İqtisadiyyat Nazirliyinin "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin əmrinə əsasən, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Mərkəzə müraciət daxil olduğu vaxtdan 2 saat ərzində keçiriləcək.
Report Ekspertiza Mərkəzinə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin bu il fevralın 6-da keçirilən kollegiya iclasında bununla bağlı qərar qəbul edilib. Qərara əsasən, bundan sonra ixrac prosedurasının daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatı bir gün ərzində veriləcək.
Sorğu
Yeni dizaynımız necədir?