Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiymətində heç bir dəyişiklik qeydə alınmayıb.
gundemxeber.az report-a istinadən bildirir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti ötən gün olduğu kimi 48,25 dollara bərabərdir.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Sorğu
Yeni dizaynımız necədir?