“Azal” şefi dövlət başçısının rəhbəri olduğu Milli Olimpiya Komitəsini ağır duruma düşürdü
Bakı Yay Olimpiya Oyunlarına hazırlaşdığı bir zamanda ağır atletlərin dopinq qalmaqalından necə qurtulacaq?
“Azal” Dövlət Konserninin prezidenti Cahangir Əsəgrov çətin durumdadır. Azərbaycanda Yay Olimpiya Oyunlarının keçirilməsinə dövlət səviyyəsində hazırlıqların başladığı bir vaxtda, konsern prezidentinin rəhbəri olduğu quruma beynəlxalq qınaqlar gəlməkdədir. Ölkənin Milli Olimpiya Kolmitəsi isə bu faktlardan sadəcə olaraq məyusluq keçirdiyini etiraf edir. Nəzərə alsaq ki, ölkənin idman sektoru birbaşa olaraq dövlət başçısının şəxsi nəzarətindədir və Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevdir, o zaman Milli Olimpiya Komitəsi Azərbaycanın 18 ağırlıqqaldıranının dopinq qalmaqalı ilə üzləşməsi faktından nə qədər ziyan gördüyünü xüsusi qeyd etməyə ehtiyac yoxdur. Cahangir Əsgərov həmçinin də Milli Olimpiya Komitəsinin rəhbərliyində təmsil olunan üzvlərdən biridir. Bu günlərdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının tətbiq etdiyi sanksiyalardan sonra nazirliyin saytının yaydığı məlumatda deyilir ki, “bütün dünyada böyük problem kimi yaşanan dopinq qalmaqalı Azərbaycanda da daim diqqət mərkəzində olub. İdmançılarımızın bu problemdən uzaq olmaları üçün lazımı tədbirlər görülüb, 2006-cı ildən etibarən nazirliyin nəzdində “Dopinqlə mübarizə” sektoru fəaliyyət göstərməyə başlayıb. Hazırda MOK-un nəzdində də xüsusi antidopinq komissiyası yaradılıb”. Bəyanatda deyilir ki, yaranmış durumla bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Ağır Atletika Federasiyası problemin həlli üçün birgə səylər göstərir. 18 Azərbaycan atletinin dopinq qalmaqalı ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyası qurumun 8 üzvünün (rəsmilər, məşqçilər və həkim) işdən uzaqlaşdırılmaları ilə bağlı qərar qəbul edib. Federasiya araşdırmalarını davam etdirir. Federasiya rəhbərliyi bildirir ki, araşdırma nəticəsində məsuliyyəti olan digər şəxslər də qurumdan uzaqlaşdırılacaq. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi də yaranmış problemlə bağlı araşdırmalarını davam etdirir. “Araşdırmanın əsas istiqamətlərindən biri idmançılardan 2013-cü ilin aprel, iyun və sentyabr aylarında dopinq testləri götürülsə də, testlərin müsbət çıxması ilə bağlı cavabların bəlli olmasından bir il sonra BAAF-ın rəsmi səhifəsində yer almasıdır. Digər araşdırması tələb doğuran suallardan biri isə idmançılarımızın dopinq testlərinin müsbət çıxmalarına baxmayaraq BAAF tərəfindən onların beynəlxalq yarışlara buraxılmasıdır. Bu və digər suallar hal-hazırda GİN və MOK tərəfindən cavablandırılması üçün aidiyyatı qurumlara ünvanlanıb”. Qeyd edək ki, Azərbaycan 2003-cü ildən Avropa Anti dopinq konvensiyasına qoşulub. 2007-ci ildə prezident İlham Əliyev Azərbaycanın İdmanda Dopinqə qarşı Mübarizə haqqında Beynəlxalq Konvensiyasına qoşulması üçün sərəncam imzalayıb. Aprelin əvvəlində Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimələyib. Lakin bu fakt Cahangir Əsəgrov bu il Bakıda Azərbaycanda Yay Olimpiya Oyunlarınıa ev sahibliyi etdiyi bir dönəmdə kifayət qədər ağır bir zərbə oldu. “Gündəm xəbər”ə daxil olan məlumatlara əsasən, Cahangir Əsəgrov ağır atletlərlə ümumiyyətlə maraqlanmaması səbəbindən bu arzuolunmaz olay yaranıb. İndi dövlətin nazirliyi və bütövlükdə hökumət bu beynəlxalq qınaqdan xilas olmaq üçün yollar arayır. Dünyanın məşhur idman dərgiləri Cahangir Əsgərovun prezident olduğu federasiyadakı bu biabırçı faktdan yazır. Təkcə Cahangir Əsgərov deyil, onun federasiyadakı birinci müavini, vitse-prezident, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da birbaşa olaraq idmançıların fiziki hazırlıq səviyyəsinə cavabdeh olan şəxslərdən hesab edilir. Və daxil olan informasiyalara əsasən, hazırda yaranmış beynəlxalq qalmaqalı önləmək üçün həm Cahangir Əsgərov, həm də nazir müavini İsmayıl İsmayılov bütün günahı federasiyanın icraçı direktoru “Azal” İdman Klubunun direktoru İsgəndər Əsgərovun üzərinə atmaq istəyirlər. Əslində İsgəndər Əsgərov da “Azal” prezidenti üçün yad adam sayılmır. Direktor Cahangir Əsgərovun yaxın qohumu və ailə üzvü sayılır. Görünür, vəziyyət o qədər qəlizdir ki, daha böyük personaların bu gərginliyi ortadan qaldırmaq üçün qurban verilməsi razılaşdırılıb. Lakin bütün hallarda ölkənin ağırlıqaldıranlarının bu xoşagəlməz hərəkətinə cavabdeh olan birinci şəxs Cahangir Əsgərovdur. RÜFƏT
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?