“Sayğac qiyamı” təhlükəsi İcra Hakimiyyətini də hərəkətə gətirib
Dünən səhər saatlarında Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı “Sarıqaya” massivinin “İnşaatçılar” düşərgəsində işıq sayğaclarının quraşdırılması prosesinə start verildiyindən bəhs etmişdik. İndilərdə Moderator.az-ı bilgiləndirən özəl mənbə “sayğac qiyam”ının gözlənildiyi məkana AZİNKO şirkətinin yetkililəri və Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələrinin gəldiyini bildirib: “Şirkət və icra hakimiyyəti yetkililərinin əraziyə gəlişi hər hansı qarşıdurmanın meydana çıxmasını önləmək məqsədi daşıyıb. Hazırda adıçəkilən düşərgədə sayğaclaşdırma prosesi başa çatdırılıb. Proseslər hər hansı qarşıdurma ilə nəticələnməsə də, sayğac əməliyyatının digər düşərgələrdə tətbiqinin ciddi problemlərlə müşahidə ediləcəyi gözlənilir. Bu baxımdan lazım gələrsə əraziyə polis əməkdaşlarının cəlb ediləcəyi istisna edilmir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?