Raoynu satıb talayan Ramiz Yediyarov Nazirlər Kabinetinin qərar olmadan torpaqların təyinatını dəyişdirib
Gədəbəy rayonunun icra başçısı Ramiz Yediyarov haqqında son aylar şikayətlərin ardı-arası kəsilmir. Onun qanunla mühafizə edilən torpaq sahələrində, meşə massivlərində apardığı qanunsuz tiklilər və bunlara görə «hesab» tələb olunması qalmaqaların rayonu aşmasına səbəb olub. Bu barədə qəzetimizə verilən məlumata görə, Gədəbəyin səfalı yerlərini ayrı-ayrı iş adamlarına satan icra başçısı Ramiz Yediyarovun yol verdiyi nöqsanların artıq Prezident Administrasiyasında da narahatlıq yaratdığı bildirilir: «İcra başçısı qanunla tikinti aparılması qadağan olunan əraziləri müvafiq nazirliklərin razılığı olmadan müxtəlif iş adamlarına satıb. Prezident İlham Əliyevin nazir və icra başçılarının iştirakı ilə keçirilən tədbirdə icarəyə verilmiş torpaqların əksəriyyətinin təyinatının dəyişdirilərək, orada qanunsuz tikililər aparılmasının yolverilməz oldunu deməsi və bunlarla bağlı məmurlara xəbərlarlıq etməsindən sonra Gədəbəydəki vəziyyət nəzarətə götürülüb. Bildiyiniz kimi, müşavirədə prezident belə halara yol verən icra başçılarına sərt xəbərlarlıq elədi. Dedi ki, belə halların qarşısı dərhal alınmalıdır. Ancaq deyəsən, Gədəbəy rayon icra hakimiyyətinin başçısı bu sahədə də çox böyük nöqsanlara yol verməkdən çəkinmir. O, təkcə meşə massivini deyil, həm də əkinə yararlı torpaq sahələrini fermerlərin əlindən zor-xoş alaraq, həmin ərazilərdə müxtəlif tiklilər həyata keçirib. Məsələn, təzə bazar adlanan ərazi pay torpaqları üzərində inşa edilib. Halbuki, torpağın təyinatını ancaq Nazirlər Kabineti dəyişə bilərdi. Ancaq fakt odur ki, Ramiz Yediyarov baş nazirin səlahiyyətini də mənimsəməklə, dövləti cinayətə yol verdiyinin fərqində deyil».
Gədəbəy sakinləri onu da bildirib ki, rayondakı özbaşınalıqlar bununla da yekunlaşmır: «Şəhidlər xiyabanının arxasında yerləşən həmən pay torpaqları Ramiz Yediyarov və onun əlaltıları tərəfindən qeyri-qanuni olaraq, fiziki şəxslərə ev tikmək üçün həyatyanı sahə kimi satılıb. Maraqlı haldır ki, bu qanunsuzluğu sonradan anlayan sakinlər nə verdikləri pulları, nə də onlara faktiki verilmiş torpağın sənədini ala bilirlər. Hər dəfə qəbula gələn vətəndaşlar min bir bəhanə ilə aldadılaraq, geri qaytarılır. Prezdentin son çıxışından sonra insanlar onların Ramiz Yediyarov və əlaltıları tərəfindən aldadıldıqlarına bir daha şahid oldular. Və həmin şikayətçilər kütləvi şəkildə baş verən özbaşınalıqlarla bağlı hakim dairələrə şikayətə hazırlaşırlar». Müsahiblərimiz onu da deyirlər ki, icra başçısı bu tip qanunsuzluqları əsasən Qüdrət Paşayevlə şərikli həyata keçirir: «Digər bir qanunsuzluğun subsidiyaların paylanılması prosesində baş verdiyini də qeyd edə bilərik. Ramiz Yedigarov bu məsələdə Rüstəm Nağıyevin vasitəsiylə talançılıq siyasətini «uğurla» davam etdirir. Bundan başqa, rayon təhsilinin də daha biabırçı halda olduğunu deyə bilərik. Milli Qəhrəmanımız İlham Əliyevin adını daşıyan bir nömrəli şəhər orta məktəbində şagirdlər məktəbə kitab gətirmək əvəzinə, pul gətirirlər. İcra başçısı isə rayon təhsil şöbəsindən bu problemlərin aradan qaldırılmasını tələb etməkdənsə, əksinə, belə vəziyyətin daha dərin kök almasında maraqlı olduğu gizlətmir». Gədəbəydə məmurların, o cümlədən icra başçısının digər qanunsüz əməllərindən geniş söhbətlər açan şikayətçilərin dedikləri ilə bağlı araşdırmalarımız davam etdiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?