GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » GündəmXəbər » Əli Həsənova söykənərək yeyilən milyonlar... - Ortada RƏSMİ İFŞA DA VAR

Əli Həsənova söykənərək yeyilən milyonlar... - Ortada RƏSMİ İFŞA DA VAR

Tarix: 6-04-2021, 13:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 653
Əli Həsənova söykənərək yeyilən milyonlar... - Ortada RƏSMİ İFŞA DA VAR


Hesablama Palatası ötən il dövlət qurumlarında aparılan maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb. Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Sənəddə korrupsiya, mənsəmə və digər pozuntu faktları ilə bağlı maraqlı məlumatlar var. Hesabatda qeyd olunub ki, il ərzində ən çox nöqsan ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda, Aqrar Xidmətlər Agentliyində və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında aşkar olunub.

Qeyd edək ki, Hesabalama Palatasının ötən illə bağlı hesabatı dərc olunmazdan xeyli əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasında aparılan yoxlmalar barədə mediada və sosial şəbəkələrdə məlumat yayılmışdı. Həmin informasiyalarda qeyd olunurdu ki, Şurada bir neçə milyon manatdan artıq vəsait düzgün xərclənməyib.

Məsələn, sənədlərdə 1 milyon manata yeni mətbəənin alınması göstərilsə də köhnə avadanlıq quraşdırılıb, daxili xərclər üçün ayrılan 2 milyon manat vəsait düzgün bölüşdürülməyib. O cümlədən Şuranın fəaliyyətinə ştatdan əlavə çoxsaylı işçilər cəlb edilib ki, onların əksəriyyəti Şuranın sədri Azay Qulievin qohumları olub.

İki il əvvəl istifadəyə verilmiş "Səlis" xidməti üçün hər il yüz minlərlə manat vəsait xərclənib. Daha sonra satınalmalarda açıq tenderler olmayıb, digər üsullardan istifadə olunub. Eyni zamanda tenderlərədə qalib gələn şirkətlər, MMC-lər də "dost-qardaş"lara, sədrə yaxın insanlara məxsus olub. Bundan başqa QHT Şurası xeyli sayda avadanlıqlar və avtomobiilər alıb, bu zaman xeyli sayda büdcə vəsaiti şişirdilərək silinib. Palata bütün bu halları ciddi nöqsan kimi qeydə alıb.

Mediada yayılan məlumatlarda QHT Şurasının əvvəl yerləşdiyi ofisin Prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsus olduğu, onun təmirinə kifayət qədər iri vəsaitlər sərf olunduğu qeyd olunur. Şura Əli Həsənova hər ay 18 min manat kirayə haqqı ödəyib.
Keçmiş şöbə müdiri hakimiyyətdən qovulduqdan sonra A. Quliyev onun ofisindən çıxaraq "Çinar" Plazada məskunlaşıb. Tənqidçiləri iddia edirlər ki, bununla o Əli Həsənovla işbirliyini ört-basdır etməyə cəhd edib.

İttihamlarda bildirilir ki, Azay Quliyevin mediada toxunulmaz şəxs olması da təsadüfi deyil. Çünki əksər media rəhbərləri bu və ya digər şəkildə Şuranın işinə cəlb edilib, layihələri maliyyələşdirilib.

Qeyd edək ki, Hesabalama Palatasının sənədində nöqsanlarla bağlı düzgün ölçü götürülməməsindən şikayət edilir: "Əvvəlki illərdə də qeyd edildiyi kimi, dövlət vəsaitlərinin qanunauyğun, səmərəli, qənaətli və nəticəli istifadəsində nöqsanlara yol verən vəzifəli şəxslərə münasibətdə zəruri intizam tədbirləri tətbiq edilmir".

Palata həmin vəzifəli şəxslərə yalnız xəbərdarlıq edildiyini, həmin şəxslərin öz vəzifələrini davam etdirməsi ilə gələcəkdə də bu istiqamətdə xarakterik nöqsanlara yol vermə riskinin əhəmiyyətli olması qənaətini bir daha vurğulayır.

Yeri gəlmişkən, Palatanın bu iradını QHT-lərə Dövlət Dəstəyi Şurasına aid etmək olar. Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Şura publik hüquqi şəxsə çevriləcək. Onun yeni Müşahidə Şurası isə yenə Azay Quliyev tərəfindən formalaşdırılıb.

Yeni tərkibdə QHT rəhbərlərindən Günel Səfərova, İsrail İsgəndərov, İlqar Orucov, Əvəz Həsənov, Mehriban Zeynalova, Ramil İsgəndərov və "ASAN" Könüllüləri Təşkilatının rəhbərinin təmsil olunacağı gözlənilir. Azay Quliyevin yenidən sədr kimi qalması isə qanunvericiliyə uyğun gəlmir. Çünki qanunverici orqanın təmsilçisinin icra strukturunda təmsil olunması hüquqi baxımdan doğru deyil.

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov musavat.com saytına müsahibəsində bu ittihamlara cavab vermişdi. Onun sözlərinə görə, Hesablama Palatası keçən ilin sentyabrın 15-dən oktyabrın 15-dək Şuranın Katibliyində yoxlamalar aparıb və bu yoxlamalar Katibliyin fəaliyyətinin 3 ilini (2017–2019-cu illər) əhatə edib.

Yoxlama zamanı aşkar olunan nöqsanlar haqqında danışan F. Qurbanov bildirib ki, qeyd olunan 3 il üzrə Şuranın Katibliyinin maliyyə fəaliyyətinin bütün sahələri yoxlanılıb.

İcraçı direktor Şura Katibliyinin xərcləri barədə deyib ki, proqnoz layihələrin hazırlanması prosesində Şuranın funksional fəaliyyəti, Katibliyin saxlanılması və QHT-lərin qrant müsabiqəsi layihələri üzrə keçirilməsi nəzərdə tutulmuş tədbir və layihələrin sayına uyğun ehtimal olunan xərclərin müəyyənləşdirilməməsi və maliyyə yardımının həcminin əsaslandırılması barədə dəlillərin tam olmaması ilə bağlı bir sıra iradlar bildirilib.

F. Qurbanovun sözlərinə görə, Palata Şura Katibliyinin satınalmalarına əsasən iki irad bildirilib: "Birinci irad bəzi malların ehtimal qiymətlərinin müəyyənləşdirilməsi metodologiyasının tətbiqi vəziyyəti ilə bağlıdır. Bütün satınalma əməliyyatlarına ehtimal qiymətlərin müəyyənləşməsi "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq aparılıb. Qanunda ehtimal qiymətlərin müəyyən edilməsinin metodologiyası qeyd olunmadığına görə ehtimal qiymətlər müəyyənləşdirilərkən orta bazar qiyməti əsas götürülüb. Şuranın 2020-ci ildə keçirilən tenderlərində bu məsələlər nəzərə alınıb və tenderin ehtimal qiymətləri qaydalara uyğun olaraq müəyyənləşdirilib.

Digər bir irad isə Şura Katibliyinin həyata keçirdiyi tədbirlərə bağlıdır. Şura Katibliyi şəffaflığa xüsusi önəm verən dövlət qurumu kimi keçirdiyi bütün tədbirlərlə bağlı daim ictimaiyyətə geniş məlumatlar verir. Bu məlumatlar hazırlanarkən onların ictimai-siyasi əhəmiyyətinə diqqət yetirilir və daha çox tədbirlərin işgüzar mühiti fotolarda canlandırılır. İaşə və bəzi texniki xarakterli məsələlər isə bəzən diqqətdən kənarda qalır. Bu tədbirlərin icrasını həyata keçirən podratçı təşkilatlar tələb olunan bütün komponentlərə yetərincə diqqət yetirməyiblər.

Bu səbəbdən Hesablama Palatasının yekun rəyində qeyd olunan nöqsanlar podratçı təşkilatlar tərəfindən aradan qaldırılıb.

İcraçı direktor ittihamlarda ən çox istinad olunan "QHT Nəşriyyatı" ilə bağlı məsələdən də danışınb: "“QHT Nəşriyyatı” MMC 2012-ci ildə təsis edilib və öz hesabına fəaliyyət göstərib. Yəni, Şura nəşriyyata hər hansı bir dotasiya ayırmayıb. Ümumiyyətlə, nəşriyyatın yaradılması qərarı bu sahədə aparılan araşdırmalardan sonra qəbul edilib. İlk illərdə QHT layihələrinin icrası çərçivəsində orta hesabla 500 minə yaxın vəsait nəşr xərclərinə yönəldilib. Burada ən böyük problemlərdən biri çap məhsullarının keyfiyyəti ilə bağlıdır. Fəaliyyətə başladığı ilk illər ərzində bu nəşriyyat QHT-lərin sifarişlərini icra etsə də, sonrakı illərdə sifarişlərin həcmi tədricən azalıb, son bir-neçə ildə isə ümumiyyətlə QHT sifarişləri olmayıb".

Xatırladaq ki, bir müddət əvvəl “QHT Nəşriyyatı”ının ləğv olunduğu açıqlanıb

F. Qurbanov 3 ili əhatə edən yoxlamalar nəticəsində aşkarlanan bütün nöqsanların QHT-lər, podratçı təşkilatlar və Katiblik tərəfindən artıq aradan qaldırıldığınıl vurğulayıb./"AzPolitika.info" /
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Dövlət büdcəsinin 75 milyon manatını kimlər və necə talan edib? – HESABLAMA PALATASINDAN AÇIQLAMA

    ​Dövlət büdcəsinin 75 milyon manatını kimlər və ...

    28-04-2020, 15:07

  • 
  • “Əli Həsənov, Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli, Əflatun Amaşov bir kampaniyanın...”

    “Əli Həsənov, Vüqar Səfərli, Nuşirəvan ...

    21-04-2020, 15:16

  • 
  • AzTV və İTV-yə ayrılacaq vəsait məlum oldu

    AzTV və İTV-yə ayrılacaq vəsait məlum oldu ...

    24-10-2019, 11:56

  • 
  • Azay Quliyev:

    Azay Quliyev: "Xarici QHT-lərə vəsait ayrılmasını ...

    26-01-2018, 14:05

  • 
  • Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının tərkibi dəyişdirildi

    Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına ...

    6-06-2017, 01:11

  • 
  • 22 milyon 396 min 316 manata tikilən jurnalistlərin evi

    22 milyon 396 min 316 manata tikilən ...

    1-02-2014, 23:35



Bu sayımız

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

Aprel 2021 (425)
Mart 2021 (563)
Fevral 2021 (610)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (733)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu