GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Maraqlı » Çadralı, makiyajlı, butiklərdən geyinən, plastik əməliyyat etdirən İran qadınları - REPORTAJ

Çadralı, makiyajlı, butiklərdən geyinən, plastik əməliyyat etdirən İran qadınları - REPORTAJ

Tarix: 12-11-2014, 20:18 Bölmə :Maraqlı Baxış: 0
Çadralı, makiyajlı, butiklərdən geyinən, plastik əməliyyat etdirən İran qadınları - REPORTAJ
Dünyanın inkişaf etmiş cəmiyyətlərinin nəzərincə, müsəlman ölkələrindəki xanımlar heç bir hüququ olmayan, ağır işgəncələrə məruz qalan, qorxudulmuş və hüquqları şəriət qanunları ilə məhdudlaşdırılmış insanlardır. Əslində indiyədək gördüklərimiz, eşitdiklərimiz də belə düşünməyə əsas verir. Çox uzağa getməyək, şəriət qanunları ilə idarə olunan qonşu İranda dəfələrlə qadının asıldığını, daşlandığını eşitmişik.

İranda səfərdə olduğumuz müddətdə bir qədər fərqli mənzərə ilə qarşılaşdıq. Əslində bütün cəmiyyətlər kimi İran cəmiyyətinin da bir neçə üzü var. Bir tərəfdə tamamilə qara çadraya bürünmüş, hüquqsuz silueti xatırladan xanımlar, digər tərəfdə dünyanın məşhur geyim markalarına maraq göstərən qadınlar. Mühafizəkarlar saçlarını tamamən örtür, digərləri isə baş örtüyündən aksessuar kimi istifadə edir.

İslam inqilabından sonra qəbul edilmiş Konstitusiyaya müvafiq həyata keçirilən "mədəni inqilabın” özünü qadınların vəziyyətində daha çox göstərdi. 1980-ci ilin mayında ölkədə qadınların çadra və ya hicabla örtünməsi, peşələrinin məhdudlaşdırılması, kişilərdən ayrı təhsil alması, qadının təşəbbüsü ilə boşanma şərtlərinin minimuma endirilməsi, çoxarvadlılıq və müvəqqəti nikahın qaydalarına qadınlar tərəfindən tam əməl edilməsinə nəzarət gücləndi. Ölkədə əxlaq polisi yaradıldı. Küçələrdə qadınların çarşab taxıb-taxmadığına nəzarət etməyə başlayan əxlaq polisi başıaçıq xanımlara çarşab paylanmasını, geyinməyənlərin isə sərt şəkildə cəzalanmasını təmin edir.

Amma bu gün İranda çadralı qadın taleyi ilə barışmış xanımlarla yanaşı, azad görüntü yaratmaq istəyən qadınlar da az deyil. Onlar avtomobil idarə edir, küçədə rahat gəzir, siqaret çəkir, bol makiyaj edir, plastik əməliyyatlara gedirlər. Küçələrdə şıq və baxımlı, saçı boyalı xanımları görmək adı hala çevrilib. Şəriət qaydalarının hökm sürdüyü ölkənin xanımları yerli dükan və butiklərində satılan tanınmış markaların geyimlərindən istifadə edirlər. Doğrudur, onlar bu geyimləri yalnız evdə, yaxud qadın məclislərində geyinirlər. Həyat yoldaşlarının onlara aldığı çoxlu sayda qızıllarını da yalnız qadın məclislərində taxırlar.

Əvvəlki illərdən fərqli olaraq İranda vəzifədə çalışan qadınların sayı sürətlə artır. Xanımlar indi kişilərlə bərabər çalışır, eyni maaş alırlar. Üstəlik, ali təhsil müəssisələrindəki tələbələrin də çoxu qızlardır. Elə bir gününü bizimlə keçirən Şahnaz xanım kimi. Əslən Bakıdan olan Şahnaz xanım hazırda universitetlərdən birində rus dili kafedrasının müdiridir.

“Mən Bakıda anadan olmuşam, Sovetski məhəlləsində. Orta təhsilimi orada almışam, ancaq universiteti, magistraturanı Tehran Universitetində bitirmişəm. Özüm kafedra müdiriyəm. İşimdən, sosial şəraitimdən çox razıyam”.

