Hüquq müdafiəçisi Oqtay Gülalıyevin Prezident köməkçisi Əli Həsənovun acıqlamasına cavab verdi. Həmin cavab açıqlamasını oxuculara təqdim edirik: Deyir "utanmasan oynamağa nə var ki"...
"Niyə xalqı, ölkəni bu günə qoydunuz?" sualına cavab vermək əvəzinə prezidentin köməkçisi Əli Həsənov uzun bir yazı yazaraq müxalifəti ittiham edib. Bu yazı da əvəlkilərdən heç nə ilə fərlənməyib- yenə yalan, şər- böhtan. Eynən Aztv- nin vəsf elədiyi Azərbaycan kimi...
Yazıda diqqətimi çəkən məqamlardan biri Əli Həsənovun xalqın gözünün içinə baxaraq qıp- qırmzı yalan söyləyib "...ordumuz 2016-2018- ci illərdə işğal olunmuş torpaqlarımızın xeyli hissəsini azad etdi" deməsidir. Əlbəttə hamı istəyər ki, torpaqlarımız işğaldan azad olunsun. Amma adama sual edərlər ki, hansı torpaqları azad etmisiniz? Siz bu xalqı nə hesab edirsiniz, niyə bu qədər yalan danışırsınız?
Söhbət Ordudan düşmüşkən Əli Həsənova sual etmək lazımdır: nədən Tərtər bölgəsində 2017- ci iin may ayında minlərlə hərbçimizi əsassız olaraq istintaqa cəlb edib ağır işgəncələrə məruz qoydunuz? Cəsur, döyüşkən hərbçilərimizin döyüş ruhunu qırmaq üçün boynuna "vətən xaini" damğasını qoymaqdan ötrü onlara xüsusi qəddarlıq və amansızlıqla işgəncə verib qətlə yetirdiniz. Hazırda bilirsinizmi nə qədər əsgər və zabitimiz qanunsuz olaraq həbsdədir? Siz 2016- 2018- ci illərdə işğal olunmuş torpaqlarımızı azad etmək yox, xainlər başda otura- otura Orduda "vətən xaini" axtarmaqla məşğul olmusunuz? "Vətən xaini" damğası vurduğunuz hərbçilərlə siz necə torpaq azad edə bilərsiniz?
Etiraf edim ki, xirtdəyə qədər yalanın, çirkabın, korrupsiyanın içində olan Əli Həsənov kimi məmurların yazdıqlarını ciddiyə alıb müzakirə etmək düzgün deyil. Qoy dövlətçilik libasına bürünmüş Əli Həsənov şəxsi maraqları naminə özünün və ailəsinin korrupsiya hesabına topladığı milyonlardan danışsın. Xalqdan oğurlanmış həmin çirkli pulların hesabatını versin...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?