Deputat Elmira Axundova çayxanalardan narazıdır. Bu həmin Elmira Axundovadır ki, özünün çayxanası var, özü də 5 mərtəbəli!
"Bu gün kəndlərdə kişilərin, gənclərin, cavanların çoxu vaxtlarını çayxanlarda keçirir. Buna hamımız şahidik, heç kimə sirr deyil. Amma yerlərdə mədəniyyət obyektlərinin sayı artırılarsa, onlar müasirləşdirilərsə, həmin insanların çoxu vaxtlarını çayxanalarda keçirməz. Çayxanlar bu gün onların "əsas” söhbət-müzakirə yeridir. Hesab edirəm ki, bu, düzgün deyil. Biz layiqli vətəndaşlar yetişdirməliyik. Dövlətimizin, xalqımızın, inkişafımızın gələcəyi üçün savadlı, daha dünyagörüşlü gənclər, cavanlar yetişdirilməlidir. Ona görə yerlərdə mədəni səviyyənin yüksəldilməsi, mədəniyyət sahəsinin inkişafı çox vacibdir. Çayxanlarla uzağa getmək olmaz”, – bu sözləri deputat Elmira Axundova bildirib.
Deputatın durduğu yerdə belə açıqlama verməsinin hansı səbəblərin şərtləndirdiyi məlum deyil. Onun bu açıqlaması facebook sosial şəbəkəsində yayılandan sonra deputatın 5 mərtəbəli çayxanası müzakirə mövzusuna çevrilib.
Məsələn istifadəçi Əli Məmmədzadə yazır ki, Elmira Axundovanın oğlu Həbib Axundovun "Gənclik”də 5 mərtəbəli çayxanası var. Orxan Məmmədov adlı istifadəçi isə "səsi yayılan bu ... deyildi? Oğluna layihələrin pulun yedizdirən” şərhini yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?