilat və şəxslərində mövqelərini dərc etməyə hazırıq./BakuNews.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahil Babayev Füzuli Ələkbərovun kadrına nədən üstünlük verdi? - Heybət İmanov qisasa hazırlaşır...

    Sahil Babayev Füzuli Ələkbərovun kadrına nədən ...

    16-08-2018, 13:20

  • 
  • Səlim Müslümovun həbsi yaxınlaşır -

    Səlim Müslümovun həbsi yaxınlaşır - "O zənn edir ...

    2-06-2018, 11:17

  • 
  • Yeni nazir Səlim Müslümovun əsas adamını işdən çıxartdı

    Yeni nazir Səlim Müslümovun əsas adamını işdən ...

    26-04-2018, 17:44

  • 
  • Səlim Müslümovdan “dostyana” kadr siyasəti

    Səlim Müslümovdan “dostyana” kadr siyasəti ...

    6-12-2013, 01:52

  • 
  • Səlim Müslümovun qohumu polis rəisi təyin olunur

    Səlim Müslümovun qohumu polis rəisi təyin olunur ...

    25-11-2013, 15:54

  • 
  • Səlim Müslümov Əjdər Olu nazirliyə Aparat rəhbəri gətirdi

    Səlim Müslümov Əjdər Olu nazirliyə Aparat rəhbəri ...

    28-10-2013, 14:42



Bu sayımız

Təqvim

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Mart 2021 (98)
Fevral 2021 (610)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (733)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu