GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » İqtisadiyyat » Əli Həsənovun qaçqın yalanları

Əli Həsənovun qaçqın yalanları

Tarix: 10-12-2012, 16:53 Bölmə :İqtisadiyyat Baxış: 521
Əli Həsənovun qaçqın yalanları

... və 16 manatlıq «çörəkpulu» reallığı arxasındakı həqiqətlər

gundemxeber.az Azərbaycandakı mövcud sosial-iqtisadi şərait və istehlak bazarındakı qiymətlərlə müqayisədə orta əməkhaqqı çox aşağıdır. Bütün sosial şəraiti və istehlak tələbatını nəzərə alsaq, orta əməkhaqqı ən azı 800 manat səviyyəsində olmalıdır. Çünki bir Azərbaycan ailəsinin orta kommunal xərcləri 150 manatdan az deyil. İstehlak xərclərinin əsas hissəsi olan yemək xərcləri adambaşına təxminən 116 manat təşkil edir.
Bir-iki həftə əvvəl keçmiş millət vəkili Nazim Məmmədovun bu hesablamaları ətrafında mətbuatda və sosial şəbəkələrdə gedən mübahisələrin fonunda çox mühüm bir sual ortaya çıxarır: orta əməkhaqqının ən azı 800, adambaşına minimum yemək xərcinin 116 manat olması barədə açılan müzakirələrdə 84 manat pensiya, anadangəlmə xəstəliyinə görə 35 manat sosial təqaüd alan insanlar niyə diqqətdən kənarda qaldı? Bəs, torpağını, ev-eşiyini, yeddi arxadönəninin necə deyərlər, dişi-dırnağı ilə yığdığı var-dövləti, hələ üstəlik iş yerini də itirmiş 700 mindən yuxarı məcburi köçkünə verilən 16 manat 50 qəpik məbləğində yemək xərci? Orta əməkhaqqının 400 manat civarında olduğu (Dövlət Statistika Komitəsinin rəsmi məlumatında orta əməkhaqqının bu qədər olduğu göstərilir - E.S.) ölkədə hər şeyindən məhrum olmuş bu insanlara adambaşına 16 manat 50 qəpik yemək xərci vermək nə dərəcədə ədalətlidir? Hələ onun da adını qoyalar «çörəkpulu».
Azərbaycanda 4 nəfərlik ailənin orta aylıq yemək xərcləri 464 manat, nəqliyyat xərcləri 120 manat, xırda geyim xərcləri isə adambaşına 200 manat edir. Belədə ayda adambaşına 800 manat əməkhaqqı almalı olan ailənin təhsil və səhiyyə kimi vacib xərclərə pulu qalmır. Bu hesabla, 4 nəfərdən ibarət məcburi köçkün ailəsinin aldığı 66 manat «çörəkpulu» onun hansı ehtiyacını ödəyir ki?! Üstəlik də nəzərə alaq ki, bu insanların yaşamağa mənzili, əkib-becərməyə torpağı, icarəyə verməyə əmlakı yoxdur!
Rəsmi qurumlar məcburi köçkünlərə verilən «çörəkpulu»nun məbləğinin bu qədər az olmasını bu təbəqədən olan insanların bir hissəsinin özlərinə iş yeri tapması və mülk sahibinə çevrilməsi ilə əlaqələndirə bilər. Amma daimi işi, şəxsi mənzili, əmlakı, avtomobili olan bu insanlar 700 min məcburi köçkünün olsa-olsa 1-2 faizi qədərdir. Bir də ki, mənzili, ya avtomobili yemək olmur ki!
İndi bir məsələ var ki, onu aydınlaşdırmağa ehtiyac var: ölkədə minimum əməkhaqqının məbləği Əmək Məcəlləsinə uyğun olaraq ölkə başçısının sərəncamları, minimum pensiya Əmək pensiyaları haqqında qanunla tənzimlənir və haqqı pozulan şəxs bu qanunlara söykənərək hüquqlarını müdafiə edə bilər. Hətta ölkənin ən kasıb insanları üçün nəzərdə tutulan ünvanlı sosial yardımın məbləği də ehtiyac meyarına uyğun müəyyənləşdirilir. Üstəlik hər il büdcə zərfi hazırlananda müvafiq olaraq həm ehtiyac meyarı, həm də yaşayış minimumun məbləği artırılır. Bəs, məcburi köçkünlərə verilən «çörəkpulu» necə, hansı kriteriyalarla müəyyənləşir? Niyə məhz 16 manat 50 qəpik? Hansı hesablamalarla? Niyə neftlə zəngin, var-dövləti başından aşan məmləkətimizdə bütün növ pensiya və müavinətlər içərisində ən aşağı məbləğ məcburi köçkünlərə ayrılan «çörəkpulu»ndadır? Hansı məntiqlə və ya hüquq qanunvericiliyi ilə?
Bu sahədəki qanunvericilik, eləcə də normativ qaydaları saf-çürük etdikdə məlum olur ki, məcburi köçkünlərin aylıq yemək xərcinin məbləğini hesablamaq üçün heç bir normativ sənəd və kriteriya yoxdur. Yalnız Nazirlər Kabineti 1993-cü ildə məcburi köçkünlərin aylıq yemək xərcləri üçün müavinətin ayrılması barədə qərar verib. Ancaq bu qərarda müavinətin məbləğinin hansı kriteriya və normativ aktlarla müəyyən edildiyinə dair bir kəlmə də yazılmayıb.
İndi qayıdaq sualın ikinci tərəfinə. Əslində bütün növ müavinətlər aztəminatlı əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilən dövlət siyasətidir. Amma göründüyü kimi, məcburi köçkün dövlət tərəfindən ayrılan 16 manat 50 qəpiklə heç vaxt sosial müdafiəsini gücləndirə bilməz. Çünki bu məbləğ nə ehtiyac meyarına, nə yaşayış minimumuna, nə də istehlak səbətinin dəyərinə uyğun deyil. Bu müavinətlər heç bazar qiymətləri və digər kateqoriyalar üzrə nəzərdə tutulan aylıq müavinətlərlə də uzlaşmır. Deməli, məcburi köçkünlər üçün nəzərdə tutulan 16 manat 50 qəpik məbləğində «çörəkpulu» formal xarakter daşıyır. Halbuki normal düşüncəsi olan hər kəs başa düşür ki, bu pulla heç bir həftə də yaşamaq mümkün deyil.

Elxan SALAHOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə 441 manata çatır

    Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə ...

    10-10-2014, 11:10

  • 
  • Pensiya artdı: kim nə qədər alacaq?

    Pensiya artdı: kim nə qədər alacaq? ...

    5-02-2014, 22:44

  • 
  • Azərbaycanda 90 faiz əhali yoxsuldur

    Azərbaycanda 90 faiz əhali yoxsuldur ...

    23-12-2013, 00:14

  • 
  • Ekspert: “Minimum məvacib 247 manat olmalıdır”

    Ekspert: “Minimum məvacib 247 manat olmalıdır” ...

    2-09-2013, 11:44

  • 
  • Azərbaycanda dövlətdən yardım alanların sayı azalıb

    Azərbaycanda dövlətdən yardım alanların sayı ...

    19-07-2013, 14:07

  • 
  • Milyonçu ölkənin kasıb müəllimləri

    Milyonçu ölkənin kasıb müəllimləri ...

    21-05-2013, 00:31



Bu sayımız

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Yanvar 2021 (354)
Dekabr 2020 (582)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (678)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (595)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (353)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu