Keçmiş siyasi məhbus Prezident köməkçisinin facebook-dakı çıxışı ilə bağlı maraqlı fikir bildirib. Rüfət Səfərovun Əli Həsənovla bağlı facebook səhifəsində paylaşdığı statusu olduğu kimi GundemXeber.Az-ın oxucularına təqdim edirik:
''Bu Əli Həsənovu şəxsən tanıyıram: təbiətindən, danışıq tərzindən, gülüşündən, yerişindən-duruşundan tutmuş asqırtı-öskürtüsünədək qədər ona bələdəm. Bir zamanlar həftə səkkiz mən doqquz bizdə idi. Sabiroğlu ilə dost idilər...
Nuh əyyamından qalma bir gödəkçəsi, çar Nikolay dövründən yadigar bir ayaqqabısı var idi, hər mövsümü yola verərdi... 90-ların əvvəllərində evimizdə çəkdiyi “Astra” siqaretinin kəsif iyi hələ də burnumdadır.Hətta süfrəyə qoyulmuş təamlardan necə acgözlüklə daddığı gözlərimin önündədir...
İnsafən, o zamanlar sakit, biçarə, maddiyyat cəhətdən kasıb olsa da mənəviyyatını itirməməyə səy edən biri idi. O çağların Əli Həsənovunun təbii statusu bu və buna bənzər məziyyətlərlə xarakterizə olunsa, ədalətli olar...
Heç demə, batində mürgüləyən hakimiyyətə təşnəlik, rəyasət sevdası onu təbii halından qoparıb son dərəcə süni bir duruma salacaqmış. Bəxt ulduzu parlayacaqmış.))) Zamanla anatomiyası, xarakterik cizgiləri tamam-kamal dəyişib baş-ayaq olacamış, varidata, kürsüyə, ali tribunaya, köməkçilərə, xidmətçilərə, “qul”lara sahibləndikdən sonra özü olmayacaqmış...
Ona görə də, ay dostlar, qarşınızdakı Əli Həsənov təbii özü deyil, başqasıdır...)) Danışığını, üslubunu, ritorikasını bir elə də ciddiyə almayın. Söz verirəm, özünə gələndə xəbər edəcəm.))))''
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?