GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Manşet » Generalitet sistemində Arzu Rəhimov sindromu

Generalitet sistemində Arzu Rəhimov sindromu

Tarix: 4-12-2012, 11:29 Bölmə :Manşet Baxış: 841
Generalitet sistemində Arzu Rəhimov sindromu

Xəstə gənclərin əsgəri xidmətə aparılmasından əsgər ölümünədək olan gizlinlər

Səfərbərlik Xidmətinin yaradılmasında korporativ maraqların olması haqda KİV çox yazıb, çox deyib. Yəni bizim dediklərimiz yeni kəşf deyil. Sadəcə xatırlatmaqda yarar var – deyə, düşündüyümüzdən və həm də yaranışından bəri Azərbaycan ailələrinə faciədən başqa hələlik xoş bir şey bəxş etməyən bu qurumun fəaliyyətinə bir daha işıq salmaq istədik.
Bu qurumun yaradılmasını “islahat” deyə bəh-bəhlə qarşılayanlar bir aylıq əsgərlərin xəstəlik sonucu olaraq ölməsi və valideynlərinə bir şücaət simvolu, qəhrəmanlar kimi deyil, tabutlarda təhvil verilməsi fonunda biz indi bəzi muzdur hərbi ekspertlərin sifətini görmək istərdik. Və sormaq istərdik ki, niyə biz onların tərifləyib, öydükləri islahatları, kadrları görmədik, əvəzinə həmin “islahatlar”ın nəticəsi olaraq xəstə gəncləri sağlam imkanlıların yerinə “dürtməklə” öz əlimizlə gələcəyimizin qədərini cızdıq və torpağa gömdük? Bunları görən insan heç utanmazmı?
Ələ düşən fürsətdən yararlanaraq dərhal ölü əsgər siyahılarını daha da şişirtmək sevincini yaşadıqlarını desək, bəlkə də səhv etmərik. Bunu hər həftə ölü əsgərlərlə əlaqədar hesabat siyahısının bütün maraqlı olan və olmayan KİV-də dərc olunması da təsdiq edir. Nəyə və niyə sevinirik, görəsən? Bu, sadəcə anlamazlıq, təsadüf kmi bəsit və qeyri-real mahiyyətə söykənmir. Çünki təsadüf deyə bir şey yox, bu dünyada. Hər şey bir-biri ilə əlaqəli zəncirlə bağlıdır. Əslində, Hərbi ekspert Üzeyir Cəfərov da bu gerçəyi deyir və həyəcan təbili çalır. Qeyd edir ki, Səfərbərlik Xidmətində xəstə gəncləri əsgəri xidmətə aparmaqla təkcə məsələnin maddi tərəfini deyil, həm də siyasi tərəfini düşünmək lazımdır. Bəziləri düşünür ki, əsgərdən gələn ölü sayının artması Müdafiə Nazirliyi rəhbərliyini hədəfə gətirəcək və nəticədə Arzu Rəhimovun da daxil olduğu hakimiyyətdəki şəbəkə öz korporativ maraqlarına qovuşacaqlar. Bunu biz demirik, artıq bunu MN-ə hər an müxalifətdə olan hərbi ekspert deyirsə, demək, vəziyyət düşündüyümüzdən də acınacaqlıdır. Çünki hər bir normal dövlətin hədəfi öz vətəndaşının təhlükəsizliyi və rifahı olduğu halda, bizdə əksinə olaraq bir mənəvi-psixoloji terror, soyqırımla üz-üzəyik.
Reallıq budur ki, bu gün biz media olaraq bəzi naqislikləri gün işığına çıxardığımızdan dolayı məhkəmələrdə can çəkişirik. Anlayırıq ki, həqiqəti söyləməyin bir bədəli var və biz bu bədəli ödəməyə hazırıq. Çünki bilirik ki, gec-tez həqiqət öz yerini tapacaq və doğru yanlışa qalib gələcək, düz əyrini kəsəcək. Bu, bir İlahi vəddir, dünyanın idarəolunma sisteminin gərəyidir və kimsə bu gerçəyin qarşısını ala bilməz. Biz də bu böyük prosesdə öz missiyamızı yerinə yetiririk. Və üzümüzü Səfərbərlik Xidmətinin rəisi general Arzu Rəhimova tutub, soruşuruq, necə ola bilər ki, bir aylıq çağırışçı əsgəri xidmətdə xəstələnir və dünyasını dəyişir? İddia edə bilərsiniz ki, dünyada belə şeylər ola bilər və s. Bu fikirdə haqsız deyilsiniz. Amma bu təsadüflərin sayı ədədi silsilə ilə artmaqda davam etdikcə, bu olaylar heç də təsadüflər təəssüratı yaratmır. Necə ola bilər ki, yenicə əsgəri xidmətə gedən gənc ürək-qan dammar xəstəliyindən dünyasını dəyişir? Axı ürək xəstəlikləri bir gündə, yaxud beş gündə ortaya çıxan xəstəlik deyil. Demək ki, bu gəncin ürək xəstəliyi bilərəkdən gözardı edilib və hansısa imkanlı balasının yerinə xidmətə “layiq” görülüb. Bu yazdığım hadisə havadan götürülməyib və konkret faktlara söykənir: “18 yaşlı İlham Elməddin oğlu Nağızadə ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. O, qeyd edib ki, əsgər ağciyər və ürək-damar çatışmazlığından vəfat edib”.
Yaxud, başqa bir fakt: “Tərtərdə xidmət edən əsgər, 19 yaşlı Fəhmin Ceyhun oğlu İsgəndərov ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.
F. İsgəndərov hospitalda ürək-damar, tənəffüs çatışmazlığından dünyasını dəyişib. Mərhum F. İsgəndərov 2012-ci ildə Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. ”
Bunlar yalnız bir ay əvvəl hərbi xidmətə çağrılmış iki gəncin, iki ailənin son faciəvi hadisələridir. Ancaq sonmu? Bunu deməyə cəsarət etmirəm. Çünki bu cür naşı, səriştəsiz Səfərbərlik sistemi və rəhbərliyi mövcud olduqca bu cür yanğınların ailə ocaqlarına düşməyəcəyinə necə əmin ola bilərsən?!
Bəzi hərbi ekspertlərin təsdiq etdiyi informasiyalara əsasən, Səfərbərlik Xidmətinin rəhbərliyinin apardığı kadr “islahatı” da yerlərdəki hərbi-tibbi komissiyaların verdiyi qərarlar kimi nataraz aparılır. Məlumata görə, Xidmətin rəisi Arzu Rəhimovun verdiyi 18 kadr təyinatının hamısı eyni bölgədən, yəni Naxçıvan əsilli olub. Digər bölgələrin təmsilçiləri bizim olduğu kimi, Naxçıvanlı kadr da bizimdir. Amma istisnasız olaraq verilən 18 kadr təyinatının hamısının Arzu Rəhimovun yerlilərinin, yəni naxçıvanlı olmasını görəndə bunun insanlara başa salmaq və adını qoymaq çətin olur. Və indiyə qədər ixtisaslaşmış kadrları bir yana qoyub, yalnız sədaqət prinsipi üzrə yerlilərinizi yanınıza yığarsanız, bu, dövlət olmaz, olsa-olsa, məhlədəki “ciqrequ” oyunu olur ki, bunun da nəticəsində ən azından vətən uğrunda şəhid qəhrəmanlar deyil, xəstəlikdən dolayı dünyasını dəyişən ölülər alırsınız. Və bunun müqabilində qətiyyən kimsə düşünməsin ki, od yalnız düşdüyü yeri yandırar və ölülər yalnız onun aid olduğu ailələrə məxsusdur, acılarını da onlar çəkər. Bu, belə deyil. Bu, bir zülmdür və hamı bilsin ki, zülmlə abad olanın sonu bərbad olur və ailələrə düşən odun istisi olmasa da, tüstüsü səbəbkarları boğa bilər.

