Türkiyənin tanınmış müğənnisi Adnan Şənsəs dünyasını dəyişib. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, sənətçi müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Adnan Şənsəs 21 avqust 1935-ci ildə Bursada anadan olub. O, musiqi həyatına 1956-cı ildə başlayıb. Əvvəlcə Ankara radiosunda çalışan Adnan Şənsəs burada 16 il işləyib. Sonra müxtəlif kazinolarda səhnə alıb. 47 filmə çəkilib və bir neçə albomu çıxıb. 2013-cü ildə Sezen Aksunun hədiyyə etdiyi “Bekleyemedin Mi” və “Kaybolan Yıllar” mahnılarının da yer aldığı “Adnan Şənsəs bir əfsanədir” albomu işıq üzü görüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?