18 yaşlı Fidan Hacıyeva avqustun 22-də BBC-nin Proms konsertlər silsiləsində çıxış edib. Proms layihəsinin "Dünya Musiqi Yolları" konsertində o, müəllimi Qoçaq Əsgərovla birgə oxuyub.Fidan Hacıyeva 4 yaşından Londonda yaşayır. Uşaqlıqdan muğamı dinləyir və sevib.Bəs necə oldu ki, Qoçaq Əsgərov onun müəllimi oldu? Cənab Əsgərov deyir ki, Yunanıstanda olarkən BBC 3-ün aparıcısı ona bu konsertdə iştirak etmək üçün müsabiqəyə qatılacaq gənc, Britaniyada yaşayan azərbaycanlı tapmağı məsləhət görüb. Qoçaq Əsgərov isə ailə dostu olduğu Hacıyevlərə müraciət edib.Konsertdən əvvəl Fidan Hacıyeva və Qoçaq Əsgərov BBC Azərbaycancaya danışıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?