Gülər Əhmədovanın mandatının əlindən alınmasının ardından prosesi Moskva durdurub
gundemxeber.az «Hakimiyyət içindəki silkələnmələr bundan sonra daha da şiddətli xarakter alacaq». Bu şok məlumatı redaksiyamıza hökumət içindəki etibarlı mənbələr verib. Elşad Abdullayevin açıqladığı gizli video çəkilişlə start düyməsi basılan proseslərdə təkcə cəzalanan keçmiş deputat Gülər Əhmədova olmayacaq: «Əslində bunun belə olmayacağını əksəriyyət proqnozlaşdırırdı və hadisələrin bundan sonrakı axarı yeni cəzaların işə salınacağını söyləməyə əsas yaradır». Mənbəmiz bildirir ki, əslində Gülər Əhmədovanın mandatının əlindən alınmasının ardından vəziyyət gərginləşən istiqamətdə getməli idi: «Amma Kremlin bu məsələdə olduqca sərt davranması bəzi planların ertələnməsinə və ehtiyatlı şəkildə icrası barədə qərarın verilməsinə nədən oldu. Lakin bu halda belə, cızılan plan üzrə hərəkətdən vaz keçilməyib və əsas hədəfə - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə gələnə qədər nəzərdə tutulan bütün addımlar atılacaq». Mənbəmiz bildirir ki, bütün bu proseslər isə birbaşa olaraq Prezident Administrasiyası tərəfindən yönəldilir: «Maliyyə qaynaqları fərqli ola bilər. Amma ideya və idarəetmə mərkəzi məhz Prezident Administrasiyası olduğundan bu yöndəki bütün bilgilər də PA-da cəmləşib». Mənbəmizin sözlərinə görə, Ramiz Mehdiyev son açıqlaması ilə məhz əlindəki bu kimi faktları ictimailəşdirə biləcəyini də xəfif formada hiss etdirib: «Bunun adına şantaj deyilir. Diqqət yetirin, Ramiz Mehdiyevin məlum açılamasından sonra Müsavatın dışlandığı bir prosesə də başlanıldı. Deməli, vəziyyət hələ xeyli dərəcədə qəlizləşəcək və Ramiz Mehdiyevin izolə prosesi ölkədə bir neçə istiqamətin ciddi olaraq silkələnməsilə müşaiyət olunmaq zorundadır».
Sorğu
Yeni dizaynımız necədir?