"Gəncə işi" ilə bağlı həbs olunub ağır işgəncələrə məruz qalmış, 10 iyulda dünyasını dəyişmiş Aydın Qurbanovun dəfn və hüzr xərclərinin Gəncə şəhər icra hakimiyyəti tərəfindən ödənilməsi müqabilində hüzr məclisinə jurnalistlərin buraxılmamasına dair qeyri- dəqiq məlumatlar yayılır.
Məndə olan məlumata görə bəli, icra hakimiyyəti tərəfindən belə bir təklif olub. Amma mərhumun həyat yoldaşı və övladları bu təklifi qəbul etməyib. Jurnalistlərin və hüquq müdafiəçilərinin hüzr yerinə gəlməsinə Aydın Qurbanovun xanımı Məhbubə xanım qadağa qoymayıb. Əksinə, o, ərinin şərlənib həbs olunması və öldürülməsi ilə bağlı səbəbkarların cəzalandırılması üçün sona qədər mübarizə aparacağını bildirir. Mən inanıram ki, belə də olacaq...
Sadəcə hakimiyyətin silah- sursat anbarı saxlamaqda ittiham etdiyi "milyonçu" Aydın Qurbanovun evi olmadığına görə (!?) onun hüzr məclisi qohumlarının evində keçirilir. Digər şəxslərin hüzr məclisində iştirakının arzu olunmaması ilə bağlı mövqe həmin şəxslərə məxsus ola bilər. Bu mövqeyi təqdir etməsək də gəlin bir az da diqqətli olaq...
Eyni zamanda diqqəti Aydın Qurbanovun şərlənib həbs olunması, ağır işgəncələrə məruz qalması və Müalicə Müəssisəində ölümündən yayındırmaq. Hazırda və bundan sonra da əsas məsələ bu olmalıdır. Hakimiyyət Aydın Qurbanovun ölümünə görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir. Həm də unutmayaq ki, "Gəncə işi"- nə görə 80 nəfərə yaxın şəxs həbsdədir. Onlardan bir çoxunun taleyini Aydın Qurbanovun taleyi gözləyə bilər...
Aydın Qurbanova Allah rəhmət diləyir, günahsız "Gəncə məhbusları"- na isə azadlıq tələb edirik!
Sorğu
Yeni dizaynımız necədir?