Bu azmış kimi o, hətta rayonu abadlaşdırmaq adı ilə sahibkarlardan pul qoparır Sovetlər dönəmində Azərbaycanın ən böyük taxılçılıq və pambıqçılıq rayonlarından sayılan Cəlilabad hazırda cətin günlər yaşayır. Ərazisinə görə böyük rayonlardan biri olan Cəlilabad sözün hər mənasında ən bərbad və çirkab içində batan əyalət şəhərlərindən biridir. Cəlilabadda son illər ərzində işsizlik sürətlə artıb. Bu azmış kimi, bir tərəfdən də Cəlilabadda hakimi mütləq olan məmurlar əhalini soymaqla məşğuldur. Burada sahibkarlar belə məmurların fitvası olmadan normal iş qura bilmirlər. Məmurların bu özbaşınalığına da rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov rəhbərlik edir. Rayonda çalışan sahibkarlardan adının açıqlanmamasını istəyən şəxs bizimlə söhbətdə bildirdi ki, icra hakimiyyətinin başçısı Əziz Əzizov rayonu talan etməklə məşğuldur. O rayonun icra başçısı başda olmaqla bir qrup məmurun əsirinə çevrildiyini söylədi. Dediyinə görə, icra başçısı mütamadi olaraq sahibkarları sıxışdırır. Abadlıq adı altında hər ay onlardan müəyyən məbləğ pul qoparılır: "Bizdən hər ay 1000 manat pul tələb edir. Daha kiçik sahibkarlıq obyektlərinə isə 500 manat stavka qoyub. Belədə hər ay abadlıq adı altında sahibkarlardan yüz min manatlarla vəsait yığılır. Amma heç bu pullar da abadlıq işlərinə sərf edilmir. Burada hər hansı bir abadlıq getdiyinin şahidi olmaq qeyri-mümkündür. Küçə boyu bütün rayonu rayon sakinlərinə hasarlatdırır. Hərə öz evinin qarşısını hasarlamalıdı. Bir sözlə Əziz Əzizov bu rayonu iflic edib.” Əziz Əzizov habelə rayonun sosial iqtisadi inkşafı üçün həyata keçirilən layihələrdən də sui-istifadə edərək öz şəxsi biznesinin gücləndirilməsi "qayğısına" qalıb. Verilən məlumata görə, icra başçısı “Ülvi” şadlıq sarayını tikməklə rayon ərazisindəki bütün toyların bu şadlıq sarayında keçirtməyə göstəriş verib. Belədə, həmin məlumat onu düşünməyə əsas verir ki, icra başçısı qanunsuz olaraq həm də bizneslə məşğuldur. Rayonun təmiri, abadlaşdırılmasına yönəlik matrealalrın alınması üçün Cəlilabad şəhərinin girəcəyində bir neçə topdansatış tikintimaterialları mərkəzini açdırıb. Şikayətçi sahibkar onu da vurğuladı ki, Ə. Əzizov icra başçısı vəzifəsinə təyinat almamışdan öncə biznes fəaliyəti ilə məşğul olub. Dövlət başçısının rayonların sosial iktisadı inkşafı üçün ayırdığı milyonlarla vəsaitdən daha effektli "bəhrələnmək" üçün icra başçısı tikinti materiallarını yaxınları vasitəsi ilə idarə edilən öz dükanından aldıtdırır. Təbii ki, bu zaman qiymətlər də bir neçə dəfə şişirdilir. Həmsöhbətimizin söylədiyinə görə, məsələn, rayon mərkəzinin abadlaşdırılması üçün istifadə olunan üzlük, mərmər daşları icra başçsının ticarət obyektlərindən alınır. Saytımıza bu barədə məlumat verən rayon sakini icra başçısının məcburən bu materialları onlara satdırdığını dedi. “Biz küçə boyu öz hasarlarımızı söküb,yenidən tikirik. İcra başçısı yerli sakinləri məcbur edir ki,onların evlərin küçədən baxanda görsənməməlidir. Bu biabırçı bir addımdır". Onun qeyd etdiyinə görə, Əziz Əzizov həm şəxsi biznesindən, həmdə alınan malların qiymətini bir neçə dəfə şişirtməklə külli miqdarda gəlir toplayıb. Bundan başqa icra başçısı iş görən şirkətlərdən “faiz” də alır. Belə ki, iddiaya əsasən, Əzizov rayon ərazisində abadlaşdırma, təmir işi ilə məşğul olan bütün müəsissələrə “öz haqqını” qoyub. Verilən məlumatda o da yer alıb ki, Bakı-Cəlilabad yolunun üstündə fəaliyyət göstərən bir neçə iri topdansatış tikinti materialları dükanı və digər başqa obyektlər də icra başçısına məxsusdur və bu obyektləri Cəbrayıl rayonundan olan bir nəfər idarə edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?