GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Maraqlı » “Peyvənd olunmadan normal həyatımıza qayıda bilməyəcəyik” - İnfeksionist

“Peyvənd olunmadan normal həyatımıza qayıda bilməyəcəyik” - İnfeksionist

Tarix: 13-02-2021, 15:44 Bölmə :Maraqlı Baxış: 54
 “Peyvənd olunmadan normal həyatımıza qayıda bilməyəcəyik” - İnfeksionist


Pandemiya bir ilə yaxın dövrdə dünyanı zəbt edib. Peyvəndlər bağlı sualların və tərəddüdlərin olması normaldır. Yanvarın 18-dən ölkəmizdə vaksinasiya başlayıb və ilk növbədə tibb işçiləri peyvənd olunub. Bu proses uğurla icra edilib.

Gundemxeber.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Natiq Əliyev deyib. O bildirib ki, vaksinasiya koronavirus bəlasından qurtulmağımız üçün yeganə çıxış yoludur.

“Fevralın 8-dən 65 və daha yuxarı yaşda şəxslərin vaksinasiyasına başlanılıb. Bu yaşda olanlar bəzən qeyd edirlər ki, onların xroniki xəstəlikləri var, peyvənd oluna bilərlər? Onlara risk qrupunda olduqlarını və peyvəndin vacibliyini qeyd edirik. Xroniki xəstəliyi, yanaşı xəstəliyi, təzyiqi, şəkəri olanlar da vaksin vurdurmalıdır. Onlar risk qrupuna daxildir”.

N.Əliyev qeyd edib ki, mart ayından pandemiya başlayanda insanların ən böyük arzusu tezliklə vaksinin hazırlanması və normal həyata qayıdış idi.

“İndi isə vaksin gələndən sonra suallar yaranır. Azərbaycan ilk ölkələrdəndir ki, bəzi dövlətlərlə vaksinin birinci faza sınaqları zamanı artıq müqavilələr bağlamışdı. Bununla ölkəmiz vaksini ilk əldə edən ölkələrdən oldu. Kütləvi immunitetin yaranması bəladan qurtulmağımız üçün vacibdir. Hər bir şəxs yanaşı xəstəliklərin olub-olmamasından asılı olmayaraq peyvənd olunmalıdır. Xroniki xəstəliklərin aktivləşmə fazasında, temperaturu olanda və ya hansısa xəstəliyi keçirən zaman insanlar həkim tərəfindən dəyərləndirilir. Uyğun bilinməsə, peyvənd olunmurlar”.

Həkim vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə çağırıb. Qeyd edib ki, kütləvi immun sisteminin yaranması bir gün ərzində mümkün deyil.

“Peyvəndləmə mərhələli şəkildə aparılır. Vaksin vurdurmadan prosesi bir il uzada bilərik və həyatımız tamamilə iflic olacaq, normal həyatımıza qayıda bilməyəcəyik. 4 min yoluxmadan 100 rəqəminə qədər düşmüşüksə, bu aparılan tədbirlər və qaydalara əməl edilməsi nəticəsində mümkün olub. Pandemiya ümumi bəla olduğu üçün digər ölkələrdə də vaksinasiya mərhələli şəkildə gedir. Normal həyatımıza qayıtmaq üçün virus kütləvi şəkildə bitməlidir”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtın icra başçısı peyvənd olundu - FOTO

    Sumqayıtın icra başçısı peyvənd olundu - FOTO ...

    9-02-2021, 15:34

  • 
  • TƏBİB COVID-19-a yoluxan şəxslərin peyvənd olunması məsələsinə aydınlıq gətirib

    TƏBİB COVID-19-a yoluxan şəxslərin peyvənd ...

    8-02-2021, 11:33

  • 
  • Röya növbəsiz necə vaksin vurdurub? - Nazirlikdən açıqlama

    Röya növbəsiz necə vaksin vurdurub? - Nazirlikdən ...

    5-02-2021, 12:22

  • 
  • Azərbaycanda yaşı 65-dən çox olanların vaksinasiyasına başlanılır

    Azərbaycanda yaşı 65-dən çox olanların ...

    1-02-2021, 10:39

  • 
  • Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır

    Bu gündən Azərbaycanda koronavirusa qarşı ...

    18-01-2021, 09:23

  • 
  • Azərbaycanda vaksinasiyanın hansı qaydada aparılacağı açıqlandı

    Azərbaycanda vaksinasiyanın hansı qaydada ...

    5-01-2021, 12:38



Bu sayımız

Təqvim

«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728

Arxiv xəbərlər

Fevral 2021 (568)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu