1915-ci ildə Türkiyə limanlarının birində Britaniya ordusunun bir bölük əsgəri yürüş keçirir. Hava aydın, günəşlidir. Amma səmada 6-8 ədəd qəribə bulud formasında, bulkaya oxşar ağır kütlə var. Bir az sonra yerə 60 km yaxın daha bir kürəşəkilli, ağır, qatı və bərk buluda oxşar obyekt sahənin üzərini almağa başlayır. Bu hadisəni izləyən komandir əsgərlərə kütləyə yaxınlaşıb baxmağı əmr edir. 70-80 nəfərlik alay həmin yerə yaxınlaşanda bulud onları öz əhatəsinə alır və yavaş-yavaş yuxarı qalxır. Hadisədən sonra əsgərlərdən əsər əlamət qalmır. Sonradan Britaniya hökuməti bu hadisəni cəfəngiyyat adlandırıb Türkiyədən yoxa çıxmış əsgərlərini geri istəsə də heç nə əldə edə bilmir. Türkiyə tərəfi isə qəti şəkildə bölük haqqında heç bir informasiyaya malik olmadığını bildirir.
-1975-ci ildə ABŞ-ın Arizona ştatında meşədə ağacqıranlar işləyir. Onlar göy üzündə böyük, işıqsaçan disk formalı obyekt görürlər. Fəhlələrdən biri Trevis Volton maraq xatirinə dəstədən ayrılaraq diskin altında dayanır. Bir anın içində diskdən çıxan ilıdrımaoxşar elektrik Trevisi vurur. Bunu görən fəhlələr qaçmağa başlayır. Sonradan onlar polislərlə hadisə yerinə qayıdanda Trevisdən əsər-əlamət görməyiblər. Onun axtarışı bir həftə davam etsə də heç bir nəticə verməyib. Amma bir gün gözlənilmədən Trevis sağ-salamat peyda olur və çox qəribə şeylər danışmağa başlayır. O, diskdən çıxan mavi rəngli məxluqların onu özləri ilə apardıqlarını deyir. Psixoloq, polis və yalan detektoru işə qarışandan sonra Trevisin cəfəngiyyat danışmadığı məlum olur.
-1987-ci ildə Sankt-Peterburqda yaşayan mühəndis öz mənzilindən izsiz yoxa çıxır. Qəribəsi o idi ki, 7-ci mərtəbədə yerləşən, qapı-pəncərəsi bağlı olan mənzildə bütün qiymətli əşyalar və pul olduğu kimi qalmışdı.
Həə, yəqin ki, belə söyləntilər çox eşitmisiniz. Amma heç maraqlanmısınızmı ki, bu nə dərəcədə doğrudur? Və yaxud da Azərbaycanın hansısa bölgəsində belə hadisələr olurmu?
Xəzər dənizi?!
XX əsrdə Azərbaycanda, Xəzərətrafı ərazilərdə dəfələrlə naməlum obyektlər müşahidə olunub. Xüsusən yay aylarında aktivləşən qalaktika obyektlərini daha çox bağlarda və dəniz sahilində dincələn insanlar müşahidə ediblər. Xəzər üzərində görünüb, qəfil də yoxa çıxan obyektlərin formaca diskəbənzər, kürəşəkilli və ay kimi parıltılı olduğu bildirilib. Hətta bir neçə insan həvəskar kamera ilə bu obyektləri lentə də alıb. Bu kimi faktlar Azərbaycanda və Rusiyada kosmik seysmologiya mərkəzlərində tadqiq olunur.
Xəzər dənizinə UNO-ların marağının kökləri hələ XIX əsrə gedib çıxır. Amma sovet dönəmində bu faktlar ciddi-cəhdlə ictimaiyyətdən gizlədilib və bütün informasiya Moskvada arxivləşdirilib.
Alimlərin fikrincə, UNO-lar Xəzərin müxtəlif tektonik dərinliyində olan çox böyük enerji resurslarından mənbə kimi, belə demək mümkünsə, Yerə uçuşlar zamanı enerjidoldurma məntəqəsi kimi istifadə edirlər. Çoxları hətta irəli gedib, Xəzərin dərinliyində onların eniş nöqtəsinin olduğunu da deyirlər.
Azərbaycanla bağlı bəzi araşdırma qruplarının iddia etdiyi məlumatlar sözün həqiqi mənasında heyrətedicidir. Daha doğrusu, xaricdə oturub ölkəmizə aid olduqca maraqlı fikirlər və mülahizələr irəli sürənlərin hər halda tutarlı əsasları var.
Qərb alimlərinin iddiaları
Qərbin aparıcı institutlarından biri Azərbaycanla bağlı olduqca heyrətamiz və şok doğuracaq iddia ilə çıxış edib. Həmin iddiaya görə, Xəzər dənizinin dibində başqa planetdən gələnlərin bazası var. Onlar bunu Uçan Naməlum Obyektlərin (UNO) daha çox dənizin üzərində görüldüyü ilə əsaslandırıblar.
Həmin iddialarda deyilir ki, yadplanetlilərin Yerlə təmas qurduğu əsas məkanlar arasında Xəzər dənizi, xüsusən də Abşeron yarımadası əsas yerlərdən birini tutur. UNO-ların mütəmadi olaraq dənizin üzərində görünməsi də məhz onların burada bazalarının olması ilə əlaqədardır. Meksika və Kaliforniyadan sonra üçüncü sırada olan Azərbaycanın UNO-ların məskəninə çevrilməsi, həm də Yer kürəsinin hərəkətliliyini tənzim edən enerji mərkəzlərindən birinin Xəzərin təkində və Abşeron yarımadasının altında olması ilə izah edilir.
