“Gündəm-xəbər” Elnur Aslanov, Ceyhun Osmanlı və Fərid Novruzini bağlayan tellər barədə sensasion məlumatlar əldə edib; sabiq məmurun şəriki biznesindən məhrum edilir
Elnur Aslanovun ortağı Fərid Novruzi haqqındada mühüm məlumat əldə etmişik. Onun sələfi olması barədə medianın yazdıqları özünü doğrultmayıb. Məlumatlı mənbəmiz deyir ki, F.Novruzi da nurçu təriqətinə mənsubdur. Onun “İrəli” gənclər təşkilatı ilə əlaqələri var. Mənbəmiz qeyd edir ki, bu təşkilatın lideri olmuş deputat Ceyhun Osmanlının da nurçu olması sirr deyil. Beləcə, E.Aslanov, C.Osmanlı və F.Novruzi triosunun əlaqələri müəyyən edilib. Hakimiyyət onlardan birini işdən azad edib, deputat növbəti seçkilərdə mandatsız qalacaq, Novruzi isə şirkət rəhbərliyindən uzaqlaşdırılacaq. Qaynağımız qeyd edir ki, trionun əlaqələri təftiş olunub və Novruzinin vəhhabi deyil, nurçu olması isbat edilib: “Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun biznes ortağı “Novco” Şirkətlər Qrupunun rəhbəri Fərid Novruzi haqda cürbəcür xəbərlər yayılıb. Onun 32-dən çox brend mağaza və bir çox şirkətlərin birləşdiyi şirkəti var. Ancaq heç də vəhhabi deyil. Əksinə, nurçudur. Fərid Novruzi biznesindən məhrum edilə bilər. Şirkətlər qrupunun əsas ofisində çalışanların arasında yetərincə nurçu var. Ofisdə çalışanların böyük bir hissəsi şirkət rəhbəri ilə eyni dini cərəyandandır”. Bu barədə kiçik araşdırma aparan “Gündəm-xəbər”ə məlum olub ki, F.Novruzinin media piarı da məhz E.Aslanovun vaxtilə kurasiyasında olan 1news saytında gedib. İş adamının fəaliyyəti və gördüyü işlər bu portalda işıqlandırılıb. Eyni zamanda Novruzi də maliyyə dəstəyini saytdan əsirgəməyib. Mənbə qeyd edir ki, nurçu trionun sıx əlaqələri olub və hakimiyyət bu qalmaqal ortaya çıxandan sonra onları təsbit edib. Ceyhun Osmanlını isə mandatdan məhrum etmək böyük rezonans doğura bilər deyə hələlik üstündən sükutla keçilir. Növbəti seçkidə gənc deputat parlament üzünə həsrət qala bilər. Fərid Novruzi həm də Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidentidir. “Novco” Şirkətlər Qrupu 1994-cü ildə adı çəkilən iş adamı tərəfindən yaradılıb. Şirkət Azərbaycanda, Rusiyada, Gürcüstanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir. Şirkət genişləndikcə müxtəlif sahələrdə fəaliyyət göstərən törəmə qurumlarını təsis edərək holdinq yaradıb. Bu gün şirkəti 32 brend mağaza təmsil edir. Bunların 24-ü Bakıda, 8-i isə Gürcüstanda yerləşir. Elnur Aslanov və Ceyhun Osmanlının kurasiyasında olan İrəli Təlim və Karyera Mərkəzinin təşkil etdiyi “Müasir İqtisad Məktəbi” layihəsində ekspert qismində Fərid Novruzinin iştirak etməsi və bir çox layihələri rəhbəri olduğu “Novco” Şirkətlər Qrupunun maliyyələşdirməsi heç də təsadüfi deyil. Bütün bu faktların sadalanması sübut edir ki, Azərbaycanda Gülən komandası çox ciddi imkanlara malikdir və onların hakimiyyətdə güc sahibinə çevrilməsi istiqamətində dəstəyi var. Hətta nə vaxtsa hakimiyyət iddiası ilə vitrində görünmələri də istisna olunmur. Hökumət də bunu hesablayıb. “Gündəm-xəbər” də ilk günlərdə yazmışdı ki. E.Aslanov təkcə nurçu olması yox, həm də PA-da daha böyük vəzifə ambisiyalarına görə “vuruldu”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?