Şahnaz xanım deyir ki, zaman-zaman yanlış təbliğat aparılması bu gün müsəlman qadının qorxaq kimi qələmə verilməsi ilə nəticələnib.

“Bu ölkədə həmişə qadınlar işgüzar olub. Düşünürəm ki, yalnız təbliğat aparılıb. Amma özünüz görürsünüz ki, burada vəziyyət necədir...”

Bu ölkədə pul qazanmaq qadının borcu deyil. Ailənin təminatı kişinin boynundadır və qadın da pulu yalnız istədiyi halda qazanır.

“İranın külçə fabriklərindən birindəyik. Digər fabriklərdən fərqli olaraq burada ancaq xanımlar çalışır”.

Gilanın zavod və fabriklərinin əsas işçiləri xanımlardan ibarətdir. Baxmayaraq ki, onlar ucuz işçi qüvvəsi sayılır, amma işlərinin öhdəsindən gələ bilirlər.

Fabrikin dizayn bölməsinin rəisi Pərisə Nuki fabrikdə çalışanların 60 faizinin qadınlar olduğunu deyir: “Səhər saat 7-dən axşam saat 5-ə kimi iş saatıdır. Buradakı işçilərin 60 faizi qadınlardır. Düzdür, iş bir qədər çətindir. Amma inancımıza görə, qadınlar da kişilərlə bərabər ailənin rifahını təmin etmək üçün çalışmalıdır. Xanımların əksəriyyəti evlidir. Bir çoxu isə burada ailə qurub”.

Pərvanə Sultaninejad burada 7 ildir işləyir: “7 ildir ki, burada çalışıram. Fabrikdə işləmək mənim ev işlərimə və ailəmə problem yaratmır. Buradakı kişilərlə biz elə bacı-qardaş kimiyik. Özümüzü evimizdəki kimi hiss edirik”.

İranlı qadınların əsas hökmranlıqları boşanma zamanı görünür. Ölkənin qanunlarına görə, qadının boşanmaq fikrinə düşməsi ailə başçısının müflis olması deməkdir. Çünki boşanma baş verəndə, ər bütün var-dövlətini yarı bölür, bəzən isə əlində olanları tamamilə xanımına verməyə məcbur olur. Ona görə də, bu ölkədə boşanmaların sayı demək olar ki, yox dərəcəsindədir.

İstənilən halda, İran cəmiyyətində qadınlara münasibətdə təzadlı bir vəziyyət hökm sürür. Cənublu həmcinslərim şəriətin sərt qaydaları ilə müasir dünyanın qadınlara verdiyi azadlıqlar arasında seçim etmək imkanındadır. İndi burda çadra - bir məcburiyyət, qadın azadlığı və hüquqlara can atma isə bir arzu halına gəlib...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İranda kişilər və qadınlar bir yerdə ziyafət keçirdikləri üçün həbs ediliblər

    İranda kişilər və qadınlar bir yerdə ziyafət ...

    6-09-2019, 15:41

  • 
  • Leyli Xudayi: İran məktəblərində qızlara etiraz etməməyi öyrədirlər

    Leyli Xudayi: İran məktəblərində qızlara etiraz ...

    3-10-2019, 13:54

  • 
  • Tehranda hicabsız dolaşan qadınlar risk altındadır

    Tehranda hicabsız dolaşan qadınlar risk altındadır ...

    16-07-2019, 12:46

  • 
  • İran prezidenti son 30 ildə ilk dəfə Misirə səfər edəcək

    İran prezidenti son 30 ildə ilk dəfə Misirə səfər ...

    4-02-2013, 10:18

  • 
  • Babək Bəxtavər: İranda qadınlar həbsi gözə alaraq mədəni haqlarını tələb edir

    Babək Bəxtavər: İranda qadınlar həbsi gözə alaraq ...

    7-04-2018, 20:49

  • 
  • İranda hicabsız foto çəkdirən qadınları 10 il həbs gözləyir

    İranda hicabsız foto çəkdirən qadınları 10 il ...

    31-07-2019, 13:44



Bu sayımız

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

Aprel 2021 (393)
Mart 2021 (563)
Fevral 2021 (610)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (733)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu