ABŞ iqtisadiyyatı ilə bağlı məlumatlar, eləcə də "FED"in gözlənilən toplantısı qızılın dünya bazarında qiymətinə təsir edib.
Qızılın qiyməti son beş həftədəki enişdən sonra yüksəlib.
Qeyd edək ki, qiymətli metal fevral, mart aylarında ucuzlaşsa da, sərmayəçilər "FED"in faiz artımına nə vaxt başlayacağını gözləyirdilər. Artıq aprelin 28-də reallaşacaq "FED"in iclasında faiz artımına gedilməyəcəyi bəllidir. Ancaq qurum iyun ayında reallaşacaq toplantısında faiz artımına gediləcəyinə dair açıq qapı buraxıb.
Analitiklər isə deyir ki, bu yığıncaq kritik olacaq. Çünki hər kəs faiz artımını gözləyirdi, ancaq son məlumatlarla birlikdə bu ehtimal da azaldı".
"New York Comex" bazarında iyun vədəli qızıl müqavilələrində qiymət 0.6 faiz artaraq unsiyası 1 182 dollardan bağlanıb. Spot gümüş 1 faiz artımla unsiyası 15.8907 dollar təşkil edib. Palladium isə 0.2 faiz enişlə unsiyası 770.75 dollara enib. Platinin qiyməti çox dəyişməyərək unsiyası1 123.50 dollar olub. (publika.az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?