Yer kürəsinin fırlanması, planetdə təbii proseslərin baş verməsi hamısı tənzimlənir. Və bu tənzimlənmə yerin təkindəki enerji mənbələri ilə bağlıdır. Həmin enerji mənbələri isə başqa planetdən gələnlərin nəzarətindədir.
Maraqlı məqamlardan biri də odur ki, bu iddialar Azərbaycandakı bəzi alimlər tərəfindən də təsdiqlənir. Bu barədə ümumi konteksdə söhbətlər edən həmin alimlər bildirirlər ki, Qərb alimlərinin bu gün ortaya atdıqları fikirlər, hələ 1994-cü ildən AMEA-da bir sıra alimlər tərəfindən təsdiq edilmiş məlumatlardır.
Əslində qeyri-adi bir şey deyil
Bununla bərabər, Xəzərdə, ümumiyyətlə Azərbaycanın müxtəlif sahələrində UNO-ların görünməyi heç kimdə təəccüb yaratmamalıdır. 1999-cu ildə Xəzər sularında UNO qəzaya uğramışdı. Bu, çox vacib, elm üçün sensasiya doğuran faktı çox böyük maraqla qarşılanmışdı. Lakin bir neçə həftədən sonra bu informasiya sönməyə başladı və hətta bəzi insanlar bu xəbərə gülməyə başladı. Qeyd etdiyimiz kimi, UNO-nun Xəzər üzərinə düşməsi təsadüfi deyil və çox qanunauyğundur.Belə ki, Xəzərin dərinliyində UNO bazası var. Amma bu, hələ də rəsmi şəxslər tərəfindən dəstəklənməyib və soyuqluqla qarşılanıb.
2002-ci ilin yayında UNO bütün Azərbaycanda işıqları söndürəndə bütün bu fikirlər öz təsdiqini tapmışdı. Bununla da Xəzərin UNO bazası rayonunda NATO və beş Xəzəryanı dövlətlərin Xəzərdə hərbi sınaqlarının keçirilməsinə etirazını bildirmişdi.
2003-cü ilin mayında Bakı şəhəri üzərində UNO görünməyə başladı və bunu şəhərin çoxsaylı əhalisi müşahidə etdi. Qeyd etmək lazımdır ki, 2002-ci il iyulda işıqlar sönən zaman və 2003-cü il may ayında Bakıda, saat 16-30 arası UNO müşahidə olunub.
Çoxsaylı faktlar bir daha sübut edir ki, Xəzərin dərinliyində UNO-ların bazası mövcuddur. Gizli materialların tədqiqi onu deməyə imkan verir ki, ABŞ Xəzərdə UNO-nun varlığını yarım əsr qabaq bilirdi. Dəqiq desək 1955-ci ildə Amerika senatoru Riçard Rassel Suraxanı Rayonuna gələrkən UNO-nu müşahidə edib. Bundan sonra ABŞ casusları bu rayonu izləməyə başladılar. Bundan başqa, № 24 kvadratı fenomeni UNO bazası rayonunun kod adıdır və o amerikalılar tərəfindən “Xəzər əjdahası” adını alıb.
Gizli saxlanılan nə idi?
Qeyd edək ki, keçmiş SSSR-də Xəzər dənizində UNO-nun varlığı və onun dünyəvi əhəmiyyətə malik olmasını 50-ci illərdən bilirdilər. Ona görə neft yataqlarının mənbələrinin öyrənilməsi bəhanəsi ilə O. Şmid adına SSSR E.M Yerin Fizikası İnstitutunun əməkdaşları daima “Xəzər əjdahası”nı müşahidə ediblər.
Ən yeni texnologiyaları əldə etmək üçün dünyanın qabaqcıl ölkələrinin UNO-ya marağı çoxdur. Bundan əlavə dünyanın qabaqcıl ölkələrinin təbii teleportal obyektlərə də marağı çoxdur. Bu əlaqələrdən təbii suallar meydana çıxır. Bu ölkələrin “Xəzər əjdahası”na niyə belə böyük marağı var? Bu maraq aşağıdakı üstünlüklərlə izah olunur:
Bu rayon yüksək sivilizasiya ilə əlaqələri müşahidə etmək üçün çox əlverişlidir (UNO bazası rayonunda Xəzərin dərinliyi 50-100 metrdir). Anoloji olaraq demək olar ki, Bermud üçbucağı 4-5 km dərinlikdə, Şambala isə Tibetdə Himalayın 9 km hündürlüyündə yerləşir.
İkincisi, Xəzər dənizindəki neft yataqlarına Beynəlxalq maraqları nəzərə alaraq demək lazımdırki, Xəzər akvatoriyası rayonu siyasi baxımdan daha əlverişlidir. Dünyanın bir çox qabaqcıl ölkələrinin № 24 kvadratına öz sərbəst girişləri vardır.
Üçüncüsü, № 24 kvadrata bənzər digər ərazilər də qeyri-adi xüsusiyyətlərə – yüksək enerji, planetin radioaktiv vilayətlərində yerləşməsi, ölçü koordinatları ilə paralel dünyaya malikdir.
Gəlmələr xarici görünüşcə adi insana bənzəyib. Yerdə yaşaya bilirlər. Eləcə də onlardan törəyən körpələrin böyüyüb aramızda yaşadığı faktları da var. Belələrinə insan yox, gibrid varlıqlar deyilir. Bəzi alimlər qeəbul etsə də, çoxu yadplanetlilər və hətta təsdiq olunmuş fikirləri nağıl kimi qəbul edirlər.
SSSR dövründə “Başkosmos”un tapşırıqlarını yerinə yetirən tədqiqat qrupu yaradılsa da, onun süqutu ilə bərabər komanda da dağılmışdı. Akademik T. K. İsmayılov tərəfindən yaradılan həmin ufologistlərin taleyi də bununla bitmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?