GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Manşet » Cavid Qurbanovun şok gizlinləri

Cavid Qurbanovun şok gizlinləri

Tarix: 21-11-2014, 02:15 Bölmə :Manşet Baxış: 0
Cavid Qurbanovun şok gizlinləri

Vəzirovdan İlham Əliyevədək bütün rəhbərlərlə dil tapan «Azəryolservis» sədrinin adı eks-prezidentə sui-qəsddən tutmuş İran kəşfiyyatı ilə əlaqələrədək hallandırılır
«Azəryolservis»in rəhbəri, millət vəkili Cavid Qurbanovla bağlı gundemxeber.az ünvanına ilginc faktlardan ibarət məlumat daxil olub. Məlumatı ötürən şəxs Cavid Qurbanovun fəaliyyətini, hətta onun həyat tərzini qaranlıq və saxta adlandırır. Mənbə bildirir ki, Cavid Qurbanov Kəlbəcərdə orta məktəbdə oxuyarkən bilik və bacarığı orta səviyyədən aşağı olub.

Vəzirov faktoru
Millət vəkilinin atası Qəmbər Qurbanov həmin illərdə Kəlbəcər rayonunun XDS-nin sədri olması Cavid Qurbanova ali təhsil ocağını bitirməkdə yardım edib. Mənbə qeyd edir ki, millət vəkili o vaxtkı Şamxor rayonunun Seyfəli kəndində xala və dayıları hesabına rüşvətlə hərbi xidməti başa vurub. Sonradan Əbdülrəhman Vəzirovun Azərbaycan MK-nin birinci katib təyinatı və Qəmbər Qurbanovun birinci katiblə yaxın qohum olması Cavid Qurbanovu ilk vəzifəyə gətirib. Bakının Maştağa qəsəbəsində qaraj müdiri vəzifəsində çalışan Cavid Qurbanov indiki kimi dövlətin əmlakını talamaqla məşğul olub.

Mütəllibovla yaxınlıq və çevriliş
Ayaz Mütəllibov dövründə isə onun bayrağı altına keçən hörmətli millət vəkili Azərbaycanın birinci prezidentinin xatirinə Maştağaya «qaynana» yolu çəkdirir. Bununla da münasibətlərini Ayaz Mütəllibovla yaxşılaşdıran Cavid Qurbanov xal qazanır. Mənbə iddia edir ki, Cavid Qurbanovun yaxın qohumları Azərbaycanda silahlı yolla dövlət çevrilişini həyata keçirmək istəyən Sürət Hüseynovun silahlı dəstəsinə rəhbərlik edən Romik və Pərvin adlı şəxslərlə əlbir olublar və mərhum prezident Heydər Əliyevin həyatına sui-qəsd planlaşdıran bir qrup hərbiçilərlə birləşən və Qəmbər Qurbanovla çiyin-çiyinə çalışan Rəfael Hüseynov, Maştağalı Tərlan və Ağa adlı hərbi cinayətkarlardan ibarət dəstə ilə birgə planlar çözüblər.

Qaçaqlıq illəri
Mənbə daha sonra bildirir ki, Cavid Qurbanov eks-prezident Heydər Əliyev dönəmində də mühüm post tutub. Lakin az sonra o vaxtkı «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti Cavid Qurbanovu tutduğu postdan azad edilibb. Özü də dövlət başçısının Cavid Qurbanovla bağlı fərmanında belə yazılıb: «Cavid Qəmbər oğlu Qurbanov işdə yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin». Bu cür fərman o zamankı hökumətdə indiki millət vəkilinin həbsi demək olub. Elə bu baxımdan da Cavid Qurbanov canını qurtarmaq üçün Rusiyaya qaçıb. Bir müddət Rusiyada gizlənən, beynəlxalq axtarışda olan Cavid Qurbanov Mahir Cavadovla sıx əlaqələr quraraq dövlət çevrilişi və Heydər Əliyevə sui-qəsd planları hazırlayırmışlar. Hətta Mahir Cavadovla Cavid Qurbanov xarici dövlətlərdə peşəkar «killer» axtarışına da çıxıblarmış.
Sonda bu planların baş tuta bilməyəcəyini anlayan Cavid Qurbanov yenidən kanallarını işə salaraq Ziya Məmmədovun köməkliyi ilə birinci şəxsdənəfv diləyib və bağışlanıb. Tezliklə varidat sahibi olan Cavid Qurbanov ölkədə oliqarx-məmurlar sırasına qatılıb.