Eyyub Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arzu Rəhimovun “kantoru” da şişirdilmiş büdcənin yadigarıdır…

    Arzu Rəhimovun “kantoru” da şişirdilmiş büdcənin ...

    4-02-2016, 22:26

  • 
  • Deputat hərbi həkim komissiyalarından imtinaya çağırır

    Deputat hərbi həkim komissiyalarından imtinaya ...

    16-01-2014, 17:25

  • 
  • Cəbhə bölgəsində əsgər intihar edib

    Cəbhə bölgəsində əsgər intihar edib ...

    4-01-2014, 14:53

  • 
  • Bəzi hallarda hərbi tibbi komissiyalar tərəfindən səhlənkarlığa yol verilir:

    Bəzi hallarda hərbi tibbi komissiyalar tərəfindən ...

    9-05-2013, 11:51

  • 
  • Hərbi Prokurorluq Arzu Rəhimovun fəaliyyətini araşdıracaq

    Hərbi Prokurorluq Arzu Rəhimovun fəaliyyətini ...

    7-02-2013, 10:42

  • 
  • Arzu Rəhimov karyerasında əsgər ölümləri

    Arzu Rəhimov karyerasında əsgər ölümləri ...

    19-12-2012, 12:26



Bu sayımız

Təqvim

«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728

Arxiv xəbərlər

Fevral 2021 (543)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu