Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
gundemxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, binanın birinci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və 1-ci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı binadan 20 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə edilib.
Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?