İbrahimovlarla qalmaqal
Hörmətli millət vəkili ilə bağlı ilginc məlumatlar bununla tükənmir. Belə ki, Cavid Qurbanovla ATV kanalının sədri arasında da qalmaqal yaşanıb. Buna səbəb isə Cavid Qurbanovun vaxtı ilə Tağı İbrahimova hədiyyə etdiyi «Texnika-A» şirkətini yenidən geri istəməsidir. Bu şirkət iri dövlət layihələrinin icrası zamanı sahib olduğu texnikanı icarəyə verməklə məşğuldur. Bəs, nədən Cavid Qurbanov ona milyonlarla qazandıran bu şirkəti Tağı İbrahimova hədiyyə edib? Söhbət ondan gedir ki, vaxtı ilə Cavid Qurbanov Tağı İbrahimovun münasibətləri çox yaxşı olub. Bu münasibətlər get-gedə daha da sıcaqlaşıb və Cavid Qurbanovla Tağı İbrahimov arasından su keçməyib. Amma «Texnika-A»-nın Tağı İbrahimova hədiyyə edilməsinin səbəbi təkcə bu deyil. Biz bunun gerçək səbəblərini bildiyimizdən sadəcə məişət məsələsi olduğuna görə qəzetimizdə açıqlamırıq. «Texnika-A» Tağı İbrahimova hədiyyə edildikdən qısa müddət sonra o, şirkəti bacısı oğlunun adına rəsmiləşdirib. Lakin indi Tağı İbrahimovla Cavid Qurbanovun arası dəyib və onların münasibətlərində soyuqluq yaranıb. Bu baxımdan «Azəryoservis»in rəhbəri «Texnika-A»nı geri qaytarmaq istəyir. Artıq bu barədə Tağı İbrahimova dəfələrlə xəbər göndərilib. Ancaq ATV-nin prezidenti Cavid Qurbanova rədd cavabı verib. Cavid Qurbanov isə «Texnika-A»nı geri qaytarmaqda israrlıdır.

İlginc İran əlaqələri
Cavid Qurbanovun sürücüsü kimi təqdim olunan və İranın xüsusi xidmət orqanları ilə əlaqələri tam olaraq təsbit olunmuş Mahir Lənkəranlı hüquq-mühafizə orqanlarımız tərəfindən axtarışdadır. Və bu fakt da ASC prezidentinə qarşı müəyyən hücumlara nədən olmuşdu. Yəni bildirilirdi ki, əslində Mahir Lənkəranlı Cavid Qurbanovun İrandakı biznesinin əsas yönəticilərindən biridir.
İndi isə Cavid Qurbanovun İranla əlaqələrini sübutlayan çox ciddi faktlar ötürülüb. Mötəbər mənbənin redaksiyamıza verdiyi bilgilərdən belə aydın olur ki, bu gün Cavid Qurbanov İran agenturasına aid Azərbaycandakı şübhəli iqtisadi çevrələrin əsas ortaqlarından biri, bəlkə də birincisidir. Məhz bu əlaqələrin nəticəsidir ki, nəqliyyat nazirliyi 8 magistral yol hissəsinin inşaat işlərini məhz İranın xüsusi xidmət orqanları ilə əlaqəli fars şirkətlərinə verib.
Mənbəmiz bildirir ki, Cavid Qurbanov eyni zamanda Bakıda mola rejiminin əsas iqtisadi rıçaqlarından biri hesab olunan «NAB» Dış Ticaret şirkətinin də əsas himaədarlarından biridir. Bildirək ki, bu şirkət «Bank of Baku»da, «Hyundai Auto Azerbaijan»da və «Bacu Electronics»də böyük paya malikdir.
Mənbəmizin iddialarına görə, odur ki, Mahir Lənkəranlının bu gün qeybə çəkilməsi də təsadüfi qəbul oluna bilməz: «Mahir Lənkəranlının İranla əlaqələri şübhəli yox, fakt idi. Və bu adam böyük işlər görüb. Hər halda, Cavid Qurbanovun yanında dayanaraq bu işləri görməsi faktı da təsdiqləyir ki, ASC prezidentinin bütün olanlardan nəinki xəbəri olub, hətta iştirakı da var».

Rəşad Hüseynov

P.S. Məsələ ilə bağlı «Azəryolservis»in rəhbəri, deputat Cavid Qurbanovun mövqeyini dərc etməyə hazırıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cavid Qurbanovun qaranlıq keçmişi

    Cavid Qurbanovun qaranlıq keçmişi ...

    25-12-2012, 12:00

  • 
  • Cavid Qurbanovun qaranlıq keçmişi

    Cavid Qurbanovun qaranlıq keçmişi ...

    30-08-2013, 16:47

  • 
  • CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB

    CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB ...

    8-10-2013, 16:36

  • 
  • Prezidentdən yeni təyinat

    Prezidentdən yeni təyinat ...

    9-02-2015, 22:28

  • 
  • Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... -3000 avroluq masajçı qadınlar və daha nələr-İTTİHAM

    Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... ...

    22-01-2021, 21:34

  • 
  • Cavid Qurbanov çətin suallar qarşısında

    Cavid Qurbanov çətin suallar qarşısında ...

    28-09-2013, 11:44



Bu sayımız

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

Aprel 2021 (371)
Mart 2021 (563)
Fevral 2021 (610)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (733)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu