FAKT Prezident Administrasiyasının sabiq şöbə rəisi, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Almaniyada da biznes qurub.
Elnur Aslanov ALKEL INSHAAT SANAYE VE TIJARET AG şirkətini 2017-ci ilin iyul ayının 28-də 50 min avro nizamnamə kapitalı ilə Charlottenburg (Berlin) ədliyyəsində qeydiyyatdan keçirib və HRB 191395 B saylı lisenziya alıb.
PA-nın keçmiş şöbə müdirinin Almaniyadakı şirkəti əvvəlcə Ballenstedter str D-10709, Berlin ünvanında qeydiyyata alınıb. Hazırda Berlinin POTSDAMER STR. 92, D-10785 ünvanında yerləşir. Şirkət torpaq, ərazi alışı, satışı, daşınmaz əmlak idarəçiliyi və inşaat sektorunda fəaliyyət göstərir.
Şirkəti 16 mart 2018-ci ildən Elnur Aslanovun Vilnüsdə yaşayan Fəxrəddin Qəmbərov adlı dostu idarə edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?