GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » İqtisadiyyat » İqtisadi Şura haqqında əsasnamə - TAM MƏTN

İqtisadi Şura haqqında əsasnamə - TAM MƏTN

Tarix: 12-02-2021, 16:10 Bölmə :İqtisadiyyat Baxış: 55
İqtisadi Şura haqqında əsasnamə - TAM MƏTN


“Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”si təsdiqlənib.

Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 fevral tarixli Fərmanı ilə təsdiq edilib.

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadi Şurası (bundan sonra – Şura) “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli Fərmanına uyğun olaraq, ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasının, makroiqtisadi və maliyyə sabitliyinin möhkəmləndirilməsi, iqtisadi artımın və sosial rifahın yüksəldilməsi, bu sahələrdə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılmışdır və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şura öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

2. Şuranın fəaliyyət istiqamətləri

2.0. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər hazırlamaq;

2.0.2. makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq;

2.0.3. iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək;

2.0.4. iqtisadi sahədə normativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirmək.

3. Şuranın vəzifələri və hüquqları

3.1. Şuranın vəzifələri aşağıdakılardır:

3.1.1. bu Əsasnamə ilə müəyyən edilən fəaliyyət istiqamətləri üzrə dövlət orqanları (qurumları) arasında məlumat mübadiləsini təmin etmək;

3.1.2. Şuranın fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hər yarımildə bir dəfə məlumat vermək;

3.1.3. ölkənin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin və sosial-iqtisadi inkişaf strategiyasının, eləcə də həyata keçirilən iqtisadi islahatların ictimai müzakirəsini təşkil etmək və nəticəsindən asılı olaraq Azərbaycan Respublikası Prezidentinə təkliflər vermək;

3.1.4. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini həyata keçirmək üçün Şuranın aşağıdakı hüquqları vardır:

3.2.1. bu Əsasnamə ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərə yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatları, elmi müəssisələri və aidiyyəti dövlət orqanlarını (qurumlarını) cəlb etmək;

3.2.2. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

3.2.3. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı işçi qruplar yaratmaq;

3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müzakirəyə təqdim olunan hüquqi aktların layihələrinə rəy bildirmək;

3.2.5. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, həmçinin beynəlxalq təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.6. Şuranın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

3.2.7. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.

4. Şuranın fəaliyyətinin təşkili

4.1. Şuranın tərkibini (sədrini və üzvlərini) Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

4.2. Şuranın sədri aşağıdakı vəzifələri yerinə yetirir:

4.2.1. Şuranın işini təşkil edir və ona rəhbərlik edir;

4.2.2. Şuranın fəaliyyət planını təsdiq edir və onun icrasına nəzarət edir;

4.2.3. Şura üzvlərinin təkliflərini nəzərə almaqla, Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

4.2.4. Şuranın qərarlarını və onun fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

4.2.5. Şuranın fəaliyyəti ilə bağlı müvafiq işçi qruplar yaradır;

4.2.6. Şuranın fəaliyyəti, o cümlədən sosial-iqtisadi inkişaf strategiyasının formalaş¬dırılması və icra vəziyyəti, ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə hər yarımildən sonrakı ayın 30-dək məlumat verilməsini təmin edir;

4.2.7. Şuranın Katibliyinin və işçi qruplarının iş qaydasını təsdiq edir;

4.2.8. Şuranı təmsil edir;

4.2.9. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər cari işləri görür.

4.3. Şura sədrinin hüquqları aşağıdakılardır:

4.3.1. Şuranın iclaslarını çağırmaq və aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini bu iclaslara dəvət etmək;

4.3.2. Şuranın iclaslarında qəbul edilmiş qərarların, iclasların nəticələrinə dair imzalanmış sənədlərin icrası ilə bağlı tədbirlər görmək;

4.3.3. Şuranın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.

4.4. Şura üzvlərinin vəzifələri aşağıdakılardır:

4.4.1. Şuranın fəaliyyəti ilə bağlı məlumatları Şura sədrinin sorğularına əsasən, tam və vaxtında təqdim etmək;

4.4.2. Şuranın iclaslarında qəbul edilmiş qərarların, iclasların nəticələrinə dair imzalanmış sənədlərin icrası ilə bağlı tədbirlər görmək;

4.4.3. Şuranın fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirmək.

4.5. Şura üzvlərinin hüquqları aşağıdakılardır:

4.5.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;

4.5.2. Şuranın iclaslarının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olmaq;

4.5.3. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif vermək;

4.5.4. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirmək;

4.5.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olmaq, onlara dair rəy və təkliflər vermək;

4.5.6. təmsil etdikləri qurumun Şura üzrə koordinatorunu müəyyən etmək;

4.5.7. Şuranın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.

4.6. Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirir.

4.7. Şuranın Katibliyinin tərkibini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.

4.8. Şuranın Katibliyi aşağıdakı vəzifələri yerinə yetirir:

4.8.1. Şuranın fəaliyyəti ilə bağlı sədrin tapşırıqlarını icra edir və Şuranın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

4.8.2. Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;

4.8.3. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə Şuranın üzvlərinə yazılı məlumat verir;

4.8.4. Şura sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının), hüquqi şəxslərin nümayəndələrini və mütəxəssisləri Şuranın iclaslarına dəvət edir;

4.8.5. Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;

4.8.6. imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatları və digər zəruri məlumatları əldə edir, onları təhlil edərək ümumiləşdirir;

4.8.7. Şuranın iclaslarının protokollarının və Şuranın qərarların surətlərini Şura üzvlərinə, habelə qərardan çıxarışı aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;

4.8.8. Şuranın iclaslarında qəbul olunmuş qərarlarının və imzalanmış sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;

4.8.9. Şuranın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, iqtisadi sahədə fəaliyyət göstərən subyektlərə aidiyyəti üzrə sorğular verir, məlumatlar, hesabatlar, arayışlar və digər sənədlər alır;

4.8.10. Şuranın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;

4.8.11. Şuranın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.

4.9. Şuranın iclasları ayda bir dəfədən az olmayaraq Şuranın sədri tərəfindən çağırılır. Şuranın növbədənkənar iclasları Şura sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırılır.

4.10. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici hesab olunur.

4.11. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır.

4.12. Şuranın yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edildi

    Xarici Kəşfiyyat Xidmətinin strukturunda ...

    29-06-2020, 17:08

  • 
  • Hökumət 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənib

    Hökumət 2020-ci il üzrə dövlət büdcəsinin və ...

    27-09-2019, 10:15

  • 
  • Prezident İnam Kərimovu onunla əvəzlədi - Fərman

    Prezident İnam Kərimovu onunla əvəzlədi - Fərman ...

    13-09-2018, 15:50

  • 
  • AMEA-nın statusu ilə bağlı fərman ləğv edildi

    AMEA-nın statusu ilə bağlı fərman ləğv edildi ...

    16-02-2016, 14:42

  • 
  • Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib

    Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə ...

    25-01-2016, 16:06

  • 
  • Nazirliyin strukturu dəyişəcək

    Nazirliyin strukturu dəyişəcək ...

    7-01-2016, 12:00



Bu sayımız

Təqvim

«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728

Arxiv xəbərlər

Fevral 2021 (568)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu