Milli Təhlükəsizlik Nazirliyinin istintaq şöbəsində düzüülüb-qoşulan cinayət işlərinə hansı hakimlər imza atıb?
Eldar Mahmudov Yavər Camalovun müşavini niyə həbs etdirib?
Milli Təhlükəsizlik Nazirliyi postuna Eldar Mahmudov gətiriləndən sonra bu qurum tərəfindən bir çox casusluq edənlərlə bağlı cinayət işi başlayıb. Həmin casusluq edənlərlə bağlı cinayət işləri Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmələr tərəfindən araşdırılıb. MTN-də istintaqı aparılan cinayət işlərindən biri də jurnalist Rauf Mirqədirovun cinayət işi olub. Heç bir fakta söykənməyən cinayət işi üzrə mühakimə olunan jurnalistə məhkəmə 6 il cəza kəsib.
Məhkum olunanların yaxınları hələ dövrlərdə söyləyiblər ki, yaxınlarına qarşı irəli sürülən “casus ittihamı” faktlara söykənmir. Hətta məhkəmə proseslərində mühakimə olunan şəxslər pisixoloji təsirlərə, işgəncələrə məruz qalmaqla, bu ittihamları etiraf ediblər.
Eldar Mahmududov MTN-dəki postdundan vidalaşandan sonra belə ittihamlarla həbs olunanların cinayət işinə yenidən baxılması üçün zərurət yaranıb. Çünki bu qrumun istintaq şöbəsinin rəisi, rəis müavinləri, həmçinin bir çox şəxslərin barəsində özbaşına hərəkətlər etməsi, istintaq işlərini qeyri-obyektiv aparılması ilə bağlı cinayət işləri başlayıb.
Eldar Mahmudovun özü rəsmi ittihamla həbs edilməsə də, onun barəsində araşdırmalar davam etdildiyi bildirilir. Deyilənə görə, sabiq nazir ev dustağı kimi saxlanılır.
Qeyd edək ki, MTN-nin istintaq idarəsinin rəis müavini Vüsal Ələkbərov və həmin idarənin müstəntiqi Sahib Ələkbərov da həbs edilib. Onlara rəsmi ittihamlar da verilib.
Casusluq ittihamı ilə qalmaqala səbəb olan cinayət işlərindən biri də Səid Dadaşbəyli və onun rəhbərlik etdiyi 14 nəfərlik dəstə ilə bağlıdır. 2006-cı ildə MTN-nin keçirdiyi əməliyyat zamanı bu dəstə üzvlərinin
həbs olunduğu bildirilsə də, ictimayyətə bununla bağlı heç bir rəsmi məlumat verilməmişdi.
Bir-birlərini tanımayan dəstə üzvləri
Səid Dadaşbəylinin rəhbərlik etdiyi dəstənin cinayət işi təxminən 6 aydan sonra məhkəməyə daxil oldu. Hakim Ənvər Seyidovun sədrlik etdiyi proses qapalı olsa da, bir çox maraqlı məqamlar hələ o vaxtı mətbuat nüamayəndlərinin diqqətini cəlb etmişdi. Bu cinayət işi üzrə təqsirləndirilən şəxslər bir-birlərini tanımasalar da, məhkəmə onların barəsində ən ağır cəzalar kəsib.
Məhkəmənin hökmü ilə Səid Dadaşbəyli, 14 il, Ceyhun Əliyev 14 il, Canangir Kərimov 14 il, Rəşad Əliyev 14 il, Fərid Ağayev 13 il, Rasim Kərimov 13 il, Samir Qocayev 13 il, Bəybala Quliyev 13 il, Mikayıl İdrisov 12 il, Emil Mehbalıyev 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə həmin hökmü qüvvədə saxlayıb. Bu insanlar illərdir ki, hələ də haqsız həbs həyatı yaşayır.
