Yunanıstanda bir futbol matçında dava düşüb. gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, alt liqalardan birində baş tutan qarşılaşmada qoldan sonra ara qarışıb.
Cərimə zərbəsindən topu qapıya göndərən futbolçu tordan qayıdan topa zərbə endirib. Futbolçunun bu hərəkəti rəqib komandanın futbolçularını qıcıqlandırıb.
Qapıçı həmin futbolçuya təpik vuraraq onu yıxıb. Daha sonra digər futbolçularda yerdəki oyunçuya hücum çəkiblər. Hətta bir futbolçu ayağı ilə oyunçunun başına zərbə endirib.
Hakimin müdaxiləsinə baxmayaraq futbolçuları sakitləşdirmək mümkün olmayıb. Azerkeşlərdən bəziləri də meydançaya daxil olaraq futbolçulara hücum çəkib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?