Fərqli geyimləri və saç düzümləri ilə seçilən əməkdar artist Elza Seyidcahan yeni görünüşü ilə hər kəsi təəccübləndirib. “Qafqazinfo”ya açıqlamasında geyimlərindən bəhs edən əməkdar artist fərqliliyi sevdiyini bildirib: “Geyimlərimi bacım seçir, onunla məsləhətləşib müxtəlif obrazlar yaradıram. Mən fərqliliyi sevirəm. Məsəl üçün bu gün yağış obrazındayam. Makiyaj etməmişəm, durub əl-üzümü yuyub gəlmişəm. Geyimim, ayaqqabım, saçım da yağışı xatırladır. Su saflıqdır, hər kəsə təmizlik arzulayıram. Qoy bu yağış insanların bütün pisliklərini yuyub aparsın”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?