31 yaşlı Səid Dadaşbəyli və digərləri İranın xeyrinə casusluq etməkdə, bu ölkənin SEPAH xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməkdə, cinayətkar birlik yaratmaqda və dövlətə xəyanətdə təqsirli bilindilər. Qrup üzvləri həmçinin Azərbaycanda İslam dövləti yaratmaq, hakimiyyəti zorla ələ keçirtməyə cəhddə ittiham olundular. Hökmdə bildirilir ki, qrup üzvləri İrana səfərlər etməklə ordakı xüsusi xidmət orqanı SEPAH üzvlərindən pul və təlimatlar alırmışlar.
MTN-də işgəncə
Sorğulardan birində müstəntiq Sahib Ələkbərov müttəhimləri ( ayrı ayrılıqda) MTN otaqlarından birinə gətirmiş, burada MTN-in mülki geyimdə digər əməkdaşları da vardı, onlar müttəhimlərə hədə gəlir və onların ünvanına layiqsiz ifadələr işlədirdilər.
Sahib Ələkbərov təsdiqedici ifadələri imzalamağı tələb etmişdir. Səid Dadaşbəyli və Mikayıl İdrisov törətmədikləri cinayət haqqında ifadələri imzalamaqdan imtina etdikdən sonra isə Sahib Ələkbərov televizoru
qoşub, Emin Məmmədovu döyərək və ayaqları altında tapdalayaraq həyata keçirdikləri sorğunun videoyazısını göstərmişdir. O, təmamilə qan içində idi və hərəkətsiz qalmışdı. Sahib Ələkbərov bildirmişdir ki, müqavimət göstərməyə davam etsələr, Səid Dadşbəylini və Mikayıl İdrisovu da eyni aqibət gözləyir. Müstəntiq Sahib Ələkbərov açıq elan etmişdir ki, Emin Məmmədov sağ qalmayacaq, və əgər Dadaşbəyli və İdrisov Məmmədovun ardınca o dünyaya getmək istəyirlərsə, susmağa davam etsinlər.
“Hizbullah” və “Əl-Qaidə”: bir-birlərinə düşmən terror təşkilatları
MTN-nin istintaqını apardığı cinayət işlərindən biri də İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə təqsirləndirilən azərbaycanlı və livanlılardan ibarət dəstə üzvləri olublar.
Xatırladaq ki, dəstə üzvləri ötən ilin mayında saxlanılıb. Saxlanılarkən Livan vətəndaşlarının üzərindən saxta yolla hazırlanmış İran pasportları aşkar edilib. Livanlı Kərəki Əli Məhəmməd və Nəcməddin Əli Hüseyn “Hizbullah” və “Əl-Qaidə” terror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndəriliblər və onların sifarişilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmalı, ittiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara kömək etməli idilər. Dəstə üzvləri Azərbaycan Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələriylə ittiham olunublar.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə Kələki Əli Məhəmməd və Nəcməddin Əli Hüseyn 15, Azərbaycan vətəndaşları Cavid Məmmədov və Vidadi Rəsulov 14, Müşfiq Amanov və Əfqan Balaşov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ən maraqlı məqam ondan ibarət olub ki, dəstənin livanlı üzvləri Kələki Əli Məhəmməd və Nəcməddin Əli Hüseyn mühakimə olunandan dərhal sonra İrana təhvil verilib. Livan vətəndaşlarının İrana təhvil verilməsi də bir çox qaranlıq məqamlara bu günə kimi də aydınlıq gətirilməyib. Cinayətin əsas iştirakçıları həbsdən azad olunsalar da, azərbbaycanılar isə hələ də həbsdə saxlanılır.
Onu da qeyd edək ki, bu məhkəmə iclası qalmaqalla davam etdirilmişdi. Dəstə üzvlərinin heç biri casusluq ittihamını qəbul etmirdi. Onlar şər-böhtanla həbs edildiklərini deyirdilər. Amma nəticə yenə də onların həbsdə saxlanılmalarına gətirdi.
MTN-də istintaq hərəkətlərini aparan şəxslərin qeyri-peşəkar olamalarından biri də ittihamı düzüb-qoşmalarımndan üzə çıxır. MTN-də bu cinayət işində istintaqı aparan şəxslər məhkum olunan şəxsləri Hizbullah” və “Əl-Qaidə” terror təşkilatları tərəfindən hazırlanaraq Azərbaycana göndərilmələrini qeyd ediblər. Hər kəsə məlumdur ki, bu iki terror təşkilatı bir-birlərinə zidd təşkilatlardır. Bu da ittihamın nə qədər ziddiyyətli olmasını açıq-aydın ortaya çıxarır.
“SEPAH” əməliyyatı: 22 nəfərlik dəstə
Milli Təhlükəsizlik Nazirliyi daha 22 nəfərlik dəstənin istintaqı ilə bağlı ziddiyyətli məqamlar da ortalığa çıxır. Saxlananlar İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “İslam İnqilabının Mühafizəçiləri Korpusu” – “SEPAH”ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub və Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə məlumatlar veriblər.
Tutulanlardan biri Niyazi Kərimov hələ 1999-cu ilin yaz aylarında İranın Məşhəd şəhərinə səfər edərkən Tehranda Əkbər Pakraveş adlı şəxslə tanış olub. Bildirilir ki, səfər ərzində onların münasibətləri dərinləşib və “SEPAH” əməkdaşı olan Əkbər Pakraveşin təklifi ilə Niyazi Kərimov məxfi əməkdaşlığa razılıq verib.
“Sepah” və “Hizbullah”
“SEPAH”ın əməkdaşı Əkbər Pakraveş Niyazi Kərimova ABŞ, İsrail və Qərb dövlətlərinin nümayəndəliklərinin əməkdaşlarına qarşı terror-təxribat aksiyalarının həyata keçirilməsi məqsədilə münasib şəxslər tapmağı tapşırıb. Məlumatda deyilir ki, 1999-cu ildən 2011-ci ilədək Niyazi Kərimov dəfələrlə İrana gedib və “SEPAH” əməkdaşları ilə görüşüb, o cümlədən “SEPAH” üçün uyğun adamlar tapıb.
Sepah”ın əməkdaşı Həmid adlı şəxslə “Hizbullah” terror təşkilatının “Müqavimət” hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbasın birgə yaratdığı mütəşəkkil dəstənin üzvləri arasında vəzifə bölgüsü belə aparılıb.
Casus və digər ağır cinayətlərlə bağlı 22 nəfərlik dəstə üzvlərinin cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Bu cinayət işi üzrə araşdırma aparan hakim 22 nəfərə 0 ildən 15 ilə qədər azadlıqdan məhrum edilməsi ilə bağlı imza atıb.
Nazirin müşavirinə casus ittihamı
Milli Təhükəsizlik Nazirliyi tərəfindən istintaqı aparılan cinayət işlərindən biri də müdafiə sənayesi naziri Yavər Camalovun müşaviri Ağamir Ağamirov olub. İran xüsusi xidmət orqanlarına əməkdaşlıq etməkdə ittiham olunan Hafiz Vəliyev və Ağamir Ağamirov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunublar.
Hafiz Vəliyev vətənə xəyanət və narkotik maddələrin əldə edilməsi, satışı maddələri ilə, Ağamir Ağamirov isə vətənə xəyanət və rəsmi sənədləri saxtalaşdırma maddələri ilə ittiham olunub.
2015-ci ilin avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsi onların hər ikisinin barəsində ömürlük həbs cəzası çıxarıb. Məhkəmə prosesi qapalı keçirilib.
Ağamirovun və Vəliyevin barəsində cinayət işinin materiallarından bəzi xülasələri yayıb. Orada deyilir ki, Bərdə sakini Hafiz Vəliyev 2013-cü il, mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında MTN əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən noutbuk və fləş-kart aşkar olunub.
Hafiz Vəliyevə məxsus olan “KİA Sorento” avtomobilində 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzilində isə fotoaparat, mini videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu və s. aşkar edilib.
MTN-də aparılan istintaq zamanı müəyyən edib ki, H.Vəliyev 2000-ci ildə “Hacı” ləqəbi ilə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub. Onu əməkdaşlığa İran vətəndaşı, Bakıda bizneslə məşğul olan və SEPAH zabiti olan Riyazi Bəhmən cəlb edib. H.Vəliyev həmin vaxtlar Bakıdakı müxtəlif sexlərə un məmulatları satırmış. Belə sexlərin birində o, Riyazi Bəhmənlə tanış olub. Bir neçə görüşdən sonra onların arasında yaxın münasibətlər yaranıb. R.Bəhmən ona SEPAH əməkdaşı olduğunu, bizneslə bu fəaliyyətini pərdələmək üçün məşğul olduğunu deyib.
İttiham: şər-böhtan
Sonra o, H.Vəliyevə əməkdaşlıq təklif edib, sonuncu bu təkliflə razılaşıb. Onlar birlikdə R.Bəhmənin 28 may küçəsindəki ofisinə gediblər və Hafiz Vəliyev orada İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq üçün yazılı razılıq imzalayıb. Həmin illər ərzində o, SEPAH zabitinin tapşırığı ilə müxtəlif adamları izləyib, materiallar toplayıb və ötürüb. Hər üç aydan bir “qonorar” alıb.
2003-cü ilin oktyabrında H.Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib. Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı Hafizlə tanış edib. Bir müddət sonra Ə.Qaffari Bakıya gəlib və H.Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb.
İstintaqın gedişində Ağcabədi rayonundan olan Ağamir Ağamirov da Hafizin verdiyi ifadə əsasında həbs edilib. Bildirilir ki, Ağamir Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.
Bu cinayət işi üzrə hökmü Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrlik etdiyi kollegiyada çıxarılıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.
Onlar bildiriblər ki, MTN-də işgəncə altında istintaqları aparılıb və şər-böhtanla mühakimə olunublar. Hər iki təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Eldar Mahmudov hakimlərə təzyiq göstərib?
Bakı Apelyasiya Məhkəməsində iş əvvəlcə hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər. Amma vəsatət təmin edilməyib.
Bu səbəbdən məhkəmənin ilkin baxış iclasının qərarından müdafiə tərəfi kasasiya şikayəti verib. Müdafiə tərəfinin Ali Məhkəməyə göndərdiyi kasasiya şikayətində qeyd olunub ki, apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə qərar verilsin. Ali Məhkəmədə də müdafiə tərəfinin apelyasiya şikayətini təmin edilməyib və işə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul olunub. Bu səbəbdən cinayət işinin materialları apelyasiya instansiyasına qaytarılıb.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən ikinci prosesdə müdafiə tərəfi yenə də birinci instansiyası məhkəməsində qanunsuzluğa yol verildiyini bildirib, apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə aparılmasını vacib olduğunu əsaslandırıblar. Vəkillər yenidən apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər. Amma yenə də hakimlər onların istəyinə müsbət qərar verməyiblər.
Müdafiə tərəfi yenə də Ali Məhkəməyə müraciət edib. Bu zaman artıq Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan kənarlaşdırılıb və bu qurumda cinayətkar şəbəkə ifşa edilib.
Ağamir Ağamirov və Hafiz Vəliyevin kasasiya şikayətinə baxan hakimlər növbəti dəfə qərar veriblər. Ali Məhkəmənin hakimləri hər iki təqsirləndirilən şəxsin şikayətini təmin edib və apelyasiya instansiyasında cinayət işi məhkəmə istintaqı ilə aparılıması barədə qərar qəbul edilib.
Hazırda qeyd etdiyimiz cinayət işi Bakı Apelyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılır. Apelyasiya şikayəti üzrə dəlillər istintaqla aparılır.
Qeyd etmək yerinə düşər ki, MTN tərəfindən casus və dövlətə xəyanət ittihamı ilə istintaqı aparılan cinayət işləri çoxlu sayda olub. Bu cinayət işləri üzrə təqsirləndirilən şəxslərin məhkəməsi qapalı keçirilsə də, mətbuata sızan məlumatlardan aydın görünür ki, cinayət işləri qeyri-obyektiv aparılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?