GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cəlilabadda “yetim malı”nı ələ keçirənləri hansı cəza gözləyir? - ARAŞDIRMA

Cəlilabadda “yetim malı”nı ələ keçirənləri hansı cəza gözləyir? - ARAŞDIRMA

Tarix: 19-05-2020, 21:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 3 924
Cəlilabadda “yetim malı”nı ələ keçirənləri hansı cəza gözləyir? - ARAŞDIRMA


Yəqin hər kəs o haqda məlumatlıdır ki, koronavirus (COVİD-19) infeksiyasının respublikamızın ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və s. məqsədilə, 27 Fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı.

Bir qədər vaxt keçdikdən sonra isə, Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və aztəminatlı ailələrə çatdırılmalı olan ərzaq yardımlarının paylanması zamanı yol verilmiş qanunsuzluqlara qarşı, həm prokurorluq orqanları tərəfindən, həm də şəhər, rayon icra hakimiyyətləri orqanları tərəfindən ardıcıl mübarizə tədbirləri həyata keçirilməyə başlanıldı.
Onu da qeyd edək ki, koronavirus infeksiyasının yayılma riskinin artdığı vaxtlarda ölkəmizin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslər, bir çox təşkilatlar, şirkətlər, fiziki və hüquqi şəxslər, əksər dövlət və qeyri-dövlət qurumları, hətta ölkə xaricində yaşayan bəzi imkanlı azərbaycanlılar və s. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən məbləğlərdə maliyyə dəstəyi göstərdilər. Başlıca məqsəd, dövlətimizi və xalqımızı düçar olduğu belə bir bəladan mümkün qədər az itgi ilə xilas etmək idi. Atılan addımlar xalqımıza məxsus xeyriyyəçilik ənənələrinin, birliyinin, həmrəyliyinin göstəricisi oldu. Ölkəmizin belə bir həssas vaxtında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə bərabər, Birinci vitse-prezidenti Mehriban Əliyeva da, birillikdə əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdilər. Hər iki vəzifə sahibi tərəfindən belə bir addımın atılması, digər şəxslər üçün bir örnək oldu və hər kəs tərəfindən də alqışlandı.
Bundan əlavə, Heydər Əliyev Fondu da Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq, məhz yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat pul vəsaiti köçürdü. Hətta, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar göstərildi. Ölkəmizin rəhbər şəxsləri tərəfindən belə bir addımların atılmasına, hər kəsə örnək olmalarına baxmayaraq, yerlərdə vəzifə sahibi olan bəzi şəxslər isə, sanki dövlətimizə və xalqımıza qarşı düşmən mövqedə dayandılar. Yəni, onlar Heydər Əliyev Fondu, Şəhər-Rayon İcra Hakimiyyəti Aparatı, imkanlı şəxslər, bir çox xeyriyyəçilər və s. tərəfindən imkansız ailələrə, xəstələrə, əlillərə, yaşlılara verilməli olan ərzaq yardımlarını ələ keçirib, müxtəlif adlar adı altında mənimsədilər. Belə vəzifə sahiblərindən biri də, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyev və onun müavini Rəşad Seyfullayev olurlar. Belə ki, GundemXeber.Az-ın media üzərindən apardığı araşdırmalar zamanı bəlli oldu ki, hər iki vəzifə sahibi ölkəmizin belə bir həssas vaxtlarında da, məhz vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər və bu ilin aprel ayının 23-də Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımlarıının paylanması zamanı çoxsaylı qanunsuzluqlara yol verirlər. Yəni, hər iki vəzifə sahibi göndərilmiş ərzaq paylarını yaxın qohumlarına, tanışlarına, onlara bu və ya digər yollarla bağlı olan şəxslərə, hətta ayrı-ayrı imkanlı şəxslərə də verirlər. Ayrı-ayrı media qurumlarında yayımlanan məqalələrdən bəlli olur ki, rayonun Adanalı, Şiləvəngə və Abışabad kəndləri üzrə icra nümayəndəsi vəzifəsini icra edən Bağır Şirəliyev, müavini Rəşad Seyfullayev imkansız ailələrə paylanması nəzərdə tutulmuş ərzaq yardımlarının əksər hissəsini mənimsəyirlər. Elə ki, imkansız ailələr yardım ala bilmədiklərindən aidiyyəti üzrə şikayətlərini təqdim edirlər, o halda rayon prokurorluğunda bu kimi məsələlərlə bağlı araşdırma işlərinə başlanılır. Aparılan araşdırmalar zamanı müəyyən olunur ki, inzibati ərazi nümayəndəliyinə daxil olan Adanalı, Şiləvəngə və Abışabad kəndlərində yaşayan əksər imkansız ailələrə yardım verilməyib. Bağır Şirəliyevin mənimsədiyi ərzaq məhsulları isə, məhz onun yaşadığı evdən maddi sübut olaraq götürülür. Aparılan araşdırmalardan sonra Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin və onun müavini Rəşad Seyfullayevin bu cür qanunsuzluq əməlləri tam şəkildə ifşa olunur və hər iki vəzifə sahibi Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun əmri ilə daşıdıqları vəzifələrindən azad olunurlar. Hətta, belə bir olayla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işinin başlandığı və hər iki şəxsin cinayət məsuliyyətinə cəlb olunduqları da bildirilir.
Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, bu gün adı çəkilən hər iki vəzifə sahibinin yaxın qohum-əqrəbası, tanışları və s. onları belə bir məsuliyyətdən xilas etməyə çalışırlar. GundemXeber.Az-a daxil olan məlumata görə Bağır Şirəliyevin və Rəşad Seyfullayevin yaxınları imkansız kənd sakinlərinə yazılı əlyazma yazdırıb imza atdırırlar ki, guya onlar Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejimi dövründə paylanmış yardımlardan yararlana biliblər. İddialara görə bu cür addımların atılması, yerli sakinlərin daha çox narazılığına səbəb olmaqdadır. Bütün bu kimi halların varlığını təhlil edib belə bir qənaətə gəlmək olar ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirildiyi vaxtlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın atdığı addımların əleyhinə mövqe ortaya qoyan, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun əmri ilə daşıdıqları vəzifələrindən azad olunan, həmçinin tutduqları əməllərə görə barələrində Cəlilabad rayon Prokurorluğunda cinayət işi qaldırılan Bağır Şirəliyev və Rəşad Seyfullayev, hüququn verdiyi qaydada lazımi cəzalarını alacaqlar. Yəqin ki, bu yöndə aparılacaq araşdırmalar hər iki vəzifə sahibinin digər fırıldaq əməllərinin aşkara çıxarılmasına lazımi imkanlar da yaradacaq.
P.S. Yaşanan belə bir olaylarla bağlı Cəlilabad RİH-i başçısının birinci müavini Məmmədov Mansur Xanoğlan oğlu ilə əlqaə saxladıqda, adı çəkilən şəxs “bəli, təqribən iki həftə bundan öncə Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevdən və onun müavini Rəşad Seyfullayevdən atdıqları addımlara görə ərizələri alındı və hər iki şəxs daşıdıqları vəzifələrindən uzaqlaşdırıldılar. Hələ ki, onların daşıdıqları vəzifələrə kimlərsə təyin olunmayıb. Qaldı ki, barələrində rayon prokurorluğunda cinayət işinin başlayıb-başlamaması haqda xəbərdar deyilik” dedi.
Bu yöndə araşdırmamız davam edəcək.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda koronavirusla bağlı "qaynar xətt" fəaliyyətə başladı

    Azərbaycanda koronavirusla bağlı "qaynar ...

    28-02-2020, 10:06

  • 
  • Operativ Qərargah vətəndaşlara çağırış etdi

    Operativ Qərargah vətəndaşlara çağırış etdi ...

    15-05-2020, 16:26

  • 
  • Sabahdan ölkə ərazisində xüsusi karantin rejimi elan edilir

    Sabahdan ölkə ərazisində xüsusi karantin rejimi ...

    23-03-2020, 21:08

  • 
  • İlham Əliyev İsmayıllının icra başçısına töhmət elan etdi - SƏBƏB

    İlham Əliyev İsmayıllının icra başçısına töhmət ...

    21-04-2020, 22:12

  • 
  • Azərbaycanda dərslər martın 27-dək təxirə salındı

    Azərbaycanda dərslər martın 27-dək təxirə salındı ...

    7-03-2020, 17:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu