AZAL ötən mövsümlə müqayisədə büdcəsini azaltsa da legioner futbolçular yenə normal maaş alırlar.
Virtualaz.org “təyyarəçilər”lə bağlı maraqlı informasiya əldə edib. Həmin məlumata görə, AZAL-da ən çox maaş alan futbolçu Freddi Borqdur. 30 yaşlı isveçli hücumçunun aylıq gəliri 4500 manata yaxındır.
Borq Azərbaycana gəlməmişdən öncə Almaniyanın “Darmştatd” klubunda forma geyib və orada AZAL-da qazandığından iki dəfə az maaş alırmış.
Qeyd edək ki, AZAL futbol klubunun sponsoru eyniadlı dövlət aviaşirkəti, sonuncunun rəhbəri isə Cahangir Əsgərovdur. O, həm də klubun sahibidir.
Sorğu
Yeni dizaynımız necədir?